Məhkəmə qərarları › İş №3(025)-277/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-277/2020

13.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-277/2020 13.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs x4 və İV Tağım Yol-patrul xidməti inspektoru, polis x2 iştirakları ilə, xx.xx.1996-cı ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət x10 Yol-patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 13.04.2020-ci il tarixdə, saat 19:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu, Nic qəsəbəsi ərazisindən keçən 86-cı kilometrliyində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “VAZ 21070” markalı **-VH-*** dövlət qeydiyyat nişanlıavtomobili idarə etmiş, yol hərəkəti qaydalarını – üstünlük nişanın tələblərini pozmuş, nəticədə yolayrıcından baş yola daxil olaraq sürücü Məmmədov Elman Rövşən oğlunun Şəki istiqamətində idarə etdiyi “Mersedes Benz C 180” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ona maddi ziyan vurmuşdur.Hadisə nəticəsində Şəxs avtomobilində olan sərnişin x7 bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası İV Tağım Yol-patrul xidməti inspektoru x1 Rəhman Mehman oğlunun Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası İV Tağım Yol-patrul xidməti inspektoru x5 izahatında bildirmişdir ki, Şəxs 13.04.2020-ci il tarixdə, saat 19:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu, Nic qəsəbəsi ərazisindən keçən 86-cı kilometrliyində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “VAZ 21070” markalı **-VH-*** dövlət qeydiyyat nişanlıavtomobili idarə etmiş, yol hərəkəti qaydalarını pozmuş, nəticədə yolayrıcından baş yola daxil olaraq sürücü x12 Rövşən oğlunun Şəki istiqamətində idarə etdiyi “Mersedes Benz C 180” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ona maddi ziyan vurmuşdur.Hadisə nəticəsində Şəxs avtomobilində olan sərnişin x7 bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, bir aydan artıqdır ki, əmək müqaviləsi əsasında “xxxxxxxxxxxx” MMC-də gözətçi işləyir və adı icazə sisteminə daxil edildiyi üçün hərəkətinə icazə verilmişdir. VAZ 21070 markalı, ** VH *** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur. Həmin avtomobili 19.09.2018-ci il tarixdə almışdır. Avtomobildən işə gedib gəlmək üçün istifadə edir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi ala bilməmişdir. 13 aprel 2020-ci il tarixdə saat 18 radələrində işdə növbəni təhvil verdikdən sonra VAZ 21070 markalı avtomobili ilə Qəbələ şəhərindən çıxıb Nic qəsəbəsinə yola düşdü. Zarağan kəndində “Yeni” marketdə işləyən qardaşı x6 və tanımadığı orta yaşlı bir nəfər kişini də maşına götürüb yoluna davam etdi. Maşını o, idarə edirdi, qardaşı qarşı sağ oturacaqda, digər sərnişin isə arxa oturacaqda sağ tərəfdə oturmuşdu. Tanımadığı şəxsi gətirib Mıxlıqovaq kəndinin girişində düşürdü və geriyə Nic qəsəbəsinə yola düşdü. Saat təxminən 19:30 radələrində gəlib Mıxlıqovaq yolunun Qəbələ-Oğuz magistral yoluna birləşən hissəsinə çatdı. O, maşını dayandırdı. Yola baxdı, Qəbələ tərəfdən gələn Mercedes markalı maşının uzaqda olduğunu hesab edib maşını hərəkətə gətirib yolayrıcına daxil oldu. Lakin yolu keçib çatdıra bilmədi. Yolun ortasında Mercedes markalı maşın gəlib onun maşınının sol yan hissəsindən vurdu. Zərbədən sonra onun maşını biraz kənara sürüşüb dayandı. Maşın dayandıqdan sonra o və qardaşı maşından yerə düşdülər. Özlərini narahat hiss etdiyindən hadisə yerinə gələn təcili yardım maşını ilə Qəbələ müalicə diaqnostika mərkəzinə getdilər. Hadisə zamanı ciddi bədən xəsarəti almamışdır, spirtli içki qəbul etməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs x8 izahatında göstərmişdir ki, Şəxs onun doğma qardaşıdır. 13 aprel .2020-ci il tarixdə axşam radələrində qardaşının idarə etdiyi VAZ 21070 markalı avtomobillə işdən evə gedirdilər. Qarşı sağ oturacaqda oturmuşdu. Maşında olan bir nəfər sərnişini gətirib Mıxlıqovaq kəndinin girişində düşürdükdən sonra Nic qəsəbəsinə yola düşmüş, saat 19:30 radələrində gəlib Mıxlıqovaq yolunun Qəbələ-Oğuz magistral yoluna birləşən hissəsinə çatdılar. Rəhman maşını dayandırdı. Qəbələ tərəfdən gələn Mercedes markalı maşın uzaqda olduğundan maşını hərəkətə gətirib yolayrıcına daxil oldu. Lakin yolu keçib çatdıra bilmədi. Yolun ortasında Mercedes markalı maşın gəlib onların maşınının sol yan hissəsindən vurdu. Zərbədən sonra maşın biraz kənara sürüşüb dayandı. Maşın dayandıqdan sonra o və Rəhman maşından yerə düşmüş, özlərini narahat hiss etdiyindən hadisə yerinə gələn təcili yardım maşını ilə Qəbələ müalicə diaqnostika mərkəzinə getdilər. Orada müayinə olundular, ciddi bir xəsarət olmadığından ilk tibbi yardım alıb evə buraxıldılar. Şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxs x4 ona qarşı heç bir şikayət və tələbin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar