Məhkəmə qərarları › İş №3(025)-277/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-277/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-277/2024 07.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X2, xx.xx.1975-ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Soltannuxa kəndində qeydiyyatda olan Şəxs barəsində xx.xx.1948-ci ildə anadan olmuş, AR vətəndaşı, İmişli r-nu, Şahverdili kəndində yaşayan X1 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2024cü il tarixli MN 2012603) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Qəbələ RMX-nın inzibati binasında sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı kobud şəkildə pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Aşağıda göstərilənlərə əsasən Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. AR İXM-nin 99.1.ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi (99.1.1); Dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması ( 99.1.2); Fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumat (99.1.3) inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdə olan materiallara əsasən müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə , saat 00-30 radələrində Qəbələ RMX-nın inzibati binasında ünvansız nalayiq ifadələr işlədərk ictimai qaydanı pozduğuna görə AR İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tutulmuşdur. Həmin tarixdə Qəbələ RPŞ-nin konkret olaraq hansı polis əməkdaşının Qəbələ RMX ərazisində ictimai qaydanı mühafizə vəzifələrini icra etməsi, Şəxs həmin polis əməkdaşının nə kimi qanuni tələblərinə tabe olmadığı və tutulduğu halda necə tabesizlik göstərdiyi müəyyən deyil. Şəxs barəsində olan inzibati xəta haqqnda ptotokolda (xx.xx.2024cü il tarixli MN 2012603) göstərilənlər AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri ilə əhatə olunmamışdır. AR İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqnda ptotokol (xx.xx.2024-cü il tarixli MN 2012603) və ona əlavə edilmiş sənədlər düzgün tərtib olunmadığından geri qaytarılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqnda ptotokol (xx.xx.2024-cü il tarixli MN 2012603) və ona əlavə edilmiş sənədlər Qəbələ rayon polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar