Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-279/2020 14.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə X1 Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxx 2013-cü il tarixli, 001994 saylı qərarından verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən həmin şikayəti vermək üçün müddətin ötürülməmiş və ya üzrlü səbəbdən ötürülmüş hesab edilməsinə dair ərizəyə baxaraq MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxx 2013-cü il tarixli, 001994 saylı qərarının ləğv edilməsini, habelə şikayət vermə müddətinin ötürülməmiş və ya üzrlü səbəbdən ötürülmüş hesab edilməsini xahiş etmişdir. Həmin ərizədə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin əməkdaşları tərəfindən “İnzibati tənbeh vermə haqqında” xx xxxxx 2013-cü il tarixli MN № 001994 nömrəli qərarı ilə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.07, 252.1-ci maddələri ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Barəsində “İnzibati tənbeh vermə haqqında” xx xxxxx 2013-cü il tarixli MN № 001994 nömrəli qərar olduğunu bildikdən sonra Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə ərizə yazmış və qərarı almadığını, əgər belə bir qərar varsa ünvanına göndərilməsini xahiş etmişdir. 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi xx xxxxx 2013-cü il tarixli MN № 001994 nömrəli qərarın təsdiq edilmiş surətini xx xxx 2020-ci il tarixdə ona göndərmişdir. xx xxx 2020-ci il tarixinə kimi o, xx xxxxx 2013-cü il tarixli MN № 001994 nömrəli qərarın təsdiq edilmiş surətini və yaxud əslini almamışdır. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizədə göstərilən hal Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin sözügedən qərarından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə əsas ola bilməz. Belə ki, şikayətçi Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən qəbul edilmiş xx xxxxx 2013-cü il tarixli MN № 001994 nömrəli inzibati xəta haqqında iş üzrə qərarını almadığını, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə müraciət etdikdən sonra, yəni xx xxx 2020-ci il tarixdə qərarı aldığını bildirmişdir. Lakin Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin qərarı xx xxx 2020-ci il tarixdə X2 göndərməsi sonuncunun həmin qərardan xəbəri olmaması mənasına gəlmir. Göründüyü kimi, bu hal hazırkı şikayətin verilməsinə dair ötürülmüş müddətin bərpası üçün üzrlü hal hesab oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd edilənlənlərə və vəsatətində göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxx 2013-cü il tarixli, 001994 saylı qərarından X1 şikayət verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzrlü hesab olunması üçün heç bir əsas yoxdur. Odur ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxx 2013-cü il tarixli, 001994 saylı qərarından X3 tərəfindən şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi rədd edilməlidir. Qeyd əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxx 2013-cü il tarixli, 001994 saylı qərarından X3 tərəfindən şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət rədd edilsin və şikayət geri qaytarılsın. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-279/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-279/2020
14.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver