Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-279/2025 28.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X19 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1989-cu ildə Salyan şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Salyan rayonu, Xələc kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2025-ci il tarixdə saat 00:35 radələrində Qəbələ şəhəri, Gülməmməd Qarayev küçəsində ünvansız nalayiq söyüşlər söyüb səsküy yaradaraq ictimai qaydanı pozmuş və hadisə yerinə gələn polis əməkdaşlarının sakitliyə riayət olunması haqqında qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Salyan rayonu, Xələc kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə qohumları, X7 və X1 ailə üzvləri ilə birlikdə istirahət məqsədilə Qəbələ rayonuna gəlmiş və makler işləyən Qədir adlı şəxsə günlük 200 manat ödəniş edərək Qəbələ şəhəri, Gülməmməd Qarayev küçəsində 2 günlük mənzil kirayələmişlər. Həmin vaxt X8 adlı tanışları da ailə üzvləri ilə birlikdə Qəbələ rayonuna gələrək onlara qoşulmuşdur. Axşam vaxtı hamı birlikdə restorana gedərək yemək yemiş və saat 00-10 radələrində kirayə tutduqları evə qayıtmışlar. Restoranda yemək yeyərkən o, Ceyhun və İlkin bir qədər spirtli işki qəbul etdikləri üçün yüngül dərəcədə sərxoş olmuş və onlar Zahir Kərimovun özünə məxsus Vaz 2107 markalı avtomobildə qoşduğu musiqiyə qulaq asmışlar. Saat 00:17 radələrində qaldıqları ünvana polis əməkdaşları yaxınlaşaraq qapını döymüş və barələrində şikayət edildiyini bildirərək musiqini kəsmələrini bildirmişlər. Polis əməkdaşları ilə Ceyhun danışmış və Zahir maşına tərəf gedərək maqnitafonu söndürmüşdür. Həmin vaxt anlaşılmazlıq olduğu üçün səs-küy düşmüş, polis əməkdaşları İlkini aparmaq istədikləri üçün İlkinin bacısı Təbəssüm və Ceyhunun yoldaşı Aytəkinin halı pisləşmişdir. Təbəssüm özündən getdiyi üçün Təcili yardım çağırılmış və onu Qəbələ RMX-na aparmışlar. O, İlkinlə birlikdə Təbəssümün yanında Qəbələ RMX-na getmiş və oradan Qəbələ rayon polis şöbəsinə aparılmışlar. Həmin vaxt onun tərəfindən nalayiq ifadələr işlədilməmiş və polis əməkdaşlarına qarşı tabesizlik göstərilməmişdir. İş üzrə şahid X5 izahatında göstərmişdir ki, Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin taqım komandiri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat təxminən 00:30 radələrində PPXB-nin manqa komandiri, polis baş serjantı Ramin Xəlilov və PPXB-nin polis nəfəri, polis serjantı Sənani Yahyazadə ilə birlikdə Qəbələ şəhərində 1 saylı dislokasiya üzrə avtopatrul xidməti avtomobilində olarkən 2 saylı dislokasiya üzrə avtopatrul xidmətində olan Elşad Eyvazlı əl rabitəsi vasitəsilə G.Qarayev küçəsində bir neçə nəfərin məişət səs-küyü yaratması barədə məlumat vermiş və həmin şəxsləri sakitləşdirə bilməmədikləri üçün köməklik göstərməyə çağırmışdır. Onlar dərhal Qəbələ şəhəri, G.Qarayev küçəsinə gedib qeyd olunan ünvana yaxınlaşmış və küçədə durmuş adları onlara sonradan məlum olan Salyan rayon sakini Şəxs, Sumqayıt şəhər sakinləri X7 və X3 uca səslə səs-küy salıb ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiklərini və evdən qadınları səsləyərək qarışıqlıq salmağa çağırışlar ediklərini, polis baş serjantı Elşad Eyvazlı, polis serjantı Elşən Cavadov və adı onlara sonradan məlum olan X1 isə onları sakitləşdirməyə çalışdıqlarını müşahidə etmişlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək onlara ictimai yerdə vətəndaşların narahatçılığına səbəb olan hərəkətlər edərək nalayiq ifadələr işlətmələrinin qanun pozuntusu olmasını izah etməyə çalışmış, sutkanın qeyd edilən saatında uca səslə səs-küy salmamağı və sakitliyə riayət etmələrini tələb etmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş, orada olan qadınların və azyaşlı uşaqların narahat olmaması üçün Ceyhun Quliyevə zərurət olarsa növbəti gün profilaktiki sğhbətlər aparmaq məqsədilə Qəbələ RPŞ-yə dəvət edəcəklərini bildirərək ondan mobil nömrəsini verməsini istəmişlər. Ceygun Quliyev “nə sözünüz varsa indi deyin, mənim profilaktik söhbətə ehtiyacım yoxdu” deyərək kobud rəftar nümayiş etdirmiş, orada olan kişi və qadınları da oxşar hərəkətlər etməyə dəvət edərək polis əməkdaşlarını qovmağa sövq etmişdir. Bundan sonra Nicat, Ceyhun və İlkin tərəfindən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirilmiş, qadın və uşaqlar isə qışqıraraq hay-küy salmışlar. Yaranmış vəziyyətdə səs-küy salan qadınlardan biri özündən gedərək yerə yıxılmış, onlar dərhal bu barədə X20 xidmətinə məlumat vermişlər. X4 yaxınlaşaraq özündən gedən qadının onun arvadı olduğunu, panik-atak xəstəsi olduğunu və bir qədər sonra özünə gələcəyini bildirərək narahat olmamalarını bildmişdir. Onların çağırışı ilə Qəbələ RPŞ-nin İstintaq-əməliyyat qrupu həmin yerə gəlmiş, Şəxs, X7 və X3 davranışlarından və nəfəs qoxularından sərxoş olduqları açıq-aşkar bilindiyi və dəfələrlə edilən xəbərdarlıqlar baxmayaraq hərəkətlərinə son qoymadıqları üçün barələrində qanuni tədbir görülməsi məqsədilə rayon polis şöbəsinə dəfət olunmuşlar. Onlar isə polis şöbəsinə getməməkdən ötrü ictimai qaydanı və ictimai təhlükəsizliyi pozmağa yönəlmiş hərəkətlər etmiş və digər şəxsləri də buna təhrik etmişdilər. X20 xidməti gəldikdən sonra Şəxs və X7 özündən gedən qadının yanında Qəbələ RMX-na getmiş, sonra isə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etdiklərinə və polisin qanuni tələblərinə qəsdən tabe olmadıqları üçün Qəbələ RPŞ-yə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. X8 qeyd olunan ünvanda evə girərək gizlənmiş, onun polis əməkdaşı olması öyrənilərək barəsində tədbir görülməsindən ötrü AR DİN-ə təqdimat verilmişdir. İş üzrə şahid Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin polis baş serjantı X9 şahid X2 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə şahid X10 izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhəri, Gülməmməd Qarayev küçəsində yerləşən 2 mərtəbəli həyət evini İlkin adlı şəxsə iki günlüyə kirayə vermişdir. 25 iyun 2025-ci il tarixdə nahardan sonra İlkin üç nəfərlə birlikdə evi təhvil almaq üçün gəlmiş və evin açarını ondan almışdır. Təxminən 4-5 saat sonra saat 12-00 radələrində evin sahibi Fərid ona zəng edərək evdə səs-küy olduğunu bildirmiş, İlkinə 5-6 dəfə zəng etsə də, onunla danışa bilməmiş və həmin ünvana getmişdir. Ora yaxınlaşdıqda həqiqətən səs-küy salındığını və polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədildiyini müşahidə etmişdir. Polis əməkdaşları həmin şəxslərdən sakitləşməyi tələb edərək onları dəfələrlə nizam intizama dəvət etmiş, lakin tələblərinə məhəl qoymadığını görərək onları Qəbələ Rayon Polis şöbəsinə aparmışlar. İşdə olan xx.xx.2025-ci il tarixli 155 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Şəxs yüngül dərəcəli sərxoşluq (0,5 pr.m) aşkar edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli AZA 027694 nömrəli Protokola əsasən Şəxs həmin gün saat 08-00-da AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs , xx.xx.2025-ci il tarixdə saat 00:35 radələrində Qəbələ şəhəri, Gülməmməd Qarayev küçəsində ünvansız nalayiq söyüşlər söyüb səs-küy yaradaraq ictimai qaydanı pozmuş və hadisə yerinə gələn polis əməkdaşlarının sakitliyə riayət olunması haqqında qanuni tələbinə tabe olmayaraq AR İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Ona görə də o, AR İXM-nin müvafiq maddələri ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2025-ci il təvəllüdlü X13 adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən hallardır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baş vermiş inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 26 iyun 2025-ci il tarixdən saat 08:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-279/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-279/2025
28.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver