Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-28/2025 11.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayan Şəxs barəsində AR İXM-nin 332.4–cü maddəsi olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 6835485; AR İXM-nin 342.2.1 və 342.8-ci maddələri ilə) tərtib edilmişdir ki, o, «VAZ 210099» markalı ** BH *** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində Kötüklü-Mıxlıqovaq-Dandıq avtomobil yolunun Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisindən keçən hissəsində qaz pedalı nasaz olduğu halda hərəkətə gətirmiş və idarəetməni itirərək yolun sol ehtiyat hissəsi ilə hərəkətdə olan piyada X3 avtomobilin ön hissəsi ilə vuraraq sağlamlığına Yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, o, Qəbələ rayonu Mıxlıqovaq kəndində səkkiz nəfərdən ibarət ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində o, özünə məxsus olan «VAZ 210099» markalı ** BH *** dövlət nömrə nişanlı avtomaşını Kötüklü-Mıxlıqovaq-Dandıq avtomobil yolunun Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisindən keçən hissəsində qaz pedalı nasaz olduğu halda hərəkətə gətirmiş və sürətin anidən artması səbəbindən idarəetməni itirərdiyi üçün yolun sol ehtiyat hissəsinə çıxmışdır. Həmin vaxt dərhal əyləci sıxmasına baxmayaraq avtobobilin ön hissəsi ilə yolun sol ehtiyat hissəsi ilə hərəkətdə olan piyada X3 vurmuşdur. X1 ayağı əzildiyi üçün maşına qoyub Qəbələ MRX-ə aparmış və ona zəruri tibbi yardım göstərilmişdir. İşdə olan AR SN MTE PA Birliyi PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 599 saylı ekspert rəyinə əsasən X2 bədənində sağ ayağda aşıq baldır oynağının gərilməsi, yumşaq toxumanın əziyi, sol əlin ovuc səthinin, sol əlin İV barmağının əsas falanqasının iç səthinin, sağ əlin ovuc səthinin bayır tərəfinin və hər iki diz oynağının ön səthinin sıyrıqları kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər küt əşyanın təsirindən yaranmışdır; xx.xx.2024-cü il tarixdə avtomobillə vurulma nəticəsində əmələ gələ bilər; Dərəcəsinə görə sağlamlığına Yüngül zərər vurmaya aiddir. İşdə olan Qəbələ RPŞ İB-nin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarının surətinə əsasən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də yoxlanılarkən «VAZ 210099» markalı ** BH *** dövlət nömrə nişanlı avtomaşının qaz pedalının tros hissəsində nazaslıq aşkar edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 342.2.1-ci maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 342.8-ci maddəsinə əsasən bu Məcəllənin 342.1.1, 342.1.4- 342.1.6, 342.1.8, 342.2.1 - 342.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 342.2.1 və 342.8-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Ona görə də, o, İXM-nin müvafiq maddələri ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs evlidir və himayəsində xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X9, xx.xx.2024-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X8 adında altı nəfər azyaşlı uşağı vardır. Şəxs himayəsində altı nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halı və əməlindən peşman olmasını nəzərə alaraq barəsində İXM-nin 342.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.2.1 və 342.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı (İXP 6835485) törətməkdə təqsirli bilinib 200,0 (iki yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-28/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-28/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver