Məhkəmə qərarları › İş №3(025)-280/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-280/2022

01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-280/2022 01.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, şikayətçi Nümayəndə1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri Nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidməti Şəki- Zaqatala Regional Ərazi Şöbəsinin 29 iyun 2022-ci il tarixli, MN ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri Nümayəndə1 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və Azərbaycan Respublikası İXM- in 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri Nümayəndə1 Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsində nəzərdə tutulan inzibati xətam törətdiyindən, barəsində 1500,00 (bir min beş yüz) AZN məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC-nin klaster maliyyə meneceri Nümayəndə1 barəsindəki Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Şəki- Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. ƏƏSMN yanında DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas "Qafqaz-Qəbələ” MMC-nin klaster maliyyə meneceri Nümayəndə1 barəsində Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsi ilə həmin İdarə tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokol olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-nin klaster maliyyə meneceri Nümayəndə1 əvvəllər MMC-də işləmiş X1 işlədiyi dövrdə gecə vaxtına düşən saatlara görə əlavə əməkhaqqı hesablamamış və ödəməmiş, bununla da qanun pozuntusuna yol vermişdir. Lakin tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin törədilmə vaxtı göstərilməmişdir. Qanunvericiliyin qeyd olunan tələbinə əsasən gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavə əmək haqqı ilə birlikdə ödənilməlidir. Protokolda qeyd olunan şəxsə isə işlədiyi müddət ərzində işəgötürən tərəfindən hər ay əmək haqqı ödənilmiş, lakin işçinin gecə növbəsinə düşən saatlara görə əmək haqqına əlavələr hesablanmamışdır. Belə olan halda qanunvericiliyin tələbləri gecə növbəsinə iş saatları düşən işçinin həmin aya görə əmək haqqısı ödənilən zaman pozulmuşdur. Həmin vaxtdan isə protokolda adı qevd olunan səxsə münasibətdə artıq 1 ildən cox müddət keçmişdir. Bundan əlavə protokolda adı qeyd olunan X2 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə, AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmiş və xitam verilən tarixdə də işçiyə son haqqhesab ödənilmişdir. Bu hal da bir daha təsdiq edir ki. qevd olunan şəxsə münasibətdə qanunvericiliyin tələblərinin pozulmasından ən azı 1 ildən çox müddət keçmişdir. "xxxx" MMC-nin klaster maliyyə meneceri Nümayəndə1 barəsində xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokolda qeyd edilmiş Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində də göstərilir ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verildikdə əməl inzibati məsuliyyətə səbəb olur. "xxxx" MMC-nin klaster maliyyə meneceri Nümayəndə1 barəsində xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə əsas olmuş Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə törədilmiş inzibati xəta İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulan və inzibati tənbehin 01 il ərzində verilməsi mümkün olan inzibati xətalar kateqoriyasına aid deyil. İnzibati xəta haqqında protokolda adı qeyd olunan şəxsə münasibətdə inzibati xətanın törədilmə tarixindən ən azı 1 ildən çox müddət keçmişdir. Belə olan halda isə inzibati tənbeh verilməsi üçün inzibati xətanın törədildiyi gündən qanunvericiliklə müəyyən olunmuş üç aylıq müddət keçmişdir. ƏƏSMN yanında DƏMX-nin Şəki-Zaqatala regional şöbəsi tərəfindən "xxxx" MMC-nin klaster maliyyə meneceri Nümayəndə1 barəsində xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulan müddət ötürüldükdən sonra tərtib edilmişdir. Həmçinin, ƏƏSMN yanında DƏMX-nin Şəki-Zaqatala regional şöbəsi tərəfindən "xxxx" MMC-nin klaster maliyyə meneceri Nümayəndə1 barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar da İnzibati Xətalar Məcəlləsinin 38.1-cı maddəsinin 1-ci cümləsində nəzərdə tutulan 03 aylıq müddət bitdikdən azı bir il sonra qəbul edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Şəki-Zaqatala regional şöbəsi tərəfindən "xxxx" MMC-nin klaster maliyyə meneceri Nümayəndə1 barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, inzibati məsuliyyətə cəlb etmə müddətinin ötürüldüyü həmin İdarənin rəhbərinin diqqətinə çatdırılsa da, Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın uzanan inzibati xəta olduğu, İXM-in 38.2-ci maddəsinə əsasən uzanan inzibati xətalara münasibətdə cəlb etmə müddətinin xətanın aşkara çıxarıldığı gündən hesablandığı və bu əsasla da inzibati məsuliyyətə cəlb etmə müddətinin keçmədiyi onlara bildirilmişdir. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında deyilir ki, hüquq nəzəriyyəsində "uzanan hüquqpozuntuları" (cinayət, xəta) dedikdə başlayan və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilən qanunsuz əməllər başa düşülür. “Uzanan hüquqpozuntusu"nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu. onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. "Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) heç bir halda uzanan inzibati xəta hadisəsi sayıla bilməz. Çünki, burada yalnız bir dəfə inzibati xəta baş verir və bu xəta vahid niyyətlə əhatə olunur, heç bir halda inzibati xəta uzanan formada davam etmir. Maddənin dispozisiyasından da göründüyü kimi xəta işçinin əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsi anında törədilmiş olur. İşçilərin əmək haqqısı isə qanunvericiliyin tələblərinə əsasən adətən işlədiyi ayın sonunda bir dəfə hesablanır və işçiyə ödənilir. Bu halda isə xətanın müəyyən müddət ərzində fasiləsiz davam etməsi mümkün deyil. Belə ki, inzibati xəta işçinin əmək haqqısının hesablanıb ödənildiyi anda törədilir və həmin anda da başa çatır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri (bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayıları [qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və va hərəkətsizlik) inzibati xəta hesab olunur) evni anda baş verir və bitir. Konkret olaraq "Qafqaz-Qəbələ” MMC-nin klaster maliyyə meneceri Nümayəndə1 əməlində də inzibati xəta haqqında protokolda adı qeyd olunan şəxsə münasibətdə qanun pozuntusu (xəta) müxtəlif vaxtlarda baş verir (işçinin əmək haqqısının hesablanıb ödənildiyi anda) və bir pozuntu ilə digər pozuntu arasında kifayət qədər fasilələr vardır. Belə olan halda isə "Uzanan hüquqpozuntusu”nun əsas mahiyyətini ifadə edən onun fasiləsizliyi meyarı (Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilmiş mövqeyə əsasən) pozulmuş olur. Bu da bir daha onu deməyə əsas verir ki, Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta uzanan xəta deyildir. Belə olan halda, "xxxx" MMC-nin klaster maliyyə meneceri Nümayəndə1 barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta heç bir halda uzanan inzibati xəta hesab edilə bilməz və buna görə də inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilməli idi. Həmçinin daha öncə də başqa bir eyniməzmunlu şikayətlə əlaqədar olaraq ƏƏSMN yanında DƏMX Şəki regional ərazi şöbəsi tərəfindən 3 aylıq məsuliyyətə cəlbetmə müddətinin keçməsinə baxmayaraq yenə də onun barəsində uzanan xəta adı ilə İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qeyd olunan qərardan verilmiş şikayət Qəbələ rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə təmin olunaraq DƏMX Şəki regional ərazi şöbəsinin xx.xx.2021-ci il tarixli MN № ******* saylı qərarı ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Qəbələ rayon Məhkəməsinin qeyd olunan qərarından DƏMX Şəki regional ərazi şöbəsi tərəfindən verilmiş şikayət Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Həmçinin, yuxarıda qeyd etdiyi məhkəmə qərarlarından sonra da başqa bir eyniməzmunlu şikayətlə əlaqədar olaraq ƏƏSMN yanında DƏMX Şəki regional ərazi şöbəsi tərəfindən 3 aylıq məsuliyyətə cəlbetmə müddətinin keçməsinə baxmayaraq təkrar onun barəsində uzanan xəta adı ilə İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2021- ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qeyd olunan qərardan da verilmiş şikayət Qəbələ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin olunaraq DƏMX Şəki regional ərazi şöbəsinin xx.xx.2021-ci il tarixli MN № ******* saylı qərarı ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Qəbələ rayon Məhkəməsinin qeyd olunan qərarından DƏMX Şəki regional ərazi şöbəsi tərəfindən verilmiş şikayət Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş və birinci instansiya -nəhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Həmçinin, yuxarıda qeyd etdiyimi məhkəmə qərarlarından sonra da başqa bir eyniməzmunlu şikayətlə əlaqədar olaraq ƏƏSMN yanında DƏMX Şəki regional ərazi şöbəsi tərəfindən 3 aylıq məsuliyyətə cəlbetmə müddətinin keçməsinə baxmayaraq təkrar onun barəsində uzanan xəta adı ilə İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2022- ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qeyd olunan qərardan da tərəfimdən verilmiş şikayət Qəbələ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin olunaraq DƏMX Şəki regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli MN № 10644803 saylı qərarı ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Qəbələ rayon Məhkəməsinin qeyd olunan qərarından DƏMX Şəki regional ərazi şöbəsi tərəfindən verilmiş şikayət Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Hər dəfəsində hər iki instansiya məhkəməsinin qəti mövqevi ondan ibarət olmuşdur ki, İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta qanunvericiliyin tələblərinə əsasən uzanan hüquqpozuntusu kimi qiymətləndirilə bilməz və bu xətaya münasibətdə İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulus 3 avlıq müddət ftörədildiyi andan hesablanmaqlal tətbiq olunmalıdır. Bundan əlavə Şəki Apelyasiya Məhkəməsi qərarlarında qeyd etmişdir ki, ƏƏSMN yanında X6 Xidməti bu səpkili şikayətləri icraata götürərkən, işçi ilə işə götürən arasında mübahisələrin həll edilməsi ilə bağlı əmək və mülkü prosessual qanunvericilikdə nəzərdə tutulmuş-pozulmuş və ya pozulrrtası ehtimal edilən hüquqların bərpası üçün müraciət müddətlərini nəzərə almalıdır. Bütün bunlara baxmayaraq DƏMX-nin Şəki-Zaqatala regional şöbəsi öz mövqeyindən əl çəkmir və yenə də uzanan hüquqpozuntusu adı ilə İXM-nin 192.4-cü maddəsinə əsasən qərar qəbul edir. Yuxarıda sadalanan bütün xüsusatlar onu deməyə əsas verir ki, "xxxx" MMC- nin klaster maliyyə meneceri Nümayəndə1 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Şəki- Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi Nümayəndə1 şikayətə uyğun izahat verərək, şikayətin təmin edilməsi, onun barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Şəki- Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş X2 işlədikləri dövr ərzində gecə vaxtına düşən saatlara görə əlavə əmək haqqı hesablanmamış və ödənilməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri Nümayəndə1 tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunan halla bağlı onun tərəfindən xx.xx.2022-ci il tarixdə M№ ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında X6 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X7 tərəfindən MN № ******* nömrəli 29 iyun 2022-ci il tarixli qərar qəbul edilmiş və Nümayəndə1 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X2 arasında bağlanmış əmək müqaviləsinə 20 avqust 2020-ci il tarixdə xitam verilmişdir. Həmin əmr üzrə işəgötürən tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunan pozuntu üzrə protokol xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Qeyd olunan pozuntu uzanan hüquq pozuntularına aid olduğundan qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Sonda isə məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsini və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsi dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə birlikdə araşdırıb və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə, şikayət təmin edilməli və iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin 29 iyun 2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş X1 işlədiyi dövr ərzində gecə vaxtına düşən saatlara görə əlavə əmək haqqı hesablanmamış və ödənilməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri Nümayəndə1 tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, X6 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X7 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri Nümayəndə1 barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, Nümayəndə1 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 20 avqust 2020-ci il tarixli X-20/63 nömrəli əmrdən görünür ki, Cəmiyyətin aşpaz köməkçisi vəzifəsində çalışan X2 ilə bağlanmış müddətli əmək müqaviləsinə 20 avqust 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən (ərizəsinə əsasən) xitam verilmişdir. İşçi ilə son haqq-hesabın edilməsi (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, cari ay üzrə ödənilməli saatlar) qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə razılaşır ki, işçi X2 ilə (20 avqust 2020-ci il) işəgötürən arasında bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələbləri pozulmuşdur. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsi nəzərə almamışdır ki, işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunan işçilərin əmək müqavilələrinə xitam verməklə İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı məhz 20 avqust 2020ci il tarixdə törətmişdir. Həmin vaxtdan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri Nümayəndə1 barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək, yəni 29 iyun 2022-ci il tarixədək 03 (üç) aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəməyə göndərilmiş şikayətin materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsin əməlindəki inzibati xətanın törədilməsi faktı müvafiq olaraq 20 avqust 2020-ci il tarixdən hesab edilməli, həmin tarixdən inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək isə 03 (üç) aydan çox müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X4 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Bundan başqa, "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hüquq nəzəriyyəsində "uzanan hüquqpozuntuları" (cinayət, xəta) dedikdə başlayan və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilən qanunsuz əməllər başa düşülür. "Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. "Uzanan hüquqpozuntuları"nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) uzanan inzibati xəta hadisəsi sayıla bilməz. Belə ki, burada yalnız bir dəfə inzibati xəta baş verir və bu xəta vahid niyyətlə əhatə olunur, heç bir halda inzibati xəta uzanan formada davam etmir. Maddənin dispozisiyasından da göründüyü kimi xəta işçinin əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsi anında törədilmiş olur. İşçilərin əmək haqqısı isə qanunvericiliyin tələblərinə əsasən adətən işlədiyi ayın sonunda bir dəfə hesablanır və işçiyə ödənilir. Bu halda isə xətanın müəyyən müddət ərzində fasiləsiz davam etməsi mümkün deyildir, yəni inzibati xəta işçinin əmək haqqısının hesablanıb ödənildiyi anda törədilir və həmin anda da başa çatır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin, həm də Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarının tələbləri baxımından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidməti Şəki Regional Ərazi Şöbəsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Ona görə də müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri Nümayəndə1 inzibati məsuliyyətdən azad edilməlidir. Çünki, İXM-in 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri Nümayəndə1 şikayəti təmin olunmalı, Azərbaycan Respublikası İXM-in 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X5 inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli 29 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri Nümayəndə1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X5 inzibati tənbeh vermə haqqında 29 iyun 2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin klaster maliyyə meneceri Nümayəndə1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəkil Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar