Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-280/2025 28.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi X1 Ncat Teyyub oğlu barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə olan 3(025)-280/2025 və 3(025)-279/2025 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materiallarına baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır kı, (xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində Qəbələ şəhəri, Gülməmməd Qarayev küçəsində ictimai məkanda ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. X4 barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır kı, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2025-ci il tarixdə saat 00:35 radələrində Qəbələ şəhəri, Gülməmməd Qarayev küçəsində ictimai məkanda ictimai qaydanı qoruyan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı kobud şəkildə pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. AR İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, X2 barəsində AR İXM-nin 510-cu maddəsi ilə olan 3(025)- 280/2025 və AR İXM-nin 535.1-ci maddəsi ilə olan 3(025)-279/2025 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları bir icraatda birləşdirilərək baxılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R V E R D İ: X4 barəsində AR İXM-nin 510-cu maddəsi ilə olan 3(025)-280/2025 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları barəsində İXM-nin 535.1-ci maddəsi ilə olan 3(025)-279/2025 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə bir icraatda birləşdirilsin. İşə baxılması üçün məhkəmə iclası 28 iyun 2025-ci il tarixdə, saat 15:50-ə Qəbələ Rayon Məhkəməsinin binasına təyin edilsin. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-280/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-280/2025
28.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver