Məhkəmə qərarları › İş №3(025)-284/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-284/2020

23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-284/2020 23.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı x6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxxxx 1965-ci il tarixdə Qəbələ rayonu Soltan Nuxa kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Soltan Nuxa kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 iyul 2020-ci il tarixdə Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı x8 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 10.07.2020-ci il tarixdə Soltannuxa kəndində yolun kənarında həmkəndlisi Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 22 iyul 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı x8 izahatında göstərdi ki, Şəxs 10.07.2020-ci il tarixdə Soltannuxa kəndində yolun kənarında həmkəndlisi Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bununla da Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs Pirəmməd oğlu onunla qonşuluqda yaşayır. Təxminən 2 ildən artıqdır ki, İmranla aralarında münaqişələr və mübahisələr olmuşdur. Qeyd olunan mübahisələrlə bağlı Polis şöbəsində araşdırılmalar aparılmışdır. 10.07.2020-ci il tarixdə saat təxminən 17:00 radələrində o, həyat yoldaşı Ağasıyeva Hədiyyə ilə birlikdə özünə məxsus olan tərəvəz sahəsində işləmişlər. Bu zaman İmran yaşadığı evdən çıxıb gedərkən heç bir səbəb olmadan onu və digər ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmişdir. Qeyd olunan vaxtda İmran uca səslə nalayiq ifadələr işlətmiş və ailə üzvlərinin yanında onu hörmətdən salmağa çalışmışdır. İmran onların ünvanına qarşı nalayiq ifadələr işlətdikdən sonra o da həmin ifadələri ona qarşı işlətmişdir. Orada olan hadisələri özünə məxsus olan telefon ilə videoçəkiliş etmişdir. Törətdiyi əməldən peşmandır və barəsində ədalətli inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs Pirməmməd oğlu ifadəsində göstərdi ki, qonşuları və qohumları olan Şəxs və onun həyat yoldaşı Hədiyyə Ağasıyeva ilə uzun müddətdir ki, mübahisələri vardır. Onlarla əvvəllər də münaqişələri olmuşdur. Münaqişəyə səbəb Şəxs onun həyat yoldaşına qapılarının ağzında çox gəzməsi ilə bağlı ilə irad bildirməsi olmuşdur. Belə olub aralarında sözlü mübahisə başlamış və mübahisə zamanı birbirlərini xəsarət yetirməmişlər. Hər ikisi bir-birini söymüş və təhqir etmişlər. Onlar mübahisə edən zaman ətrafda bəzi qonşuları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş x3 ifadəsində göstərdi ki, qonşusu Zərərçəkmiş şəxs Pirməmməd oğlu ilə mübahisələri 1988-ci ildən başlamışdır. Aralarında olan mübahisənin səbəbi 1988-ci ildə qonşusu İmranın qaynatası Əlyəddini döyməsi, daha sonra isə təxminən 10 il küsülü qalmaqları olmuşdur. Qonşusu Zərərçəkmiş şəxs onu və ailəsini mütəmadi olaraq nalayiq ifadələrlə təhqir etmişdir. 19.05.2020-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı evin qarşısında olarkən qonşusu Zərərçəkmiş şəxs ilə rastlaşmış, aralarında mübahisə yaranmış və mübahisə zamanı İmran onu və ailə üzvlərini, həmçinin ölmüş ata və anasını təhqir etmişdir. İmran ona və ailəsinə xaçpərəst olduqlarını bildirərək nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x1 ifadəsində göstərdi ki, qonşuları Şəxs ilə uzun müddətdir ki, mübahisələri vardır. 10.07.2020-ci il tarixdə Şəxs ona qapılarının ağzında çox hərəkət etdiklərini əsas gətirərək ona irad bildirmiş, daha sonra isə təhqir etmişdir. Belə olub onun yoldaşı Zərərçəkmiş şəxs da hadisə yerinə gəlmiş və mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Şəxs onları söymüş və onları təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşı, Şəxs isə həmkəndlisi və qohumdur. Qardaşı ilə Şəxs arasında uzun müddətdir ki, mübahisələr vardır. Onlar arasında mübahisə olmasına elə bir əsas yoxdur. Lakin səbəbsiz yerə tez-tez mübahisə edirlər. 10.07.2020-ci il tarixdə də Zərərçəkmiş şəxs və Şəxs mübahisə etmişlər və bir-birlərini söymüşlər. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs 10.07.2020-ci il tarixdə Soltannuxa kəndində yolun kənarında həmkəndlisi Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı pozması, xırda xuliqanlıq etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Belə ki, İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 09 iyun 2020-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış HK-1/545 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, x3 və ailə silə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs Pirməmmməd oğlunun arasında münaqişə mövcud olduğundan gələcəkdə baş verə biləcək hər hansı bir ağır hadisənin baş verməsinin qarşısının alınması məqsədilə onların münaqişəli qonşu kimi profilaktiki qeydiyyata götürülməsi üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərəəhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakışəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,49, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar