Məhkəmə qərarları › İş №3(025)-284/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-284/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-284/2022 18.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası DİN-nin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X2, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1988-ci il aprelin 10-da Qəbələ rayonu Tüntül kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Tüntül kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına 18 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2022-ci il mayın 09-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda idarə edərək “Vaz 2109” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədərək “Vaz 21041” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və həmin avtomobildə olan sərnişinin xəsarət almasına səbəb olmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X5 göstərdi ki, Şəxs 2022-ci il mayın 09-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda idarə edərək “Vaz 2109” markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədərək “Vaz 21041” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və həmin avtomobildə olan sərnişinin xəsarət almasına səbəb olmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 334.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayına verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 334.3-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, “Vaz 2109” markalı avtomobil ona məxsusdur. Təxminən bir il öncə Oğuzda işləyərkən bir nəfər tanımadığı adam ona demiş ki, “Vaz 2109” markalı avtomobili var, lakin sənədi yoxdur. O da ucuz olduğu üçün və odun daşımaq üçün həmin avtomobili almışdır. xx.xx.2022-ci il tarixdə evdə təxminən 500 qram spirtli içki olan araq qəbul etmişdir. Sonra isə kartdan pul çıxartmaq üçün “Vaz 2109” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək Vəndam qəsəbəsinə getmişdir. Vəndamdan qayıdanda yolda həmkəndlisi Məlik də avtmobildə əyləşmişdir. Avtomobili özü idarə etmiş, Məlik isə qabaq sağ oturacaqda əyləşmişdir. Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən 60-cı kilometrliyində idarə etdiyi “Vaz 2109” markalı avtomobil ilə üzü Qəbələ istiqamətinə saatda 60 kilometr surətlə hərəkətdə olarkən ani anda spirtin təsirindən özündə olmamış və qarşı ilə hərəkətdə olan “Vaz 21041” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə toqquşduqdan sonra idarə etdiyi avtomobil ilə yolun sağ kənarında olan dəmir konstruksiyalı səddə dəyərək dayanmışdır. O isə zərbənin təsirindən avtomobilin qapısı açılmış və yerə yıxılmışdır. X11 maşını ilə onu xəstəxanaya aparmışlar. Xəstəxanada ciddi xəsarəti olmadığı üçün onu evə buraxmışlar. Əməlindən peşimandır. Odur ki, məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə dostu Vüqar Bakı şəhərinə müayinə olmaq üçün gedirmiş. Ağrıları olduğu üçün ondan avtomobili idarə etməyi xahiş etmişdir. O da etiraz etməmiş və səhər saat 05:00 radələrində Şahbaza məxsus “Vaz 21041” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Avtomobili o idarə etmiş, Vüqar isə avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Bakıdan qayıdan zaman Vəndam qəsəbəsi ərazisində idarə etdiyi “Vaz 21041” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman ani anda arxa ilə hərəkətdə olan kustar üsulla düzəlmiş “vaz 2109” markalı avtomobil arxadan idarə etdiyi avtomobilə çırpılmışdır. O, sükanı sağa buraraq ehtiyyat hissəyə çıxmış və avtomobili dayandırmışdır. O və Vüqar heç bir xəsarət almamışdır. Sonda məhkəməyə ərizə təqdim edərək heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində Zərərçəkmiş şəxs dediklərini təsdiq edərək, eyni məzmunlu izahat vermişdir. Eyni zamanda göstərmişdir ki, “Vaz 21041” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuş, hadisə zamanı özü avtomobildə olsa da, avtomobili Zərərçəkmiş şəxs idarə etmişdir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və barəsində yüngül qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə ilə aparılan tibbi müayinənin 09 may 2022-ci il tarixli, 46 nömrəli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, sonuncunun qanında alkoqolun miqdarı 2,234 ‰ təşkil etmişdir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə ilə aparılan tibbi müayinənin 09 may 2022-ci il tarixli, 48 nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, onun spirtli içki qəbul etməsi müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 27 may 2022-ci il tarixli məktubundan görünür ki, DİN-in Baş X12 İdarəsinin Qeydiyyatimtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1988-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış HK-475 saylı materialda cinayət hadisəsi aşkar olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Qəbələ rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 220 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində alının sol tərəfinin sıyrıqda sonrakı izi kimi xəsarəti vardır. Həmin xəsarət küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 09 may 2022-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişində yarana bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində 2 azyaşlı uşağının olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-cü bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 12 saat müddətində müdafiə etmişdir. Odur ki, X4 göstərilmiş 1 saat hüquqi xidmətə görə Vəkil 6 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 18 iyul 2022-ci il saat 12:00-dan hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş 1 saat hüquqi xidmətə görə Vəkil 6 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar