Məhkəmə qərarları › İş №3(025)-284/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-284/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-284/2025 24.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin nümayəndəsi Nümayəndə və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X6 iştirakı ilə, AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarından X9 (VÖEN: **********) tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı ilə X9 (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirtdiyi Qəbələ şəhərində yerləşən “Arzum” qadın salonunda işçiləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000,0 manat cərimə olunmuşdur. X9 (VÖEN: **********) AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* qərarından məhkəməyə şikayət edib qərarın ləğv edilməsini və barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Qəbələ şəhərində yerləşən “Arzum” qadın salonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan X6 (VÖEN: **********) “Gigiyena və Sanitariya Xidmətlər Mərkəzi” əməkdaşlarının ona qarşı qanunsuz tələblər irəli sürməsi ilə bağlı şikayəti Qəbələ rayon prokurorluğunda araşdırılarkən onun işçiləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etməsi aşkar edilmiş və barəsində AR İXM-nin 192.1-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün xidmətə göndərilmişdir. Araşdırma nəticəsində X10 və X7 həmin salonda əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş və AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı ilə X9 (VÖEN: **********) AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000,0 manat cərimə olunmuşdur. X9 izahatında göstərmişdir ki, fərdi sahibkar statusu ilə (VÖEN: **********) qeydiyyata alınaraq Qəbələ şəhərində yerləşən “Arzum” qadın salonunda iki ay müddətində icarə müqaviləsi əsasında fəaliyyət göstərmiş və sonra başqa yerə köçüb fəaliyyətini davam etdirmişdir. xx.xx.2025ci il tarixdə “Gigiyena və Sanitariya Xidmətlər Mərkəzi” əməkdaşlarının ona qarşı qanunsuz tələblər irəli sürməsi (şəxsi kart hesablarına 120,0 manat köçürməsi) ilə bağlı Qəbələ rayon polis şöbəsinə şikayət etmişdir. Qəbələ rayon prokurorluğunda şikayəti araşdırılarkən əsassız olaraq barəsində AR İXM-nin 192.1-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış (X10 və X8 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etməsinə görə) və AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı ilə 3000,0 manat cərimə edilmişdir. Halbuki, X10 müstəqil surətdə salonda icarə əsasında fəaliyyət göstərmiş, X11 isə salona işi öyrənmək üçün gəlmişdir. Ona görə də, AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* qərarı qanunsuz hesab edilməli və ləğv edilməlidir. X3 rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, Qəbələ şəhərində yerləşən “Arzum” qadın salonunda ayda 120,0 manat məbləğində icarə haqqı ödəyərək müstəqil surətdə fəaliyyət göstərmişdir. X9 ilə əmək münasibətlərində olmamışdır. X4 rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il Qəbələ şəhərində yerləşən “Arzum” qadın salonuna qohumu X2 kəsimi və makiyaj işini öyrənməkdən ötrü getmiş, işçi olmamışdır. İşdə olan Qəbələ rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli Qərarının surətinə əsasən X6 (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirtdiyi Qəbələ şəhərində yerləşən “Arzum” qadın salonunda X10 və X8 əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edərək AR ƏM-nin 192.1-ci maddəsinin tələbini pozması aşkar edilmişdir. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən X9 (VÖEN: **********) xx.xx.2021-ci il, X10 (VÖEN: **********) xx.xx.2023-cü il, X11 (VÖEN: **********) xx.xx.2025-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. AR ƏM-nin 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 4-1-ci bəndinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. AR İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X9 (VÖEN:**********) Qəbələ şəhərində yerləşən “Arzum” qadın salonunda sahibkarlıqla məşğul olmuş; X1 ayda 120,0 manat məbləğində icarə haqqı ödəməklə müstəqil surətdə fəaliyyət göstərmiş, X5 əmək haqqı almamışdır; X11 (VÖEN: **********) salona işi oyrənmək məqsədilə gəlmiş, onun tərəfindən hər hansı işlər yerinə yetirilməmiş və yaxud konkrt şəxsə xidmət göstərilməmişdir. AR ƏM-nin 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 4-1-ci bəndinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsi Qəbələ rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli Qərarında qeyd olunmuş məsələ üzrə (X6 (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirtdiyi Qəbələ şəhərində yerləşən “Arzum” qadın salonunda X10 və X8 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etməsi) heç bir araşdırma aparmamış, faktı təsdiq edən hər hansı bir sübut toplamamış və əmək qanunvericilikdə nəzərdə tutulan əmək münasibətlərinin mahiyyətini düzgün başa düşməyərək X6 hərəkətlərini AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri ilə uyğunlaşdırmaqla səhvə yol vermişdir. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı ləğv edilməli və X9 ( VÖEN: **********) barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı ləğv edilsin. X9 (VÖEN: **********) barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar