Məhkəmə qərarları › İş №3(025)-285/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-285/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-285/2021 07.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Qəbələ rayonu, Şəfili kəndində anadan olmuş, Qəbələ rayonu, Bayramkoxalı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09.04.2021-ci il tarixdə aralarında yaranmış münaqişə zəminində Zərərçəkmiş şəxs döymüş, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 aprel 2021-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 Şəbanə Elxan qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X4 izahatında bildirmişdir ki, Şəxs 09.04.2021-ci il tarixdə aralarında yaranmış münaqişə zəminində Zərərçəkmiş şəxs döymüş, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Onunla arasında əvvəllcədən ədavət və münaqişə vardır. Nazilə ilə danışmır, küsülüdür. Təxminən 07.04.2021-ci il tarixdə oğlu Fuad evə gələrək ona dedi ki “mən yoldan keçən zaman Nazilə mənə sənin barəndə və mənə qarşı təhqiramiz ifadələr işlədir, mən də buna dözə bilmirəm.” Oğlu Fuad ona dedi ki “bu sözləri atama demə ya Naziləyə ya da Xalisə de ki onun ilə danışsın mənə bu cür sözlər deməsin”. O da əri Fərmana dedi ki “Xalis ilə söhbət etsin ki arvadı Nazilə ilə söhbət etsin mənim uşaqlarıma söz deməsin”. Əri Fərman da Xalisə bu barədə məlumat verdi. Təxminən 08.04.2021-ci it tarixdə Nazilə onların qapısına gələrək dedi ki “sənin ərin Fərman mənim ərimə söz deyib ərim Xalis buna görə məni döysə gedib Məlahət adlı qadını şöbəyə gətırəcəm.” Həmin vaxt Nazile nalayiq söyüşlər söyüb oğlu Fuadı və əri Fərmanı tutdurmaqla hədələyib evinə getdi. Həmin gün axşam əri Fərman işdən gələn zaman Nazilə onun qarşısnı kəsib ona qarşı nalayiq sözlər deyib ona qarşı şər böhtan xarakterli məlumatlar demişdir. O da buna görə Nazilənin yaşadığı evin qapısına getdi Nazilə qapını bağlayıb öz evinin pəncərsindən nalayiq ifadələr işlətməyə başaldı. Onun Nazilənin qapısına getməyində məqəsdi o idi ki, ona izah etsin ki sakit olsun əri ilə dalaşmasın. 09.04.2021-ci il tarixdə saat 10 radələrində o, baldızı Təranə ilə birlikdə Qəbələ şəhər bazarına getmiş, həmin vaxt qarşısında Nazilə getmişdir. Naziləyə çatana yaxın Nazilə onların hər ikisi barəsində təhqiramiz ifadələr işlətmiş, o, da buna görə Naziləyə dedi ki “sən bu sözləri kimə deyirsən”. Nazilə isə ona dedi ki “bu sözləri sizə deyirəm”. Həmin vaxt onların arasında sözlü mübahisə baş verdi. Onlar söhbət edib ayrıldılar. Onlra Nazilədən təxminən 20 metr aralı gedən zaman Nazilə yoldan onlara qarşı nalayiq ifadələr işlədib uca səslə qışqırmağa başaldı. Buna görə Təranə ilə birlikdə onun yanına getdi. Həmin vaxt Təranə Nazilənin üzünə tüpürdü və ona ayıb olsun dedi. Nazilə onun ailəsinə qarşı nalayiq sözləri dedi o da buna görə onun ağız nahiyyəsinə sillə ilə vurdu. Bu zaman Nazilə onun saçından tutub yolmağa başladı o da Nazilənin saçından tutub yoldu. Onlar mübahisə edən zaman Nazilənin əli onun ağzına girdi və dırnağı onun ağzının içərisnə keçərək xəsarət yetirdi. Həmin vaxt Təranə onları araladı, hər biri öz evinə getdi. 10.04.2021-ci il Təranə onların evində idi Təranəyə zəng gəldi ki, Nazilə onun yaşadığı evə gedib orada evi daşlayır. Onlar da buna görə yəni Təranə ilə o Pirəili kəndinə getdilər gördülər ki Nazilə Təranənin yaşadığı evin qarşısında gəlir. Onlar yolda qarşılaşdılar. Nazilənin nə üçün oraya getdiyini soruşdu. Nazilə isə yaxşı edib getdiyi deyib özünə haqq qazandırdı. Bu zaman onun ilə Nazilə arasında dava düşdü və Nazilənin saçından tutdu və Nazilə də onun saçından tutdu. Təranə isə onları araladı. Sonra Nazilə yerdən daş götürüb bir neçə dəfə Təranəyə atdı və həmin daşlardan ikisi Təranənin ayağına dəydi. Sonra onlar öz evinə getdilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ünvan 1 ünvanında əri Xalis və oğulları Şəmistan Məmmədov və Cahandar Məmmədov ilə birlikdə yaşayır. Şəbanə, Təranə və Fuad adlı şəxslər onun qonşusudur. Onların arasında əvvəllər mübahisə olmuş, mübahisəyə səbəb isə qonşusu Şəbanənin əri Xalisin üzərinə əvəllər şər atması olmuşdur. Buna görə də həmin şəxslərin heç biri ilə ünsiyyət qurmurdu. 09.04.2021-ci ü tarixdə saat 10 radələrində öz yaşayış sahəsindən çıxaraq Qəbələ bazar istiqamətində gedən zaman, yaşadığı evin yol hissəsində qonşusu Şəbanə arxadan qaçaraq onun qarşısına keçmiş, ondan 3 gün əvvəl əri Fərmana nə dediyini soruşmuşdur. 3 gün əvvəl Fərmana əri Xalisə onun barəsində yalan məlumatlar verdiyi üçün irad tutmuşdu. Həmin vaxt Şəbanənin baldızı Təranə də onların yanına gəldi. Daha sonra isə Şəbanənin oğlu Fuad adlı şəxs də sözü gedən yol hissəyə gəlmiş və onu döydülər. Həmin vaxt Şəbanə onun saçlarından yoldu, bu zaman o da Şəbanənin saçından tutdu. Daha sonra o, Şəbanəyə saçını buraxmasını bildirdi. Hər üçünü itələdi. Həmin vaxt Təranə də ona nalayiq ifadələrlə təhqir edərək onun saçlarından yoldu, alın nahiyyəsindən yumruqla vurdu. Eləcə də sol boyun tahiyyəsinə dırnağı ilə xəsarət yetirdi, həmçinin münaqişə zamanı Şəbanənin oğlu Fuad da onun baş nahiyyəsindən yumruqla təxminən 3 vurdu. Münaqişə zamanı yaxınlıqda heç kim yox idi. Münaqişə zamanı o da özünü müdafiə etmək üçün onlara yumruq atırdı. Lakin atdığı yumruqların orada olan şəxslərdən kimə dəydiyini dəqiq bilmədi. Lakin Şəbanənin saçını tutub yolmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin 09.04.2021-ci il tarixli, 116 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səhtində aşkar edilmiş xəsarətlər- üzün sol almacıq nahiyəsinin, sol çiyinin üst hissəsinin və sağ əlin İİİ barmağının dırnaq falanqasının üst səthinin sıyrıqları kimi xəsarətlər vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən 09.04.2021-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı Əmircan Kazımov tərəfindən tərtib edilmiş 07 may 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106- 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar