Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-285/2022 18.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi Əliyev Abbas Baba oğlu, X1 Bakı şəhər DYPİ-nin polis mayoru X3 inzibati xəta haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən həmin şikayəti vermək üçün müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsinə dair vəsatətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhər DYPİ-nin polis mayoru X3 inzibati xəta haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayətlə məhkəməyə müraciət edib bu qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini, habelə şikayət vermə müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməsini xahiş etmişdir. Həmin ərizədə göstərilmişdir ki, X2 şikayət vermə müddətini üzüriü səbəbdən buraxmışdır. Belə ki, barəsində tərtib edilmiş inzibati xəta pozuntusu barədə qərarın məhkəmə qaydasında mübahisələndirməsi üçün kağız daşıyıcıda ona rəsmi olaraq təqdim edilməsi üçün BDYPİ-nə müraciət etsə də, qərar ona təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixdə Qəbələ RİPŞ-ə müraciət edərək həmin tarixdə TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarı əldə etmişdir. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edirəm ki, ərizədə göstərilən hal Bakı şəhər DYPİ-nin polis mayoru X3 inzibati xəta haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə əsas ola bilməz. Belə ki, şikayətçi Bakı şəhər DYPİ-nin polis mayoru X3 inzibati xəta haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan və onun nəticəsindən vaxtında məlumatı olmuşdur. Bunun nəticəsidir ki, həmin qərardan www.asanpay.az vasitəsilə şikayət etmiş, daha sonra isə həmin qərardan məlumatlı olaraq Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət etmişdir. Lakin bütün bunlara baxmayaraq, sözügedən qərardan məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə şikayət verilmişdir. Bu hal özü də hazırkı şikayətin verilməsinə dair ötürülmüş müddətin bərpası üçün üzrlü hal hesab oluna bilməz. Belə ki, bu halda müddətin ötürülməsi şikayətçindən asılı olan səbəblərdən baş vermişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, şikayətçi X2 ərizəsində elektron qərardan vaxtında məlumatı olduğunu göstərmişdir. Məhkəmə şikayətçiyə izah edir ki, elektron qərardan da məhkəməyə şikayət etmək hüququ vardır. Həmçinin şikayətçi X2 Bakı şəhər DYPİ-nin polis mayoru X3 inzibati xəta haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarının Qəbələ rayon Polis şöbəsindən xx.xx.2022-ci il tarixdə almasında dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Bakı şəhər DYPİ-nin polis mayoru X3 inzibati xəta haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından X2 tərəfindən şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə verilmiş vəsatət rədd edilsin və şikayət geri qaytarılsın. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-285/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-285/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver