Məhkəmə qərarları › İş №3(025)-286/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-286/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-286/2025 21.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X4 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1cimaddəsi ilə MN seriyalı, ******* nömrəli, 30 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, X5 Əmək müqaviləsinə xitam verilməsilə bağlı verilmiş xx.xx.2025-ci il tarixli 48/X nömrəli xitam əmrinin ləğv edilməsi və müvafiq ödənişlərin ödənilməsi ilə bağlı verilmiş göstəriş məktubu ilə əlaqədar sənədlər icra üçün təqdim edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib edilən orqanın və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X1 nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, X3 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X12 Xidmətinin X2 müraciət edərək bildirmişdir ki, onun əmək müqaviləsinə müddətinin bitməsi ilə bağlı əvvəlcədən yazılı xəbərdarlıq edilmədən xitam verilmişdir. Həmçinin son haqq-hesabı da tam və vaxtında ödənilməmişdir. Tərəflərindən "xxxx" MMC-ə xitamın ləğv edilməsi və ya qanuni əsaslar göstərilməklə verilməsi, həmçinin son haqq-hesabın tam şəkildə ödənilməsi barədə göstəriş verilmişdir. Həmin göstəriş məktubu xx.xx.2025-ci il tarixdə tərtib edilmiş və xx.xx.2025-ci il tarixdə isə Şəxs MMC-yə rəsmi qaydada çatmışdır. Göstərişin icrası ilə bağlı 30 gün müddətində vaxt verilmiş, lakin göstəriş qismən icra edilmişdir. Bu səbəblə İnzibati Xətalar Məcəlləsinin 539.1-1 saylı maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixidə Şəxs MMC cavab maliyyə təsərrüfat davamsızlığı ilə əlaqədar ödəmədikləri müəyyən hissəni qısa müdətdə ödəməyi öhdələrinə götürdükləri barədə cavab vermişlər. Lakin həmin tarixdən bugünə qədər bizə ödənişi etmələri barədə hər hansı rəsmi məlumat verməmişdirlər. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetdiyindən Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X4 tərəfindən Şəxs MMC-yə ünvanlanmış 02 may 2025-ci il tarixli, 3-17-5/2- 40132/2025 saylı məktubda qeyd edilmişdir ki, vətəndaş X6 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinin araşdırılması zamanı AR ƏM-nin tələblərinin pozulması halı aşkar edilmişdir. Belə ki, daxil olan sənədlərə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, X7 işlədiyi dövrdə əmək haqqı tam olaraq ödənilməmiş və işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq X6 işdən azad edilməsi ilə bağlı verilmiş xx.xx.2025-ci il tarixli 48/X nömrəli xitam əmrin ləğv edilməsini və müvafiq ödənişlərin ödənilməsini təmin edərək nəticəsi barədə məktubu qəbul etdikdən 30 (otuz) gün müddətində X12 Xidmətinin X2 rəsmi məlumat verilməsi xahiş edilmişdir. - Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X2 ünvanlanmış 02 may 2025-ci il tarixli məktubda göstərilmişdir ki, X6 işlədiyi dövrlərdə hesablanmış əmək haqqının maliyyə-təsərrüfat davamsızlığı ilə əlaqədar olaraq ödənilməmiş müəyyən hissəsini qısa müddət ərzində ödəməyi öhdəsinə götürürlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsinə əsasən Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-də işləmiş vətəndaş X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X2 müraciət edərək, işlədiyi dövrdə əmək haqqı tam olaraq ödənilmədiyini və əmək müqaviləsinə əmək qanunvericiliyin tələbləri pozularaq xitam verildiyini bildirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X4 tərəfindən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixdə göstəriş xarakterli məktub ünvanlanaraq, X6 işdən azad edilməsi ilə bağlı verilmiş xx.xx.2025-ci il tarixli 48/X nömrəli xitam əmrin ləğv edilməsini və müvafiq ödənişlərin ödənilməsini təmin edərək nəticəsi barədə məktubu qəbul etdikdən 30 (otuz) gün müddətində X12 Xidmətinin X2 rəsmi məlumat verilməsitələb olunmuşdur. Lakin, göstərişdə nəzərdə tutulmuş bir aylıq müddətin keçməsinə baxmayaraq, Şəxs MMC məcburi göstərişin tələblərini yerinə yetirməmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X2 ünvanlanmış 02 may 2025-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, X6 işlədiyi dövrlərdə hesablanmış əmək haqqının maliyyə-təsərrüfat davamsızlığı ilə əlaqədar olaraq ödənilməmiş müəyyən hissəsini qısa müddət ərzində ödəməyi öhdəsinə götürmüşlər. Lakin öhdəliyi yerinə yetirmələri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X1 xx.xx.2025-ci il tarixli məcburi göstərişinin tələbləri icra edilməmişdir. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar