Məhkəmə qərarları › İş №3(025)-289/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-289/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-289/2020 27.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPX-nin polis baş serjantı x1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə Şəxs - 1956-ci il dekabrın 20-də Qəbələ rayonu Zalam kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Zalam kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqınhda işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2020ci il iyulun 22-də Qəbələ şəhər H.Əliyev prospektində manevr etmə qaydasını pozduğu üçün saxlanılmış, yoxlama zamanı Şəxs avtomobili sürücülük hüququ olmadan, il ərzində təkrarən sərxoş halda idarə etməsi məlum olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPX-nin polis baş serjantı x3 göstərdi ki, Şəxs 2020-ci il iyulun 22-də Qəbələ şəhər H.Əliyev prospektində manevr etmə qaydasını pozduğu üçün saxlanılmış, yoxlama zamanı Şəxs avtomobili sürücülük hüququ olmadan, il ərzində təkrarən sərxoş halda idarə etməsi məlum olmuşdur. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə özünü təqsirli bilib, göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə, gecə saat 19:10 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz-21013” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri, H.Əliyev prospektində yol polisi tərəfindən saxlanılmışdır və həmin günü avtomobili spirtli içki qəbul edərək idarə etmişdir. Sürücülük hüququ olmadan və spirtli içki qəbul edərək avtomobil idarə etdiyinə görə bu il bir dəfə də, barəsində inzibati protokol tərtib olunmuş və həmin vaxt cərimə olunmuşdur. Həmin cərimə məbləğini ödəmişdir. Odur ki, məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Qəbələ rayon Polis şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin x4 Şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır və il ərzində təkrar olaraq sürücülük hüququ olmadan avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinənin xx xxxx 2020-ci il tarixli, 293 nömrəli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, sonuncunun qanında alkoqolun miqdarı 4,00 ‰ təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Şəki RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AC № 564044 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Vaz-21013” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil x2 məxsusdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyini görə barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilmiş və MN ******* nömrəli qərara əsasən 500 manat cərimə olunmuşdur. İnzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs dinləyərək məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXMnin 334.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-ci maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cimaddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-ciil tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-cibəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsinə əsasən, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333-ci maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs şəxsiyyətini, törətdiyi əməli etiraf etməklə səmimi peşmançılığını və işin digər hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2020-ci il saat 12:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar