Məhkəmə qərarları › İş №3(025)-29/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-29/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-29/2023 27.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş AP ******* saylı 05 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək 12 yanvar 2023-cü il tarixdə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPBnin polis kapitanı X2 izahatında bildirmişdir ki, Şəxs 01 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində yol-nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, hazırda müddətdən artıq hərbi qulluqçusudur, Mülki müdafiə qoşunlarının Xilasetmə briqadasında – N saylı hərbi hissədə sürücü vəzifəsində xidmət edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş inzibati xəta haqqında iş aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi N saylı hərbi hissənin N yanvar 2022-ci il tarixli xx/xx-0064 saylı arayışından görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs həqiqətən Mülki müdafiə qoşunlarının Xilasetmə briqadasında (9926 nömrəli hərbi hissə) sürücü vəzifəsində xidmət edir. Qeyd edilən normaların tələblərinə əsasən hazırki inzibati xəta haqqında işə inzibati xəta törədən şəxs hərbi qulluqçu olduğundan aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İXM-nın 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A LDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş material ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilsin. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar