Məhkəmə qərarları › İş №3(025)-294/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-294/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-294/2024 24.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X13 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X2 iştirakı ilə, xx.xx.1992-ci ildə Qəbələ rayonu, Böyük Pirəlli kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Böyük Pirəlli kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 1748925) tərtib olunmuşdur ki, o, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün tələbkar X3 xeyrinə hər ay 193 manat aliment ödəməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3553/2022 saylı icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş və 1878 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 175 manat aliment və xx.xx.2019-cu il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay 50 manat aliment tutularaq tələbkar X5 ödəməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3553/2022 saylı icra sənədini üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, həmin icra sənədi üzrə tələbi mütəmadi qaydada ödəmiş, lakin ödənişlər hər dəfə natamam olduğundan cəmi 1878 manat aliment borcu yaranmışdır. Aliment borcunu tam şəkildə ödəmək niyyətindədir və xx.xx.2024-cü il tarixdə 750,0 manat ödəniş etmişdir. Ona görə də, qalıq aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2355/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış: Tərəflərin birgən nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınaraq X5 verilmişdir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3553/2022-008 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli e224631/2022-11-9-006 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3553/2022-ci il nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Qərarın surətinə əsasən Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2355/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1992-ci il təvəllüdlü Qəbələ rayonu, Böyük Pirəlli kəndində qeydiyyatda olan X6 haqqında axtarış elan edilmişdir. İşdə olan AR ƏN Qəbələ İPŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 224631/2022 nömrəli arayışdan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 2355/2021 saylı icra sənədi üzrə cəmi 6357,0 manat ödənildikdən sonra Şəxs X5 1878 manat aliment borcu qalmışdır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə cəmi 6357,0 manat ödəniş etmiş və 1878,0 manat borclu qalmışdır. Məcburi icra tədbirləri nəticəsində onun qazancı və digər gəlirləri, o cümlədən tələb yönələ bilən qiymətli əmlakı aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə 750,0 manat ödənilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-il tarixli 2(006)-3553/2022 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar