Məhkəmə qərarları › İş №3(025)-295/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-295/2020

30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-295/2020 30.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytnantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1983-cü il iyunun 04-də Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxx 2020-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbə sakini Şəxs saat 17:30 radələrində 1 nömrəli tədbirdə polis baş serjantı Xəzər Qasımlının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytnantı X6 göstərdi ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbə sakini Şəxs saat 17:30 radələrində 1 nömrəli tədbirdə polis baş serjantı Xəzər Qasımlının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə 5 bakal spirtli içki olan pivə qəbul etmişdir. Günün ikinci yarısında o, yaşadığı evdən çıxıb Qəbələnin mərkəzinə gəlmişdir. Bundan sonra əlavə olaraq 1 bakalda pivə qəbul etmişdir. O, polis əməkdaşlarının yolu kəsməsini görüb uca səslə “niyə yolu kəsmisiz, mən qəsəbə sakiniyəm, yola çıxmalıyam” deyərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu sakitləşdirməyə, 1 nömrəli tədbir olmasını izah etsələr də, spirtli içki qəbul etdiyi üçün polis əməkdaşlarına məhəl qoymamışdır. Hal-hazırda əməlindən peşmandır. Polis əməkdaşlarından etdiyi hərəkətə görə üzr istəyir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf etməsinin nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin Post-Patrul xidməti bölüyü polis nəfəri X4 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində 1 nömrəli tədbir ilə əlaqədar qəsəbənin mərkəzində xidmət aparırmış. Həmin vaxt vətəndaşlarla yolun kənarında dayanmamaları ilə bağlı proflaktiki söhbətlər aparırmış. Həmin vaxt orada polis baş serjantı Bilalov Feyzulla və Mirzəmmədov Elçin ilə birlikdə xidmətlərini təşkil etmişlər. Həmin vaxt adı sonradan ona məlum olan Qəbələ rayonu Vəndam qəsəbə sakini Şəxs ərtafda dayanmış şəxslərin keçib onlara tərəf gəlmiş, gələn vaxt uca səslə “niyə yolu kəsmisiz, mən qəsəbə sakiniyəm, mərkəzə çıxmalıyam” deyərək onları və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək təhqir etməyə başlamışdır. O və digər xidmətdə olan polis əməkdaşları Şəxs sakit olmağa dəvət etsələr də, qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin Post-patrul xidməti bölüyü manqa komandiri X5izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində 1 nömrəli tədbir ilə əlaqədar xidmət aparmışdır. O və digər polis əməkdaşları vətəndaşlarla proflaktiki söhbətlər aparan zaman Qəbələ rayonu Vəndam qəsəbə sakini Şəxs ətrafda dayanmış şəxslərin ortalarından keçərək uca səslə yola çıxacağını bildirmiş və onları və digər polis əməkdaşlarını təhqir etmişdir. Onu nizamintizama dəvət etsələr də, onların qanuni tələblərinə məhəl qoymamış və öz hərəkətlərini etməkdə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri X1 Xəzər Əliheydər oğlu və X5 ilə oxşar məzmunlu izahat verərək onların dediklərini təsdiq etmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin PPXB-nün polis nəfəri polis baş serjantı X12 RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanladığı 29iyul 2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində bir nömrəli tədbirlə əlaqədar olaraq qəsəbənin mərkəzində polis serjantı Elçin Mirzəmmədov və polis baş serjantı Feyzulla Bilalovla xidmətdə olarkən vətəndaşların yol kənarında dayanmaması barədə söhbətlər aparılarkən adı sonradan ona məlum olan qəsəbə sakini Şəxs sərxoş vəziyyətdə kütləyə yaxınlaşaraq uca səslə nə səbəbə yolu bağlamısız, açın yolu mən gedirəm deyərək polis əməkdaşlarının ünvanına söyüşlər söydüyü üçün sakit olması tərəflərindən tələb edilsə də, onların qanuni tələblərinə tabe olmadan hərəkətlərini və söyüşlərini davam etdirmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindəinzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbə sakini Şəxs saat 17:30 radələrində 1 nömrəli tədbirdə polis baş serjantı Xəzər Qasımlının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar