Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-295/2024 10.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X15 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X3 iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 1748926) tərtib olunmuşdur ki, o, xx.xx.2017-ci il təvəllüdlü X5 və X1 üçün tələbkar X6 xeyrinə hər ay 1000 manat aliment ödəməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-2111/2023 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və 5400 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2017-cı il təvəllüdlü X5 və X1 üçün tələbkar X6 xeyrinə hər ay 1000 manat aliment ödəməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(009)-2111/2023 saylı icra sənədini üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, həmin icra sənədi üzrə cəmi 1600,0 manat ödəniş etdikdən sonra işləyə bilməmiş və qazancı olmadığından alimenti ödəməmişdir. Ona görə də, qalıq aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-2111/2023-cü il tarixli icra vərəqəsinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi “Tərəflər razılaşdılar ki, ikinci tərəf birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2017-ci il təvəllüdlü X10 və X1 üçün hər ay ümumilikdə 1000 (bir min) AZN aliment məbləğini Birinci tərəf X7 ödəyəcək” hissəsində təsdiq edilməli, 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi maraqlı şəxs Şəxs ərizəçinin xeyrinə tutulmalıdır. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, e292364/2023-11-5-008 nömrəli arayışdan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-2111/2023 saylı icra sənədinə əsasən Şəxs X7 5400 manat aliment borcu var. Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2111/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e292364/2023-11-5-00 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-2111/2023-cü il nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli e292364/2023-11-5-007 nömrəli xəbərdarlığın surətinə əsasən borclu Şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)- 2111/2023-cü il nömrəli icra sənədi üzrə tələbi xx.xx.2024-cü il tarixədək könüllü qaydada təmin etməsi tələb olunmuş və əks təqdirdə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyət daşıması barədə məlumatlandırılmışdır. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e288508/2022-11-5-005 nömrəli xəbərdarlığın surətinə əsasən borclu X4 Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-1080/2022-ci il tarixli icra sənədi üzrə tələbi dərhal könüllü qaydada təmin etməsi tələb olunmuş və əks təqdirdə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyət daşıması barədə məlumatlandırılmışdır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 10 iyun 2024-cü il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-295/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-295/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver