Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-296/2020 30.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X4, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1991-ci il oktyabrın 28-də Qəbələ rayonu Kürd kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Qəbələ rayonu Kürd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxx 2020-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 16:40 radələrində 1 nömrəli tədbir zamanı Qəbələ şəhəri 28 may küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X6 oğlu göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 16:40 radələrində 1 nömrəli tədbir zamanı Qəbələ şəhəri 28 may küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə qohumu Məhəmməd Məmmədxanovla birlikdə təxminən saat 14:00 radələrində Qəbələ şəhərinin mərkəzinə gəlmişlər. Qəbələ şəhərinə gəlmələrinə səbəb onun idarə etdiyi **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili ustaya gətirmək olmuşdur. Sözügedən avtomobili o idarə etmiş, avtomobili ustaya gətirərək yağın dəyişdirmiş və onlar sonra Qəbələ şəhərinin mərkəzinə gəlmişlər. Yollar bağlı olduğu üçün bərbərlərin birinin yanında üz və saç təraşı etdirmişlər. Bərbərdə olan zaman yaxınlıqda olan polis əməkdaşları onları yanınlarına çağırmış, Məhəmməd polis əməkdaşlarına yaxınlaşmış, o isə saçını qutarmadığından polis əməkdaşlarına yaxınlaşmamışdır. Polis əməkdaşları Məhəmmədə işlərini tez görməklərini və həmin ərazidən uzaqlaşmaqlarını bildirmişlər. Daha sonra onlar avtomobillə həmin ərazidən uzaqlaşarkən svetoforun yanında yol polisi əməkdaşı onlara “dayan” əmri vermis, o isə avtomobili saxlamışdır. Polis əməkdaşları ondan maşından düşməsini istəmiş, o isə heç bir qayda pozmadığını, bu səbəbdən avtomobildən düşməyəcəyini bildirmişdir. Yol polis əməkdaşı ondan maşının sənədlərini soruşmuş, o isə maşının sənədlərinin onda olmadığını bildirmişdir. Polis əməkdaşına avtomobilin sənədləri olmadığını, lakin heç bir qayda pozmadığını və bu səbəbdən həmin ərazidən uzaqlaşaraq getmələrinə icazə vermələrini xahiş etmişdir. Lakin polis əməkdaşları onu zorla maşından endirmişlər. O isə ruhi xəstə olduğundan, əsəbləşdiyindən öz əsəblərinə hakim ola bilməmiş, həmin anda əlinə kubik daşı götürərək maşınına xəsarət yetirmək istəmiş, lakin polis əməkdaşları kubiki əlindən alaraq onu zorla avtomobilə mindirmişlər. Həmin anda polis əməkdaşlarına qarşı kobudluq etmiş, onlara nalayiq ifadələr işlətmişdir. Avtomobili sənədsiz idarə etdiyinə görə və polis əməkdaşlarına qarşı kobudluq etdiyinə görə əməlindən peşmandır. Bununla bağlı polis əməkdaşlarından üzr istəyir və bağışlanmasını xahiş edir. Xəstəliyinin nəzərə alınmasını və barəsinə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf etməsinin nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-si İTB-nin rəisi X2 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ şəhər, 28 may küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində təxminən saat 16:40 radələrində 1 nömrəli tədbirlə bağlı xidmətdə olarkən adını bildiyi Şəxs idarə etdiyi nəqliyyat vastəsini cərimə meydançasına aparılmasını bildirdikdə o, avtomobildən düşərək ünvanlarına ucadan nalayiq ifadələr işlədərək yanındakı Məhəmməd adlı sərnişin ilə birlikdə polisin qanuni tələbinə tabe olmamış, onun nəqliyyat vasitəsini heç kəsin cərimə meydançasına aparmasına imkan verməyəcəyini bildirib onların qanuni tələblərinə tabe olmayaraq avtomobilin sükanına isə əyləşməklərinə imkan verməmişdir. Bundan əlavə Şəxs həmin yerdə kubik daşını götürərək öz avtomobilinə ziyan vuracağını bildirmiş, onların bunun qarşısını alaraq bu səbəbdən A.Asalnov həmin əraziyə yaxınlaşmış PPXB-nin əməkdaşlarının köməyi ilə rayon Polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-si YPX inspektoru X9 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəri, 28 may küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində təxminən saat 16:40 radələrində 1 nömrəli tədbirlə bağlı xidmətdə olarkən “Qaz3110” markalı **-MT-*** dövlət nömrə nişanlı avtomaşının konstruksiya dəyişikliyi ilə bağlı saxlama işarəsi vermişdir. Sürücü avtomaşını saxlamış, o sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra ona etdiyi qayda pozuntusu ilə bağlı məlumat vermiş və ondan sənədləri təqdim etməsini xahiş etmişdir. Sürücü özünü Anar adlı şəxs kimi təqdim edərək heç bir sənədinin olmadığını bildirərək nəqliyyat vasitəsini sürərək oradan uzaqlaşmağa cəhd etmişdir. O, həmin şəxsin oradan sürüb getmək cəhdinin qarşısını alan zaman həmin əraziyə Qəbələ RPŞ-nin İTBnin rəisi Nicat Hümbətalıyev, bölük komandiri polis kapitanı Orxan Cəbrayılov, PPXB-nin polis nəfəri polis serjantı Nurlan Quluyev, Toğrul Musayev, YPX inspektoru İbrahim Seyidov həmin əraziyə yaxınlaşmışlar. Sonradan adını bildiyi Şəxs idarə etdiyi nəqliyyat vasitəsini cərimə meydançasına aparılmasını bildirdikdə o, avtomobildən düşərək ünvanlarına ucadan nalayiq ifadələr işlədərək yanındakı Məhəmməd adlı sərnişin ilə birlikdə polisin qanuni tələbinə tabe olmamış, onun nəqliyyat vasitəsini heç kəsin cərimə meydançasına aparmasına imkan verməyəcəyini bildirib onların qanuni tələblərinə tabe olmayaraq avtomobilin sükanına isə əyləşməklərinə imkan verməmişdir. Bundan əlavə Şəxs həmin yerdə kubik daşını götürərək öz avtomobilinə ziyan vuracağını bildirmiş və onların bunun qarşısını alaraq bu səbəbdən Şəxs həmin əraziyə yaxınlaşmış PPXB-nin əməkdaşlarının köməyi ilə rayon polis şöbəsinə gətirilmiş və tərəflərindən həmin şəxs barəsində polisin qanuni tələbinə tabe olmaması barədə raport tərtib edilərək şöbənin rəhbərliyinə məruzə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ PPXB-ni rəisi X3 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonunda 1 nömrəli tədbir zamanı xidmətdə olarkən Qəbələ rayon 28 may küçəsində olarkən DYPB-nin YPX-nin inspektoru Cavid Yusifovu “Qaz 3110” markalı **-MT-*** nömrəli avtomaşını saxladığını və aralarında mübahisə olduğunu görmüşlər. O və PPXB-nin polis nəfəri polis serjantı Nurlan Quliyevlə birlikdə Cavid Yusifova yaxınlaşaraq kömək lazım olduğunu soruşmuşlar. Həmin vaxtı Qəbələ RPŞ-nin İTB-nin rəisi polis kapitanı Nicat Hümbətalıyev və yol patrul xidməti inspektoru İbrahim Seyidovla həmin əraziyə yaxınlaşanda bu vaxt sürücünün YPX-nin inspektoru polis serjantı Cavid Yusifovun qanuni tələblərinə tabe olmadığını görmüşlər. Belə ki, konstruksiya dəyişikliyi ilə əlaqədar saxlanılmış “Qaz 3110” markalı **-MT-*** nömrəli avtomaşının sürücüsünün həmin avtomaşının cərimə meydançasına aparılmalı olmaması barədə polisin qanuni tələbinə tabe olmayaraq nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmasına imkan verilməmişdir. Sürücü sonradan adını öyrəndiyi Şəxs və sərnişin X1 onlarında həmin əraziyə yaxınlaşmağlarını görüb polisin qanuni tabe olmayacağına, ona məxsus avtomobili heç kəsin cərimə meydançasına aparmağına imkan verməyəcəyini bildirib, ünvanlarına nalayiq ifadələr işlədərək yolun kənarında olan tikinti materialı olan kubiki götürüb idarə etdiyi avtomobilin üzərinə yürümüşdür. Onlar onun bu hərəkətinin qarşısını alıb kubik daşını onun əlindən götürüb onlara, ətrafdakılara və özünə zərər verilməməsi üçün, eyni zamanda qanuni tədbir görülməsi üçün Qəbələ RPŞ-yə aparı hərəkət zolağını qısa bir zamanda boşaldılmasını təmin etmişlər. İş materiallarında olan Qəbələ RPŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X10 RPŞnin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanladığı 29iyul 2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayon ərazisində 1 nömrəli keçirilən tədbir zamanı saat təxminən 16:40 radələrində Qəbələ şəhər 28 May küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində “Qaz 3110” markalı **-MT-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünə konstruksiya dəyişikliyi ilə bağlı saxla işarəsi verilən zaman sürücü avtomobili saxlayaraq uca səslə polis əməkdaşlarının ünvanında nalayiq ifadələr işlədərək yanındakı digər vətəndaş ilə birlikdə onların qanuni tələblərinə qəsdən tabe olmamış və sürücü öz avtomobilinə ziyan vurmaq üçün əlinə mişar daşı olaraq avtomobilin üzərinə gedən zaman tərəflərindən saxlanılaraq, sürücü digər polis əməkdaşlarının Nicat Hümbətalıyevin, Orxan Cəbrayılovun, Nurlan Quluyevin, Toğrul Musayevin, İbrahim Seyidovun və Yusif Məmmədovun köməkliyi ilə tərəflərindən Qəbələ RPŞ-nə gətirilmiş, barəsində araşdırılma aparılıb qanuni tədbir görülməsi üçün Növbətçi Hissəyə təhvil verilmişdir. Polis şöbəsində həmin şəxs ünvan 2 mənzil 408 ünvanda yaşayan Şəxs olması məlum olmuşdur. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Cianyət Kollegiyasının xx xxxx 2020ci il tarixli, 4(107)-56/2020 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Şəxs barəsində xx xxx 2020-ci ildən xx xxxxxx 2020-ci ilədək seçilmiş həbs qətimkan tədbiri həmin müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “X11 Haqqında” protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 20:55-də tutulmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Şəxs barəsində Qəbələ RPŞ-də aparılan araşdırma ilə bağlı izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli video müşahidə kamerasının diskə köçürülmüş görüntülərinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən Şəxs xx.xx.2020-ci il tarixdə polis işçilərinin qanuni tələblərinə tabe olmamış, onları nalayiq ifadələrlə təhqir etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 16:40 radələrində 1 nömrəli tədbir zamanı Qəbələ şəhəri 28 may küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-296/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-296/2020
30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver