Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-297/2022 28.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxs Şəxs iştirakları ilə Şəxs - xx xxxxx 1973-cü ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon Prokurorluğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ rayon Prokurorluğundan daxil olmuş materialda göstərilir ki, xx.xx.1973-cü il tarixdə Qəbələ rayon Nohurqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silah65 10 K3 nömrəli 16 kalibrli təklüləli, yivsiz ov tüfənginin və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, bununla da Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmuşdur. Bununla da 21 iyul 2022-ci il tarixdə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar qəbul olunmuşdur. Məhkəmə iclasında Qəbələ rayon prokurorunun köməkçisi X4 göstərdi ki, 28 aprel 2022ci il tarixdə saat 14:00 radələrində Qəbələ rayon prokurorluğuna rayon polis şöbəsinin növbətçi hissəsindən həmin gün xx.xx.1999-cu il təvəllüdlü Qəbələ rayon Nohurqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X3 yaşadığı evdə ov silahından sinə nahiyəsinə ataş açaraq intihar etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar Qəbələ rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən digər əşyalarla yanaşı mənzildən 65 10 K3 nömrəli 16 kalibrli təklüləli yivsiz ov tüfəngi, ona məxsus patronlar, lülə yatağından aşkar edilmiş 1 ədəd giliz maddi sübut qismində götürülmüşdür. Aparılmış araşdırma nəticəsində xx.xx.1999-cu il təvəllüdlü, subay, işsiz, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan X2 28 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində yaşadığı evdə 65 10 K3 nömrəli 16 kalibrli təhlükəli yivsiz ov silahından sinə nahiyyəsinə atəş açaraq intihar etməsi hadisəsində cinayət hadisəsi müəyyən olunmadığından xx.xx.2022-ci il tarixdə tərəfindən toplanmış 40c-22 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Nəticədə Şəxs 65 10 K3 nömrəli 16 kalibrli təhlükəli yivsiz ov tüfəngini və həmin silaha aid döyüş sursatlarını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə etməsinə və saxlamağına görə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Qeyd olunanlar araşdırma zamanı alınmış izahatlar, xx.xx.2021-ci il tarixli tibbi ekspert rəyləri və digər sənədlərlə təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 16 kalibrli ov silahı babasından ona qalmışdır. Həmin silahı vəhşi heyvanları qorxudmaq üçün istifadə etmiş, qeydiyyata alınması ilə maraqlanmamışdır. Barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Şəxs barəsində Qəbələ rayon Prokurorluğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 iyul 2022-ci il tarixli qərarın surətindən görünür ki, Qəbələ rayon Nohurqışlaq kənd sakiniX2 intihar etməsi ilə əlaqədar toplanmış 40c-22 saylı materialda cinayət hadisəsi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, mərhum X2 intihar etdiyi “65 10 K3” nömrəli, 16 kalibrli tək lülə, yivsiz ov tüfənginin qeydiyyatı olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. İş materiallarında olan “Kompleks məhkəmə-daktiloskopik, ballistik və trasoloji” ekspertizasının xx.xx.2022-ci il tarixli № 3/648 3/649 3/650 3/651 rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 01 ədəd 65 10 K3 nömrəli silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “3K” modelli, xarici çaxmaqlı, təklüləli tüfəngdir – yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Həmçinin tədqiqata təqdim edilmiş 8 (səkkiz) ədəd patron zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz (bir ədədi patronqabının içərisində, digəri isə silahın patronluğunda) zavod üsulu ilə hazırlanmış, yivsiz odlu öv tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronların atəşə ayrılmış hissələridir-gilizləridir. Həmin gilizlər təqdim edilmiş ov tüfəngindən atılmışlar. İş materiallarında olan Qəbələ RPŞ-dən Qəbələ rayon prokurorluğuna ünvanlanmış xx.xx.2022-ci il tarixli № 25/144-13791-1222 nömrəli məktubda göstərilmişdir ki, mərhum X2 intihar etdiyi “65 10 K3” nömrəli, 16 kalibrli təhlükəli, yivsiz ov tüfəngi Qəbələ RPŞ-də qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş “65 10 K3” nömrəli, 16 kalibrli tək lülə, yivsiz ov tüfəngi olan mülki ov tüfəngi müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş “65 10 K3” nömrəli, 16 kalibrli tək lülə, yivsiz ov tüfəngi olan mülki ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-297/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-297/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver