Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-297/2024 27.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə2və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsiŞəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə MN ******* nömrəli, 05 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsidən daxil olmuş MN ******* nömrəli, 05 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən “X1 avtomobillərin təmiri” sahibkarlıq obyektində açıq məkanda yayımlanan fasad və ayrıca dayaqlı reklamlar barədə verilmiş yazılı göstərişin tələblərini vaxtında və tam yerinəyetirilməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə2 protokolda göstərilənlərə uyğun izahat verərək eyni zamanda göstərdi ki, Şəxs tərəfindən “Reklam haqqında” AR-nın qanununun tələbləri əvvəllər də pozulmuşdur. Belə ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(025)-368/2022 nömrəli qərarı ilə İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə olunmuşdur. Cərimə olunandan sonra Reklam ilə müqavilə bağlamış və hər dəfəsində gecikdirərək ödənişləri etmişdir. Lakin onun hal-hazırda Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi ilə müqaviləsi yoxdur. Etdiyi əməlin qanun pozuntusu olması və məsuliyyəti barədə Şəxs yazılı göstəriş göndərilmişdir. Eyni zamanda 05 iyun tarixdə özü şəxsən Şəxs zəng edərək, yazılı göstərişdə nəzərdə tutulmuş halları aradan qaldırmağı, əks halda saat 16:00-da idarənin əməkdaşlarının gələrək barəsində protokol tərtib ediləcəyi barədə məlumat verilmişdir. Lakin Şəxs yazılı göstərişdə nəzərdə tutulmuş halları aradan qaldırmamış, nəricədə barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilən halın nəzərə alınmasını və inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ona məxsus olan avtomobil təmiri yeri 2022-ci ildə yanmışdır. Ona iki yüz min manatdan artıq ziyan dəymişdir. Lakin buna baxmayaraq 2023-cü ildə quraşdığı reklamlara görə xidmət haqqını ödəmişdir. Reklamın nümayəndəsi Nümayəndə2 onunla telefon vasitəsi ilə əlaqə saxlayan zaman reklamın nümayəndələrinin gələrək onunla yeni müqavilə bağlayacaqlarını bildirsələr də, onun iş yerinə gələn əməkdaşlar barəsində protokol tərtib etdiklərini bildirmişlər. Bu səbəbdən protokola qol çəkməmişdir. Əgər onunla yeni müqavilə bağlayarlarsa, qanunda nəzərdə tutulmuş rüsumu vaxtında ödəyəcəkdir. Ona işlətdiyi obyektin yanması nətisəsində xeyli ziyan dəymişdir, həmçinin himayəsində xəstə uşağı vardır. Göstərilən halların nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Şəxs ünvanlanmış “Açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” Yazılı Göstərişdən görünür ki, Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən “Mübarizoğlu Avtoservis” ünvanında, açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” AR Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə müraciət etmək tələb olunmuşdur. Bu tələblər yerinə yetirilmədikdə AR İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi bildirilmişdir.Həmçinin inzibati işin materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məlum olmuşdur ki, müvafiq məktubu Şəxs xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edərək qəbul etmişdir. İşdə olan “Açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə” 16aprel 2024-cü il tarixli, 000315 nömrəli aktdan görünür ki, Şəxs iştirakı olmadan Şəxs tərəfindən İXM-nin 428.7-ci maddəsinə zidd olaraq icazəsiz reklamları yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və bu səbəblə akt tərtib edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(025)-368/2022 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs fiziki şəxs kimi 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görəfiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” qanunun 26.1-ci maddəsinin tələbinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinin tələbinə görə açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2- 2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Bu Qanunun 26.8-ci maddəsinin tələbinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs - ŞəxsQəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən “X1 avtomobillərin təmiri” sahibkarlıq obyektində açıq məkanda yayımlanan fasad və ayrıca dayaqlı reklamlar barədə verilmiş yazılı göstərişin tələblərini vaxtında və tam yerinə yetirməmiş, bununla da Reklam haqqında Qanunun tələblərini pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsiləşikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-297/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-297/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver