Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-298/2020 17.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytnantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1983-cü ildə Qəbələ rayonu, Seyidqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Seyidqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytnantıX2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2020-ci il saat 17:50 radələrində Qəbələ rayon Seyidqışlaq kənd sakini Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə alınmış mülki ov silahının daşınması və saxlanması qaydalarını pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytnantı X2 göstərdi ki, xx.xx.2020-ci il saat 17:50 radələrində Qəbələ rayon Seyidqışlaq kənd sakini Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə alınmış mülki ov silahının daşınması və saxlanması qaydalarını pozmuşdur. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, qoşa lülə, 20 kalibrli mülki ov tüfəngi atası Mehdiyev Faizə məxsus olmuş və atasından ona yadigar qalmışdır. Atasının həmi silaha dair qanuni sənədləri olmuşdur. Lakin onun silahı gəzdirməyə dair sənədləri olmamışdır. Həmi silahı öz adına sənədləşdirmək istəyir. Məhkəmədən barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytnantı X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1ci maddəsində nəzərdə tutulan əməli işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı tərəfindən Qəbələ RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanlanmış xx.xx.2020-ci il tarixli Raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat təqribən 17:50 radələrində Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri polis siravisi Nicat Rəhmanlı ilə birlikdə xidmətdə olarkən Qəbələ rayonu Seyidqışlaq kənd ərazisində bir nəfərin şəxsin heyvan otararkən üzərində ov silahı olan tüfəng görüb ona yaxınlaşaraq silaha aid hər hansı bir sənədin olub olmadığını soruşduqda vətəndaş Şəxs ov silahının atası Mehdiyev Faizə məxsus olduğunu bildirmiş və silaha aid sənədin evdə olduğunu demiş, Şəxs üzərində gəzdirdiyi ov silahının qanuni sənədin olub-olmamasını və Rəhmanın onu gəzdirməyə icazəsi olduğunu yoxlamaq üçün Şəxs çüt lülə, 20 kalibrli, 132909 №li ov silahı götürülərək müvafiq araşdırılma aparılması məqsədi ilə Qəbələ RPŞ-nin NH-nə təhvil verilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Qəbələ rayonu Seyidqışlaq kənd sakini Şəxs iştirakı ilə ondan mərhum atasına məxsus 20 kalibr, cüt lülə, 132908 nömrəli mülki ov silahı götürülmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Qəbələ rayonu Seyidqışlaq kənd sakini Şəxs 20 kalibr, cüt lülə, 132908 nömrəli mülki ov silahı saxlanılması üçün Qəbələ RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd cüt lülə, 20 kalibirli, 132908 nömrəli ov tüfəngi müsadirə edilməməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd cütlülə, 20 kalibirli, 132908 nömrəli ov tüfəngi müsadirə edilməməklə barəsində 70 (yetmiş) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-298/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-298/2020
17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver