Məhkəmə qərarları › İş №3(025)-298/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-298/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-298/2024 12.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1980-ci il mayın 05-də Qəbələ rayonu Mollaşıxalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 12 iyun 2024-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 12 iyun 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, əvvəllər Qəbələ rayon Polis şöbəsində işləmişdir və 2023-cü ilin avqust ayının 7sindən pensiyaya çıxmışdır. Hal-hazırda isə "xxxx" MMC-də mühafizəçi işləyir. Zərərçəkmiş şəxs ilə 5 ilə yaxındır ki, münasibətləri vardır. Bu münasibətdən Zərərçəkmiş şəxs qardaşlarının da xəbərləri vardır. Arzunun qardaşları ilə bununla bağlı mübahisələri olmuş, ondan dəfələrlə əsassız şikayətlər etmişdir. Lakin Arzu ilə danışıb bu məsələni həll etmişdir. Lakin barəsində təhqiqatda toplanan materiallar ilə razı deyildir. Belə ki, təhqiqatçı tərəfindən düzgün araşdırılma aparılmamışdır. O, təhqiqatda olan zaman guya Zərərçəkmiş şəxs onun döyməsini iddia etdiyi vaxtın, yəni xx.xx.2024-cü il tarixdə işdə olduğunu, kameraların iş yerindən tələb etməsini xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs evinin qarşısında da kameralar vardır. Həmin kameralara da baxış keçirilməmişdir. Həmçinin Zərərçəkmiş şəxs məxsus evə getsəydi, hər hansı qonşusu görərdi. Lakin onun Zərərçəkmiş şəxs ya məxsus evə getməsini təsdiqləyən şahid yoxdur. Nəticədə təhqiqatçı yalnız Zərərçəkmiş şəxs izahatı ilə onun İXM-nin 157-ci maddəsi ilə təqsirli olunması barədə qərar qəbul etmişdir. Arzunun guya onu döyməsi barədə dedikləri isə yalandır. Ekspert rəyində Zərərçəkmiş şəxs bədənində xəsarət olduğu göstərilmişdir. Lakin ekspert rəyində onun da bədənində xəsarət olması müəyyən olunmuşdur. Ekspert Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət olmasını heç nə ilə əsaslandırmadan, heç bir şahid ifadəsi olmadan və yalnız Zərərçəkmiş şəxs izahatını nəzərə alaraq onu İXM-nin 157-ci maddəsi ilə təqsirli bilmişdir. Özünü təqsirli bilmir, barəsində tərtib olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Vüqarı 2019-cu ildən tanıyır. Yoldaşı 2018-ci ildə rəhmətə getmişdir. Vüqarnan tanışlığı yaranmış, zəng edib danışmışlar və 5 ilə qədər münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə uşağını məktəbə yola salıb, özü işə hazırlaşmışdır. Lakin bu zaman uşağı ötürdükdən sonra qapını açıq qoymuşdur. Saat 9-a 5 dəqiqə işləmiş içəri bir adam girdi. Əvvəl oğlunun içəri girdiyini fikirləşmiş, sonradan evə girən adamın Vüqar olduğunu görmüşdür. Tez digər otağa qaçmaq istəmiş, bu zaman Vüqar tez onun yanına gələrək əli ilə ağzını tutmuşdur. O, qışqırmaq istəmiş, lakin Vüqar demişdir ki, qışqırma, biabır olasan. Sonra ona demiş ki, aç telefonu, ona aid olan hər şeyi silsin. 9-un yarısına qədər Vüqar onun evində olmuşdur. Sonra ondan xahiş etmiş ki, onun evinə girməsini heç kimə deməsin. Belə olub polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Vüqarın onun evinə girməsini heç kim görməmişdir. Şəxs şikayətçidir. İstəyir ki, Vüqar ona və ailəsinə yaxınlaşmasın. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, "xxxx" MMC-nin baş mühasibi vəzifəsində işləyir. Şəxs "xxxx" MMC-də mühafizəçi işləyir. Şəxs 16 may 2024cü il tarixdə növbəyə gəlmiş, 17 may 2024-cü il tarixdə növbədən çıxmışdır. Kameralara baxılmış, həmin lakin kameralarda dəqiq saat göstərilməsə də, 17 may 2024-cü il səhər saatlarında işdə olması görünməkdədir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olmadığını və iş materialları ilə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməsinin sübuta yetirilmədiyini, beləliklə inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edildi: - xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Qəbələ rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə tanışı Şəxs onu döydüyünü, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. - Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Fərid Nizamlının 05 iyun 2024-cü il tarixli qərarı ilə HK-1/592 saylı material üzrə cinayət tərkibi olmadığı üçün bununla əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri olduğuna görə həmin faktla bağlı tədbir görülməsi üçün Qəbələ RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X4 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli 221 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində boyunun sol yuxarı hissəsinin, sol əlin İ barmağının dırnaq falanqasının üst səthinin və sağ baldırın bayır aşağı 1/3-nin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunan vaxtdan, yəni 20 may 2024cü ildən 3-4 (üç-dörd) gün əvvəl törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsi sübuta yetirilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə və digər sübutlarla 17 may 2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs məxsus evə getməsi, sonuncunun sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsi öz təsdiqini tapmır. Şəxs təhqiqatçıya verdiyi izahatında hadisə vaxtı işdə olmağını qeyd etsə də, bu hal təhqiqatçı tərəfindən araşdırılmamış, nəticədə Şəxs 17 may 2024-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs evinə getməsi sübuta yetirilməmişdir. Həmçinin Şəxs Zərərçəkmiş şəxs yaşadığı evə getməsini təsdiqləyən hər hansı bir şahid müəyyən olunmamışdır. Əvvəla məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 yanvar 2001-ci il tarixli, 7 saylı əmri ilə təsdiq edilmiş «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları»nın 21-ci bəndinə əsasən döymə xəsarətin ayrıca xüsusi bir növünü təşkil etmir. Döymə dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmənin qəsdən edilməsinə görə inzibati məsuliyyəti müəyyən edir. Maddənin dispoziyasından göründüyü kimi qeyd edilən hərəkətlər qəsdən törədilməlidir. Həmçinin həmin məcəllənin 13-cü maddəsinə əsasən isə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırki halda, Şəxs hərəkətlərində Zərərçəkmiş şəxs döyməyə yönəlmiş hər hansı qəsd, eyni zamanda onun tərəfindən sonuncuya qarşı ardıcıl və dəfələrlə fiziki ağrılar yetirilməsi ilə müşayiət olunan hərəkətlər etməsi müəyyən olunmur. Beləliklə, inzibati icraat iştirakçılarının məhkəmədə verdikləri izahatlarından, məhkəməyə təqdim edilmiş rədd materialından müəyyən edilir ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında münasibət olmuşdur. Lakin xx.xx.2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs yaşadığı evə gedərək sonuncunun sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsi tərəflərin izahları və iş materialları ilə sübuta yetirilməməkdədir. Ekspert rəyinə də qiymət verən məhkəmə onuda qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X4 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 221 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində boyunun sol yuxarı hissəsinin, sol əlin İ barmağının dırnaq falanqasının üst səthinin və sağ baldırın bayır aşağı 1/3-nin qançırı kimi xəsarəti vardır. Lakin bu xəsarətlərin tərəflər arasındakı münaqişə ilə nə qədər əlaqəli olması barədə ekspert qarşısında konkret suallar qoyulmamış və buna uyğun cavablar alınmamışdır. Təhqiqatçı rədd qərarında göstərmişdir ki, “toplanmış HK-1/592 saylı material üzrə araşdırma aparılarkən müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Şəxs aralarında yaranmış şəxsi münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir”. Göründüyü kimi təhqiqatçı rədd qərarında material üzrə araşdırma aparılarkən Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinin müəyyən olunduğunu qeyd etsə də, necə müəyyən olunmasını, hansı əsaslarla Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsi ilə bağlı xüsusatın öz təsdiqini tapdığını əsaslandırmamışdır. Belə ki, Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsini, həmçinin xx.xx.2024-cü il tairxdə Zərərçəkmiş şəxs yaşadığı evə getməsini istər Qəbələ rayon Polis şöbəsində, istərsə də məhkəmə zamanı verdiyi ifadəsində etiraf etməmişdir. Həmçinin təhqiqatçı bununla bağlı hər hansı şahid dindirməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Fərid Nizamlı 05 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Şəxs izahatında qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs vurmadığını, həmin vaxt işdə olduğunu qeyd etmişdir. Lakin təhqiqatçı heç bir şahid ifadəsi olmadan və hansı əsaslarla Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs evinə getməsini sübuta yetirməmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin yarandığını əsaslandırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs əməlində Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsi ilə müşayiət olunan döymə kimi qəsd olmamış və bu cür hərəkətlər də onun tərəfindən edilməmişdir. Ümumiyyətlə, işdə iştirak edən şəxslərin izahatlarından da Şəxs belə bir hərəkətlər etməsi təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, 17 may 2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsi tərəfindən döyülməsi hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar