Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-3/2023 09.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı Orxan İsmayılovun və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 26 dekabr 2022-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Qəbələ şəhəri, H.Aslanov küçəsində piştaxtada mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar olan pirotexniki məhsulu sataraq istehsalı və satılması qadağan olunmuş malları satmışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 22 dekabr 2022-ci il tarixli İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı Orxan İsmayılov göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Qəbələ şəhəri, H.Aslanov küçəsində piştaxtada mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar olan pirotexniki məhsulu sataraq istehsalı və satılması qadağan olunmuş malları satmışdır. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, Qəbələ şəhəri, H.Aslanov küçəsində ətir satır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gedərək bazar adlanan yerdə tanımadığı şəxsdən 650 manat dəyərində müxtəlif adlı və müxtəlif sayda pritexniki məhsul almışdır. Aldığı pirotexniki məhsulu ona məxsus piştaxtada görsənməyən yerdə qoymuşdu. Müçtərilər istəyəndə həmin yerdən çıxarıb təqdim edirdi. Onun pirotexniki məhsulları gizli yerə yığıdığından qohumu Elşad Seyidovun xəbəri yox idi. Bu məhsulları satışının qadağan olunması barədə məlumatlı olmamışdır. Ona məxsus piştaxtada 39 qutu “Mini Pirat”, 1 qutu “KQ2020” və 3 ədəd “K02020”, 3 qutu “PLASTİK TORPİL FEZA” və 27 ədəd “PLASTİK TORPİL FEZA”, 5 qutu “MEGA PİRATKA”, 2 qutu Crackers”, 3 qutu “EXPLOSİVE”, 2 qutu “ZENGA” və 13 ədəd “ZENGA”, 3 qutu “LEOPARD POWER”, 3 qutu “FOOTBAL SALUTE", 5 qutu “PİLİ- CRACKER", 8 ədəd “ROMAN CANDLE”, 5 ədəd “FİREWORKS” adlı pirotexniki vasitə olmuşdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələ RPŞ-nin PPXB-nün komandir müavini polis baş leytenantı X5 RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanladığı 22 dekabr 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri, H.Aslanov küçəsində piştaxtada mülki dövriyyəsi məhdudlaşdırılmış əşya olan pirotexniki məlumatların satışını həyata keçirilməsi barədə məlumat əldə etmiş, İTB-nin sahə rəisi polis leytenantı Azər Zeynalov və polis sahə rəisi polis kapitanı Zamiq Nadirovla birlikdə məlumatı yoxlayan vaxt Qəbələ şəhəri, H.Aslanov küçəsində piştaxtada Şəxs və X3 tərəfindən satışını həyata keçirdiyini müəyyən etmişlər və pirotexniki məlumatlar tərəfindən götürülmüş, Şəxs və X3 etdiyi qanunsuz əməlini rəsmiləşdirilməsi məqsədilə polis şöbəsinə gətirilmişdir. - 22 dekabr 2022-ci il tarixli “predmetin götürülməsi barədə” aktdan görünür ki, Şəxs və X1 mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar olan 39 qutu “Mini Pirat”, 1 qutu “KQ2020” və 3 ədəd “K02020”, 3 qutu “PLASTİK TORPİL FEZA” və 27 ədəd “PLASTİK TORPİL FEZA”, 5 qutu “MEGA PİRATKA”, 2 qutu Crackers”, 3 qutu “EXPLOSİVE”, 2 qutu “ZENGA” və 13 ədəd “ZENGA”, 3 qutu “LEOPARD POWER”, 3 qutu “FOOTBAL SALUTE", 5 qutu “PİLİ- CRACKER", 8 ədəd “ROMAN CANDLE”, 5 ədəd “FİREWORKS” adlı pirotexniki vasitələr götürülmüşdür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxsnİn Azərbaycan Respublikası İXM-in 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxsnİn Nazirlər Kabinetinin müvafiq qərarı ilə istifadəsi və pozulması (dövriyyəsi) məhdudlaşdırılmış priotexniki partlayıcı vasitələri satması özünün etirafedici izahatı, həmçinin tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-in 442-ci maddəsinə əsasən, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf edib peşiman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 şəxsiyyətini nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 39 qutu “Mini Pirat”, 1 qutu “KQ2020” və 3 ədəd “K02020”, 3 qutu “PLASTİK TORPİL FEZA” və 27 ədəd “PLASTİK TORPİL FEZA”, 5 qutu “MEGA PİRATKA”, 2 qutu Crackers”, 3 qutu “EXPLOSİVE”, 2 qutu “ZENGA” və 13 ədəd “ZENGA”, 3 qutu “LEOPARD POWER”, 3 qutu “FOOTBAL SALUTE", 5 qutu “PİLİ- CRACKER", 8 ədəd “ROMAN CANDLE”, 5 ədəd “FİREWORKS” adlı pirotexniki vasitələr məhv olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə barəsində 350 (üç yüz əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Pirotexniki vasitə olan 39 qutu “Mini Pirat”, 1 qutu “KQ2020” və 3 ədəd “K02020”, 3 qutu “PLASTİK TORPİL FEZA” və 27 ədəd “PLASTİK TORPİL FEZA”, 5 qutu “MEGA PİRATKA”, 2 qutu Crackers”, 3 qutu “EXPLOSİVE”, 2 qutu “ZENGA” və 13 ədəd “ZENGA”, 3 qutu “LEOPARD POWER”, 3 qutu “FOOTBAL SALUTE", 5 qutu “PİLİ- CRACKER", 8 ədəd “ROMAN CANDLE”, 5 ədəd “FİREWORKS” məhv olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-3/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-3/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver