Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-30/2022 18.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X4, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1990-ci il iyunun 29-da Göyçay rayonu Bığır kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan və Qəbələ şəhəri, Pastar Məhəlləsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 18 yanvar 2022-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 17.01.2022-ci il tarixdə saat 15:40 radələrində Qəbələ şəhəri, Qəbələ RPŞ-nin qarşısında polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifəsini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 18 yanvar 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X7 göstərdi ki, Şəxs 17.01.2022-ci il tarixdə saat 15:40 radələrində Qəbələ şəhəri, Qəbələ RPŞ-nin qarşısında polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifəsini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 17.01.2022-ci il tarixində işlədiyi “Köşəm” restoranında olan vaxt sonradan adını bildiyi ərazinin sahə rəisi Orxan İsmayılov ona yaxınlaşmış, özünü təqdim etməyi bildirmişdir. O da Göyçay rayonu Bığır kəndində qeydiyyatda olduğunu, müvəqqəti olaraq işi ilə əlaqədar olaraq 4 aya yaxındır ki, Qəbələ şəhərində yaşadığını bildirmişdir. Sahə rəisi Orxan İsmayılov onun yaşadığı yer və olduğu yer üzrə qeydiyyat qaydalarını pozduğunu bildirib barəsində protokol yazacağını demişdir. O, bununla razılaşmamış və qanunların düzgün yazılmadığını demişdir. Orxan İsmayılov burada protokol yaza bilmədiyi üçün onunla polis şöbəsinə getməyini bildirmişdir. Onun avtomobili ilə polis şöbəsinin qarşısına gəldikdə, həqiqətən də polis şöbəsinə gəldiyini görüb əsəbləşmişdir. Avtomobildən düşüb əsəbi olduğu üçün heç bir qanun tanımadığını, harda istəsə orada da yaşa bilər kimi ifadələr işlətmişdir. Daha sonra isə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları ona nizam-intizamlı olmağını, sakitləşməyini bildirsələr də, onların tələblərinə əməl etməmiş və rəhbər şəxslərin ünvanına bir qədər kobud ifadələr işlətmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün onu şöbəyə gətirmişlər. Etdiyi əmələ görə peşmandır və buna görə polis əməkdaşlarından üzr istəmişdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olmasının, o cümlədən tələbə olmasının nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahişedir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X2 izahatında bildirmişdir ki, 17.01.2022-ci il tarixdə Göyçay rayonu, Bığır kənd sakini Şəxs 1 ilə yaxın müddətdir ki, Qəbələ şəhərində qeydiyyatsız yaşaması barədə məlumat əldə etmişdir. Həmin şəxsin olduğu yeri müəyyən etmək məqsədilə polis sahə rəisi, polis leytenantı Orxan İsmayılovla və sahə polis nəfəri, polis baş serjantı Azər Əzəmmədovla əlaqə saxlamışlar. Əlaqə zamanı məlum olmuş ki, Şəxs Qəbələ şəhərində yerləşən Köşəm adlı restoranda xəzinədar işləyir. Buna görə o və şöbənin digər əməkdaşları “Köşəm” adlı restorana getmişlər. Həmin yerdə olarkən Şəxs yaxınlaşmışlar, özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər və qeydiyyat yeri üzrə yaşamadığı üçün onunla izahedici profilaktiki söhbətlərin aparılmasını zəruri olduğunu bildirmişlər. Lakin həmin şəxs onları başa düşmək istəməmişdir. Buna görə də Şəxsla aidiyyəti üzrə izahat işlərinin aparılması üçün onu şöbəyə dəvət etmişlər və öz razılığı ilə rayon polis şöbəsinin qarşısına gəlmişlər. Şəxs şöbənin qarşısında maşından düşərək heç bir səbəb olmadan qeyri-etik hərəkətlər edərək, yəni öz-özünə əl-qol hərəkətləri ilə işarə verib “harda istəsəm orada yaşaya bilərəm”, “heç bir qanun tanımıram” və s. dövlət rəhbərliyi ünvanına bu cür ifadələr işlədib “bu dövlətin mənə heç nə vermədiyini” bəhanə edib nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs nizamintizama dəvət etsələr də, onların qanuni tələblərinə qəsdən tabe olmayıb öz xoşagəlməz hərəkətlərini nümayişkaranə davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ İTB-nin CAB-ın əməliyyat müvəkkili X9 və Qəbələ RPŞ İTB-nin polis sahə rəisi X1 Rübail Rəfayıl oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan 17 yanvar 2022-ci il tarixli “X8 Haqqında” protokoldan görünür ki, Şəxs 18 yanvar 2022-ci il tarixdə, saat 18:50-də tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı haldaŞəxshərəkətlərindədə həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 17.01.2022-ci il tarixdə saat 15:40 radələrində Qəbələ şəhəri, Qəbələ RPŞ-nin qarşısında polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifəsini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır.Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 17 yanvar 2022-ci il saat 18:50-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 yanvar 2022-ci il saat 18:50-dən hesablnasın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-30/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-30/2022
18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver