Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-301/2020 05.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X11, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1984-cü il iyunun 04-də Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Qəbələ şəhəri 2 saylı məktəbdə təmizləyici işləyən, Qəbələ şəhəri, H.Əliyev prospekti ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X11 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X11 göstərdi ki, xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində yaşayan X4 AR DİN-nin 102 xidmətinə zəng edərək, övladlarının döyülməsini bildirmişdir. Həmçinin həmin tarixdə X1 RPŞ-nə ərizə ilə müraciət edərək, qonşusu Zərərçəkmiş şəxs onun azyaşlı uşaqlarını söyüb təhqir etdiyini, Zöhrab onlara yaxınlaşıb döymək istəyən zaman qaçdığını, Zöhrab tərəfindən döyülmədiklərini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində yaşayan Zərərçəkmiş şəxs AR DİN-nin 102 xidmətinə zəng edərək, xx.xx.2020-ci il tarixdə qonşusu Pərviz tərəfindən döyülməsini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs Qəbələ RPŞ-nə eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Qeyd edilən şikayətlər üzrə araşdırmanı Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Elşən Qasımov aparmış və xx xxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasını rədd etmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur və o, mütəmadi olaraq spirtli içki qəbul edib sərxoş vəziyyətdə nalayiq söyüşlər söyür. Buna görə də onun və ailə üzvlərinin Zöhrab ilə münaqişələri olmuş və bu barədə Qəbələ rayon Polis şöbəsində araşdırılma aparılmışdır. xx.xx.2020-ci il tarixdə azyaşlı qızı Fəridə onun yanına gələrək Zərərçəkmiş şəxs onu yanına çağırdığını, lakin Zöhrabın yanına getmədiyini və bu səbəbdən Zöhrabın ona nalayiq söyüşlər söydüyünü bildirmişdir. Bu səbəbdən o, Zöhrabın yaşadığı evə getmiş, Zöhraba “sən nə üçün mənim uşağımı nalayiq ifadələr ilə söyüb təhqir etmisən” bildirmiş, qarşılığında Zöhrab onu da nalayiq ifadələrlə təhqir etmiş, o da Zöhraba nalayiq söyüşlər söyərək oradan uzaqlaşmışdır. Sonra isə əri Pərvizə zəng edərək bu barədə məlumat vermis, əri Pərviz isə AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O və əri Pərviz Zərərçəkmiş şəxs döyməmiş, ona heç bir xəsarət yetirməmişlər. Zöhrabın bu barədə dedikləri isə yalandır. Özünü təqsirli bilmir, barəsində tərtib olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs və Pərviz Şahvələdov onun qonşularıdır. Pərviz ilə onun arasında əvvəllərdə bir neçə dəfə münaqişə olmuşdur. xx.xx.2020-ci il tarixdə o, spirlti içki qəbul etmiş, sərxoş olmuş və yaşadığı həyətdə Güldüymə adlı yaşlı qadın ilə söhbət edib ondan sərxoş olduğuna görə su qabını doldurmağına kömək etməsini xahiş etmiş, Güldüymə adlı qadın ona su doldurmaq ikinci mərtəbəyə qalxmış və o da onun arxasında ikinci mərtəbəyə qalxmışdır. Evə daxil olub su qabını götürən zaman qonşusu Pərviz və onun arvadını onun evinin içərisində görmüşdür. Pərviz ona niyə azyaşlı qızını söydüyünü soruşmuş, o isə onların qızlarını görmədiyini və söymədiyini bildirmişdir. Həmin vaxt Pərviz onu əli ilə itələmiş, o, sağ çiyini üstə yerə yıxılmış, yerdə olan zaman Pərviz və arvadı ayaq zərbələri ilə onu vurmağa başlamışlar. Həmin Güldüymə adlı qadın onlara kənara etmiş, onlar öz evlərinə getmişlər. Daha sonra Pərviz onda şikayət etdiyinə görə o da Pərviz və yoldaşı tərəfindən döyülməsi barədə AR DİN-nin 102 xidmətinə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs bibisi ona nəzarət etməyi tapşırmışdır. xx.xx.2020-ci il tarixdə həyətə daxil olan zaman Zərərçəkmiş şəxs yenə də içkili olduğunu görmüşdür. Zöhrab ondan içkili olduğunu, qabına su tökməsini xahiş etmişdir. Zöhrabın qabına su tökmək üçün otağına qalxmış, daha sonra həyətdə səs-küy eşidərək həyətə düşmüşdür. Bu zaman Şəxs Zöhraba nə üçün azyaşlı qızını söydünü deməsini eşitmişdir. Bundan sonra Zöhrabı otağına gətirərək qapısını bağlamış və Sevda çıxıb getmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs heç kim vurmamış və xəsarət yetirməmişdir. Həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs həmişə içkili olduğundan özünün yıxılaraq xəsarət alması mümkündür. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olmadığını, şahidin izahatını nəzərə alaraq inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edildi: - xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində yaşayan X4 AR DİN-nin “102” xidmətinə zəng vuraraq övladlarının döyülməsi barədə məlumat vermişdir. - xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində yaşayan X1 RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə qonşusu Zöhrab adlı şəxs azyaşlı övladları, Yusif Şahvələdov və Fəridə Şahvələdovanı söyüb təhqir etmiş, Zöhrab onlara yaxınlaşıb döymək istəyən zaman övladları qaçmışlar. - xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev küçəsi, ev 3-də yaşayan Zərərçəkmiş şəxs AR DİN-nin “102” xidmətinə zəng vuraraq xx.xx.2020-ci il tarixdə qonşusu Pərviz tərəfindən döyülməsi barədə məlumat vermişdir. - xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev küçəsi, ev 3-də yaşayan Zərərçəkmiş şəxs Qəbələ RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə qonşusu X4 onu döymüşdür. - Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Elşən Qasımovun xx xxxx 2020ci il tarixli qərarı ilə HK-1/610 və HK-1/616 saylı materiallar üzrə cinayət tərkibi olmadığı üçün bununla əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, toplanmış material üzrə Şəxs və X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri olduğuna görə həmin faktla bağlı tədbir görülməsi üçün Qəbələ RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X6 canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli 274 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ çiyinin, sağ və sol dirsəklərin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni xx xxxx 2020-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs döyməsi sübuta yetirilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə Şəxs, onun həyat yoldaşı X4 ilə Zərərçəkmiş şəxs arasında gərgin münasibətlər olması, xx xxxx 2020-ci il tarixdə onların mübahisə etmələri müəyyən edilsə də, Şəxs Zərərçəkmiş şəxs döyməsi, ona qarşı hər hansı zorakı hərəkətlər edərək fiziki ağrı yetirməsi öz təsdiqini tapmır. Hadisənin tək şahidi olan Güldüymə Abdullayeva öz izahatında, Şəxs Zərərçəkmiş şəxs döymədiyini və sonuncunun həmişə sərxoş vəziyyətdə olduğunu göstərmişdir. Əvvəla məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxx 2001-ci il tarixli, 7 saylı əmri ilə təsdiq edilmiş «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları»nın 21-ci bəndinə əsasən döymə xəsarətin ayrıca xüsusi bir növünü təşkil etmir. Döymə dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmənin qəsdən edilməsinə görə inzibati məsuliyyəti müəyyən edir. Maddənin dispoziyasından göründüyü kimi qeyd edilən hərəkətlər qəsdən törədilməlidir. Həmçinin həmin məcəllənin 13-cü maddəsinə əsasən isə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırki halda, Şəxs hərəkətlərində Zərərçəkmiş şəxs döyməyə yönəlmiş hər hansı qəsd, eyni zamanda onun tərəfindən sonuncuya qarşı ardıcıl və dəfələrlə fiziki ağrılar yetirilməsi ilə müşayiət olunan hərəkətlər etməsi müəyyən olunmur. Beləliklə, inzibati icraat iştirakçılarının məhkəmədə verdikləri izahatlarından, məhkəməyə təqdim edilmiş rədd materialından müəyyən edilir ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə xx xxxx 2020-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs evinə gəlməsi ilə gərginləşmiş və tərəflərin polis orqanına şikayət etməsi ilə nəticələnən hadisənin baş verməsinə səbəb olmuşdur. X10 məhkəmədə verdiyi izahatında Şəxs ilə Zərərçəkmiş şəxs arasında münaqişə yarandığını, münaqişə zamanı tərəflərin bir-birlərini təhqir etməsini bildirsə də, Şəxs Zərərçəkmiş şəxs döymədiyini bildirmişdir. Həmçinin Şəxs da Zərərçəkmiş şəxs döyməsini etiraf etməsə də, məhkəmə hesab edir ki, bu cür hadisə baş verdiyi halda belə onu döymə inzibati xətası kimi qiymətləndirmək olmaz. Yəni, Şəxs hərəkətləri qəsdən Zərərçəkmiş şəxs xəsarət və ya ağrı yetirilməsinə yönəlməsi məhkəmə iclasında sübuta yetmir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Elşən Qasımov xx xxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Şəxs izahatında qeyd etmişdir ki, o özünün və həyat yoldaşı X2 Zərərçəkmiş şəxs vurmadığını qeyd etmişdir. Lakin təhqiqatçı heç bir şahid ifadəsi olmadan və hansı əsaslarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin yarandığını əsaslandırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Təhqiqatçının rədd qərarında göstərdiyi hallar şahid X3 məhkəmə zamanı verdiyi ifadəsi ilə təkzib olunmuşdur. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs əməlində Zərərçəkmiş şəxs dəfələrlə fiziki ağrıların və ya çoxlu zərbələrin yerinə yetirilməsi ilə müşayiət olunan döymə kimi qəsd olmamış və bu cür hərəkətlər də onun tərəfindən edilməmişdir. Ümumiyyətlə, işdə iştirak edən şəxslərin, o cümlədən şahid X3 izahatından da Şəxs belə bir hərəkətlər etməsi təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-301/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-301/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver