Məhkəmə qərarları › İş №3(025)-301/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-301/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-301/2021 25.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə 28 fevral 1985-ci il tarixdə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 may 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 20.05.2021-ci il tarixdə Qəbələ şəhəri P.Həşimov küçəsində Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 25 may 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 izahatında göstərdi ki, Şəxs ictimai qaydanı pozaraq 20.05.2021-ci il tarixdə Qəbələ şəhəri P.Həşimov küçəsində Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmişdir. Bununla da Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 20.05.2021-ci il tarixdə Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs yaşadığı ünvana gedib zəng edərək onu evinin qapısına çağıraraq onu barəsində əsassız ifadələr işlətməsinin səbəbini soruşmuşdur. Bu zaman o, ünvansı nalayiq ifadələr işlətmişdir. Buna səbəb Zərərçəkmiş şəxs onun barəsində şər-böhtan xarakterli məlumatlar yaymasıdır. 20.05.2021-ci il tarixdə səhər saat 09:00 radələrində bibisi oğlu Sənanla Qəbələ rayon bazarında qarşılaşanda Sənan ona demiş ki, Anar onun barəsində danışır. Belə ki, Anar onun barəsində “bahalı maşın alıb, necə alıb və s.” ifadələr işlətmişdir. Bundan əsəbləşərək həmin gün saat 09:50 radələrində Anarın yaşadığı ünvana getmiş və zəng edərək onu qapıya çağırmışdır. Anarın yaşadığı evin qarşısında, ümumi istifadədə olun yolun kərarında o, Anardan onun maşın alması barədə danışıb-danışmaması barədə soruşmuşdur. Anar bu barədə danışmadığını deyəndə o ünvansız nalayiq ifadələr işlətmişdir. O, heç kimin ünvanına söyüş söyməmişdir. Törətdiyi əməldən peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Qəribov X1 Rasim Mübariz oğlunun əməlində inzibati xəta tərkibi olmadığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 20.05.2021-ci il tarixdə Qəbələ şəhər sakini Şəxs saat 09:50 radələrində yaşadığı ünvana gələrək onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmişdir. Həmin günə qədər Rasimlə aralarında hər-hansı mübahisə olmuşdur. 20.05.2021-ci il tarixdə səhər saat 09:00 radələrində Qəbələ bazarında Rasimin bibisi oğlu Sənanla söhbət edərkən Rasimin təzə maşın aldığını, onun nə üçün həmin maşından almadığını bildirmişdir. Sənanla bildirmişdir ki, kimin qismətindədirsə, o sürsün. Sonradan bu söhbəti Sənan Rasimə demiş, belə olub Rasim onların evlərinin qarşısına gələrək onu ailə üzvlərinin yanında nalayiq söyüşlərlə təhqir etmişdir. O, Zərərçəkmiş şəxs ilə barışmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 20.05.2021-ci il tarixdə evdə olduğu zaman küçədə səs eşitmişdir. Çölə çıxanda görmüş ki, iki nəfər mübahisə edir. O da insanlıq borcu olaraq onların mübahisə etməsinə maneə olmağa çalışmışdır. O hadisəni görən vaxt əlbəayağa dava olmamışdır. O, sadəcə hər iki şəxsi sakitləşdirməyə çalışmışdır. Nəticədə hər iki şəxsin ayrılıb getməsi ilə nəticələnmişdir. Həmin şəxslərdən biri bibisi oğlu Anar, digəri tanıdığı Rasim olmuşdur. O, hər iki şəxsə mübahisə etməmələrini və bir-birlərini təhqir etməmələrini tövsiyyə etmişdir. Hadisə zamanı Rasim Anarın ailə üzvlərini təhqir etməsini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 20.05.2021-ci il tarixində səhər saat 09:50 radələrində yaşadığı evin qapısının önündə səs-küy eşitmişdir. Atası bir nəfərlə mübahisə edirmiş və səsindən anlamış ki, atası ilə dalaşır. Bundan qorxmuş və nənəsini çağırmışdır. Nənəsi ilk əvvəl atasının kimləsə dalaşmayacağını bildirmiş və qapı tərəfə getmişlər. Onlar qapıya çatanda adını sonradan bildiyi Ariz adlı şəxs maşınına minərək getmişdir. Hadisə vaxtı həyətdə olan zaman Ariz adlı şəxsin atasına qarşı nalayiq söyüşlərini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 20.05.2021-ci il tarixdə saat 09:50 radələrində yaşadığı evin həyətində işləyərkən nəvəsi Aysel yanına gələrək demişdir ki, atası kimləsə dalaşır. Nəvəsinə Anarın kimləsə dalaşmayacağını bildirmişdir. Qapıya tərəf yaxınlaşanda eşitmişdir ki, Ariz onun oğlunu nalayiq, pis-pis söyüşlər söyür. Qardaşı oğlu həmin vaxt Anarı qapıya tərəf gətirmişdir. Anar isə oruclu olduğunu, bu səbəbdən Arizi söymədiyini bildirmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs 20.05.2021-ci il tarixdə Qəbələ şəhəri P.Həşimov küçəsində ictimai qaydanı pozaraq Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etməsi, xırda xuliqanlıq etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərəəhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs törətdiyi xətanı etiraf edib peşiman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,49, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar