Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-302/2021 27.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzbati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1958-ci il martın 18-də Türkiyə Respublikasında doğulmuş, evli, Türkiyə Respublikasının vətəndaşı, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi S.Ə.Quliyevin tərtib etdiyi 27 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3079/2017 nömrəli, 03 may 2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş 27.05.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3079/2017 nömrəli, 03 may 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 50.000 ABŞ dollar (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İcra sənədi 06.07.2017-ci il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb tam təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borclunun əmlak vəziyyəti araşdırılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, onun yekun olaraq protokol tərtib edilərkən 30.000 ABŞ dolları borcu qalmışdır. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişi alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3079/2017 nömrəli, 03 may 2017-ci il tarixli icra sənədi icra olunması üçün ilk əvvəl Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. Daha sonra sözügedən icra sənədi icra olunması üçün Oğuz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi Oğuz rayon İcra və probasiya şöbəsində olan zaman Şəxs müxtəlif vaxtlarda ümumilikdə 20.000 ABŞ dollar məbləğində borcundan ödəniş etmişdir. Oğuz Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarı ilə Şəxs 10 gün inzibati həbs edilmişdir. Eyni zamanda Oğuz Rayon Məhkəməsinin qərardadı ilə Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmasa da, Şəki Apellyasiya Məhkəməsinin 27.03.2019-cu il tarixli qərardadı ilə Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Daha sonra sözügedən icra sənədi 27.02.2019-cu il tarixdə aidiyyəti üzrə Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin icra sənədi Qəbələ rayon İcra və probasiya şöbəsində olan zaman Şəxs tərəfindən hər hansı ödəniş edilməmişdir. Baxmayaraq ki, borclu çağırışlara vaxtı vaxtında gəlmişdir. Şəki Apellyasiya Məhkəməsinin 19.05.2020-ci il tarixli 8(107)-37/2020 nömrəli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs tərəfindən ödənilməli olan qalıq 30.000 ABŞ dollar məbləğinin Şəki Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Yunus İsgəndərova məxsus həbs qoyulması təmin edilmiş əmlakların üzərinə borclu Şəxs tərəfindən ödənilməli olan 30.000 ABŞ dollar həcmində (icra vaxtına Azərbaycan manatına məzənnəsi üzrə) həbs qoyulması və icra sənədi üzrə olan borc məbləğinin həddini aşmamaq şərtilə tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Beləliklə, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 19.05.2020-ci il tarixli 8(107)-37/2020 nömrəli qərardadını əsas gətirərək Yunus İsgəndərovdan borcunu alan zaman Zərərçəkmiş şəxs borcunu ödəyəcəyini bildirir. X4 Turana ödəməli olduğu 132.500 manatla bağlı icra sənədi də Qəbələ rayon İcra və probasiya şöbəsinin icraatındadır. Halhazırda həmin icra sənədi ilə bağlı Yunus İsgəndərovun mülkiyyətində olan torpaq sahəsi ilə bağlı qiymətləndirmə ilə məhkəmə mübahisələri davam etməkdədir. Bu səbəbdən Yunus İsgəndərov tərəfindən Şəxs borcu ödənilməmişdir. Zərərçəkmiş şəxs isə halhazırda təkidlə borcunun ödənilməsini tələb edir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib etmişdir. Hazırda Şəxs Zərərçəkmiş şəxs 30000 ABŞ dollar borcu vardır. İcra sənədi Qəbələ rayon İcra və probasiya şöbəsinin icraatına daxil olandan sonra Şəxs tərəfindən bu günə qədər heç bir ödəniş etməmişdir. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, qərəzli olaraq icra sənədinin icrasından boyun qaçırmır. Belə ki, onun borcundan bu günə qədər 20000 ABŞ dollar məbləğində ödəniş etməsi onun qərəzli olmamasının sübutudur. Hal-hazırda heç bir yerdə işləmir və borcunu ödəməyə imkanı yoxdur. Həmçinin onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Zərərçəkmiş şəxs daha əvvəl də borcundan ödəniş etməsinə səbəb Türkiyə dövlətinə getməsi və kredit götürərək borcundan ödəniş etməsi olmuşdur. Zərərçəkmiş şəxs onun ölkədən getməsinə razılıq verməsi ilə bağlı razılığa gəlsələr də, sonradan Zərərçəkmiş şəxs razılığından imtina etməsi səbəbindən ölkədən getmək hüququnun məhdudlaşdırılması qüvvədə olmuşdur. Türkiyəyə gedə bilmir və bu səbəbdən borcunu ödəyə bilmir. O cümlədən Qəbələ rayon İcra və probasiya şöbəsində olan başqa icra işi ilə bağlı Yunus İsgəndərovun ona 132.500 manat borcu vardır. Bununla bağlı Şəki Apellyasiya Məhkəməsi tərəfindən 19.05.2020-ci il tarixli 8(107)-37/2020 nömrəli qərardad qəbul edilmişdir. Həmin qərardada əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs onun tərəfindən ödənilməli olan qalıq 30.000 ABŞ dollar məbləğinin Şəki Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Yunus İsgəndərova məxsus həbs qoyulması təmin edilmiş əmlakların üzərinə onun tərəfindən ödənilməli olan 30.000 ABŞ dollar həcmində (icra vaxtına Azərbaycan manatına məzənnəsi üzrə) həbs qoyulması və icra sənədi üzrə olan borc məbləğinin həddini aşmamaq şərtilə tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Hal-hazırda Yunus İsgəndərov 132.500 manat məbləği həddində həm onun qarşısında, həm də ki Zərərçəkmiş şəxs qarşısında borcludur. Yunus İsgəndərov ona məxsus torpaq sahələrinin qiymətləndirilməsini qərəzli olaraq uzatmaqdadır və həmin məsələdə yekun mərhələdədir. Hesab edir ki, Yunus İsgəndərovdan tərəfindən ona olan borcu ödənilərsə, Zərərçəkmiş şəxs borcunu da qaytaracaqdır. Onun əməlində qərəzlilik yoxdur. Qərəzli olsaydı icra məmurlarının çağırışına gəlməz, bu günə qədər heç bir ödəniş etməzdir. Onun heç yerdə işləməməsinə baxmayaraq bu günə qədər 20.000 ABŞ dollar həcmində ödəniş etməməməsi onun əməlində qərəzlilik olmamasının bariz sübutudur. Məhkəmədən onun barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs borcunu ödəməkdən qəzərli şəkildə yayınmadığını, onun əməlində qərəzlilik olmadığını, barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3079/2017 nömrəli, 03 may 2017-ci il tarixli icra sənədinin icrasını borclu şəxs bilərəkdən icra etmir. Hesab edir ki, Şəxs onun borcunu ödəyəsi deyildir. Şəki Apellyasiya Məhkəməsinin 19.05.2020-ci il tarixli 8(107)- 37/2020 nömrəli qərardadından onun xəbəri olmuşdur. Borclunun əməllərində qərəzlilik olduğunu, ona görə də, Şəxs inzibati qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3079/2017 nömrəli, 03 may 2017-ci il tarixli icra sənədinə əsasən, Şəxs 50.000 ABŞ dollar (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru Rövşən Ağayevin 06.07.2017-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3079/2017 nömrəli, 03 may 2017-ci il tarixli icra sənədinin icrasına əsasən iş üzrə icraata başlanılmışdır. - 13.07.2018-ci il tarixli bildirişin surətindən görünür ki, 13.07.2018-cı il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs göndərilmişdir. - Oğuz Rayon Məhkəməsinin 3(054)-15/2019 nömrəli 15 yanvar 2019-cu il tarixli qərarın surətindən görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin 27.03.2019-cu il tarixli 8(107)-31/2019 nömrəli qərardadının surətindən görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. - Oğuz rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Vüqar Mehdiyevin 27.02.2019-cu il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3079/2017 nömrəli, 03 may 2017-ci il tarixli icra sənədi icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin 19.05.2020-ci il tarixli 8(107)-37/2020 nömrəli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs tərəfindən ödənilməli olan qalıq 30.000 ABŞ dollar məbləğinin Şəki Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Yunus İsgəndərova məxsus həbs qoyulması təmin edilmiş əmlakların üzərinə borclu Şəxs tərəfindən ödənilməli olan 30.000 ABŞ dollar həcmində (icra vaxtına Azərbaycan manatına məzənnəsi üzrə) həbs qoyulması və icra sənədi üzrə olan borc məbləğinin həddini aşmamaq şərtilə tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında vurğulanır: «Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, «məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər.» Beləliklə, yuxarıda qeyd olunan müddəalardan aydın olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında sadalanmışdır. Hazırki işdə borclu Şəxs bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir. Belə ki, birincisi, borclu Şəxs icra məmurunun çağırışlarına vaxt-vaxtında gəlmiş və izahat vermişdir. İkincisi, borcunun əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Göründüyü kimi, borclu tərəfindən, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi kimi qərəzli hərəkətlərə yol verilməmişdir. Üçüncüsü, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qəbələ rayon İcra və probasiya şöbəsinin icraatında olan Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-304/2018 saylı, 12.11.2018-ci il tarixli icra sənədinə əsasən X1 132.500 (bir yüz otuz iki min manat beş yüz) manat məbləğində pul tutularaq Şəxs Aliosman oğluna verilməlidir. Şəki Apellyasiya Məhkəməsinin 19.05.2020-ci il tarixli 8(107)-37/2020 nömrəli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs tərəfindən ödənilməli olan qalıq 30.000 ABŞ dollar məbləğinin Şəki Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Yunus İsgəndərova məxsus həbs qoyulması təmin edilmiş əmlakların üzərinə borclu Şəxs tərəfindən ödənilməli olan 30.000 ABŞ dollar həcmində (icra vaxtına Azərbaycan manatına məzənnəsi üzrə) həbs qoyulması və icra sənədi üzrə olan borc məbləğinin həddini aşmamaq şərtilə tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Göründüyü kimi Şəxs hazırkı icra sənədi üzrə Zərərçəkmiş şəxs 30.000 ABŞ dollar borcu qalsa da, Şəxs digər icra sənədi üzrə 132.500 manat almalı olan şəxsdir və Şəki Apellyasiya Məhkəməsinin 19.05.2020-ci il tarixli 8(107)-37/2020 nömrəli qərardadı ilə Şəxs Zərərçəkmiş şəxs qarşısında olan öhdəliyi, X4 Turan qarşısında öhdəliyi ilə birləşdirilmişdir. İcra məmurunun da məhkəmə zamanı verdiyi izahatdan göründüyü kimi, Şəxs tələbkar olduğu icra sənədi üzrə Yunus İsgəndərov tərəfindən bu günə qədər heç bir ödəniş edilməmişdir və həmin icra sənədi üzrə halhazırda məhkəmə mübahisəsi getməkdədir. Beliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması (Şəki Apellyasiya Məhkəməsinin 19.05.2020-ci il tarixli 8(107)-37/2020 nömrəli qərardadı) Şəxs əməlində qərəzlilik olmadığını, sonuncunun Yunus İsgəndərovdan alacağı qarşısında Zərərçəkmiş şəxs borcunu ödəməsi ilə bağlı olduğunu göstərir. Nəhayət, məhkəməsinin qənaətincə, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3079/2017 nömrəli, 03 may 2017-ci il tarixli icra sənədi üzrə olan borcunu ödənilməsindən qərəzli şəkildə yayınmır, belə ki, Şəxs tərəfindən bu günə qədər Zərərçəkmiş şəxs 20.000 (iyirmi min) ABŞ dolları ödəməsi özü-özülüyündə sübut edir ki, Şəxs öhdəliklərinin icrasından yayınmır. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, Şəxs ödədiyi 20.000 ABŞ dolları ümumi borc xeyli müddət ərzində 50.000 ABŞ dolları məbləğinə mütənasib olmasa da, Şəxs rəsmi olaraq heç bir yerdə işləməməsi, onun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməməsi həmin 20.000 ABŞ dolları məbləğin halhazırda Şəxs əmlak vəziyyətinə uyğundur. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onunəməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan izibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3079/2017 nömrəli, 03 may 2017-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-302/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-302/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver