Məhkəmə qərarları › İş №3(025)-302/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-302/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-302/2022 09.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin İTB-nin polis serjantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Kəlbəcər rayonu, Keştək kəndində anadan olmuş, Kəlbəcər rayonu, Keşdək kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23 iyun 2022-ci il tarixdə saat 10:30 radələrində sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə özünə məxsus Kia Sorento markalı, ** XG *** dövlət dövlət qeydiyyat nişanlı avtomobil idarə edərək köməkçi yoldan baş yolda yerləşən Qəbələ rayon Zarağan-2 şəhərciyinin qarşısındakı yol dairəsinə daxil olmaq istəyən zaman “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, bu zaman baş yolla Qəbələ şəhəri istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə etibarnamə əsasında sahibliyində olan “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla Qəbələ şəhəri mərkəzi istiqamətdə idarə etdiyi Daewoo Nexia markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə, hər iki avtomobilə maddi ziyan dəymiş, həmçinin, Daewoo Nexia markalı avtomobildə olan sərnişin X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru X2 14 iyul 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin İTB-nin polis serjantı X7 tərəfindən 20 iyul 2022-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin İTB-nin polis serjantı X7 izahatında bildirmişdir ki, Şəxs 23 iyun 2022-ci il tarixdə saat 10:30 radələrində sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə özünə məxsus Kia Sorento markalı, ** XG *** dövlət dövlət qeydiyyat nişanlı avtomobil idarə edərək köməkçi yoldan baş yolda yerləşən Qəbələ rayon Zarağan-2 şəhərciyinin qarşısındakı yol dairəsinə daxil olmaq istəyən zaman “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1ci hissəsinin tələblərini pozmuş, bu zaman baş yolla Qəbələ şəhəri istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə etibarnamə əsasında sahibliyində olan “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla Qəbələ şəhəri mərkəzi istiqamətdə idarə etdiyi Daewoo Nexia markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə, hər iki avtomobilə maddi ziyan dəymiş, həmçinin, Daewoo Nexia markalı avtomobildə olan sərnişin X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, özünə məxsus Kıa Sorento markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 23 may 2022-ci il tarixdə səhər saatlarında həmin avtomobilini idarə edərək Qəbələ şəhərində gəlmişdir. Həmin gün Qəbələ rayon Zarağan-2 qaçqın şəhərciyinə gəlmiş, saat təxminən 10:15 radələrində avtomobilini idarə edərək Oğuz rayonuna gedirdi. Avtomobilində tək idi. Zarağan-2 şəhərciyinin qarşısındakı yol dairəsinə daxil olaraq oradan Oğuz rayon istiqamətində getməli idi. Yol dairəsinə çatmamış yəni, baş yola çıxmamış solda, yəni, Ağdaş rayonu istiqamətdən avtomobillərin gəlib-gəlmədiyinə baxdı, həmin yolda heç bir avtomobil yox idi. Buna görə də təxminən 20 km/saat sürətlə yola daxil olaraq yol dairəsinə girmək üçün hərəkət etdi. Yol dairəsinə doğru hərəkət edərək yol dairəsinə daxil olmaq istəyən zaman sol tərəfindən Ağdaş rayonu istiqamətdən çox qısa məsafədən bir avtomobilin üzərinə gəldiyini gördü, həmin anda artıq həmin avtomobil avtomobilinin sol yan arxa tərəfindən vurdu, avtomobili çevrilib dayandı. Avtomobilindən yerə düşdü, avtomobilini vuran avtomobilin Daevo Nexia markalı minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil, sürücüsünün isə əvəllər tanımadığı Zərərçəkmiş şəxs olduğunu bildi. Hadisə zamanı heç bir xəsarət almamışdır. Digər avtomobildə isə bir xəsarət aldığı üçün təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Digər sürücü ilə hadisə yerində dayanaraq polis əməkdaşlarını gözlədi, polis əmkdaşları gələndən sonra hadisə yerinə baxışda iştirak etmişdir. Köməkçi yoldan baş yola doğru 9-10 metr məsafə qət etmişdir. Avtomobilini sürəti 20 km/saat idi. Nexia markalı avtomobilin sürəti yüksək idi. Toqquşma Qəbələ şəhəri istiqamətdə soldan birinci zolaqda baş verdi. Ağdaş rayonu istiqamətdən Qəbələ şəhəri istiqamətdə gedən yolu görməyini məhdudlaşdıran heç bir maneə yox idi, həmin yolu oradakı yol döngəsinə kimi təxminən 100 metr məsafəni tam olaraq aydın görürdü. Hadisədən əvvəl avtomobilində heç bir texniki nasazlıq olmamışdır Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi Daevoo Nexia minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-cı il tarixdə saat təxminən 10:30 radələrində Zarağan kənd məscidinin yanından Qəbələ şəhərinə getmək üçün yola çıxmşdı. Həmin vaxt avtomobildə tanışı Ceyhun adlı şəxs ön sağ sərnişin oturacağında oturmuşdu. Qəbələ şəhəri ərazisində yerləşən hərbi komissarlığın qarşısında üzü Qəbələ şəhəri istiqamətində orta hərəkət zolağı ilə hərəkətdə idi. Həmin vaxt ondan təxminən 3-4 metr öndə üzərində taksi sözü yazılmış VAZ2107 markalı avtomobil hərəkət edirdi. Bu zaman avtomobilin sürəti 60-70 km/saat olardı. Dairəyə çatmağa təxminən 10-15 metr qalmış qarşıda gedən Vaz 2107 markalı avtomobilin anidən sağ hərəkət zolağına keçdiyini gördü. Bu vaxt Vaz 2107 markalı avtomobilin qarşısından dairəyə tərəf istiqamətləndi və hərəkət edən Kia markalı avtomobili görüb tormozdan istifadə etdi, lakin aralarında olan məsafənin az olmasından toqquşmanın qarşısını ala bilmədi, avtomobilinin ön hissəsi ilə KİA markalı avtomobilin sol arxa yan qapı və təkər hissəsi iiə toqquşdu. Toqquşmanın təsirindən KİA markalı avtomobilin arxa hissəsi fırlanaraq ön hissəs onun avtomobilinə tərəf dayanmışdır. Yanında olan Ceyhundan halının necə olması barədə soruşduqda onun alın hissəsindən qan gəldiyini gördü. Daha sonra hadisə yerinə çağırılan tibbi yardım avtomobili onu xəstəxanaya aparmışdır. Özü və digər sürücü isə hadisə yerində dayanaraq polis əməkdaşlarını göxlədi, polis əməkdaşları gələndən sonra hadisə yerinə baxışda iştirak etdilər. Hadisənin qarşısını almaq üçün tormozdan istifadə etmişdir. Kia markalı avtomobili gördükdə aralarında təxminən 10 metr məsafə var idi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi Daevoo Nexia minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-cı il tarixdə saat təxminən 10:30 radələrində Zarağan kənd məscidinin yanından Qəbələ şəhərinə getmək üçün yola çıxmışdılar. Həmin vaxt avtomobildə o ön sağ sərnişin oturacağında oturmuşdu. Qəbələ şəhəri ərazisində yerləşən hərbi komissarlığın qarşısında üzü Qəbələ şəhəri istiqamətində orta hərəkət zolağı ilə hərəkətdə idilər. Həmin vaxt ondan təxminən 3-4 metr öndə üzərində taksi sözü yazılmış VAZ2107 markalı avtomobil hərəkət edirdi. Bu zaman avtomobilin sürəti 60-70 km/saat olardı. Dairəyə çatmağa təxminən 10-15 metr qalmış qarşıda gedən Vaz 2107 markalı avtomobilin anidən sağ hərəkət zolağına keçdiyini gördülər. Bu vaxt Zərərçəkmiş şəxs Vaz 2107 markalı avtomobilin qarşısından dairəyə tərəf istiqamətlənmiş və hərəkət edən Kia markalı avtomobili görüb tormozdan istifadə etdi, lakin aralarında olan məsafənin az olmasından toqquşmanın qarşısını ala bilmədi, avtomobilinin ön hissəsi ilə KİA markalı avtomobilin sol arxa yan qapı və təkər hissəsi iiə toqquşmuşdur. Toqquşmanın təsirindən KİA markalı avtomobilin arxa hissəsi fırlanaraq ön hissəs onun avtomobilinə tərəf dayanmışdır. Bundan sonra o, alın hissəsindən qan gəldiyini görmüşdür. Daha sonra hadisə yerinə çağırılan tibbi yardım avtomobili onu xəstəxanaya aparmışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin İTB-nin polis serjantı X7 tərəfindən tərtib edilən 20 iyul 2022-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokolla və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXMnin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar