Məhkəmə qərarları › İş №3(025)-303/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-303/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-303/2020 19.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ DYPB YPXİ-nin polis kiçik leytnantı X5 iştirakları ilə Şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X3 inzibati xəta haqqında iş üzrə EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli, EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli və EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarlarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X3 inzibati xəta haqqında iş üzrə EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli, EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli və EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarlarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində onun telefonuna və www.asanpay.az saytında şəxsi kabinetinə 3825216, 3863283, ******* nömrəli Elektron Qərarlar yerləşdirilmişdir. X10 əsasən Azərbaycan Respublilasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə ayrı-ayrılıqda 40.0 (ümumilikdə 120.0) manat cərimə olunmuşdur. Həmin elektron protokollar ona poçtla da göndərilmişdir. Ona göndərilmiş bu 3 (üç) ədəd X14 haqqında elektron qərarlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2019-cu il tarixli 253 nömrəli qərarında göstərilən 3 nömrəli formanı düzgün əks etdirməməsi və İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş X14 haqqında qərarın pozulmasını əsas gətirərək Azərbaycan Respublikası DİN BDYPİ rəhbərliyinə etirazını bildirmişdir. Poçtla və onlayn şikayət məktubu göndərmişdir. Lakin DİN BDYPİ Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1ci bəndində göstərilən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 7.13 Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır maddəsi nəzərə alınmadan şikayət məktubların araşdırılmaq üçün Qəbələ RPŞ-nin rəisi Nadir Məmmədova göndərilmişdir. Elektron qərarlar ona Qəbələ RPŞ tərəfindən ünvanlanmışdır. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun etirazı haqqında çıxarılan qərarların hüquqi əsaslarının olmamasıdır. Belə ki, “X14 Haqqında” qərarlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2019-cu il tarixli 253 nömrəli qərarında göstərilmiş qaydalara uyğun deyildir. Yəni elektron qərara foto və ya video əlavə olunmamışdır. İnzibati xətanın aşkar edilməsində istifadə olunan texniki vasitənin məlumatları (tipi, markası, modeli, yerləşdiyi yer, axırıncı dəfə nə vaxt dövlət qeydiyyatından keçdiyi, növbəti dəfə nə vaxt keçəcəyi qeyd olunmamışdır. Bütün bunlarsız bu elektron qərarların hüquqi əsası yoxdur. Eyni zamanda poçt vasitəsilə ona göndərilən elektron qərarlara da sübutlar (foto və video, inzibati xətanı aşkar edən texniki vasitənin rekvizitləri) əlavə olunmamışdır. İnzibati cərimənin təyin olunması üçün təqsiri sübut olunmalıdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətə uyğun izahat verərərk, təmin olunmasını məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ DYPB YPXİ-nin polis kiçik leytnantı X8 izahatında göstərdi ki, Yaqub Məmmədovun dedikləri yalandır və həqiqəti əks etdirmir. Belə ki, sürücü X6 xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixlərdə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. X2 inzibati xəta törətməyi video təhlükəsizlik şəhər kamerası vasitəsi ilə də qeydə alınmışdır. Həmçinin məhkəmə iclasında inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən fotoları məhkəmə təqdim edərəkX12oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X3 inzibati xəta haqqında iş üzrə EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli, EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli və EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli, qərarlarından verdiyi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X7 tərəfindən qəbul olunmuş inzibati xəta haqqında iş üzrə EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X6 “VAZ 21074” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə saat 12:22-də Qəbələ şəhəri, H.Əliyev pr, Avtovağzalın qarşısında hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 40 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X7 tərəfindən qəbul olunmuş inzibati xəta haqqında iş üzrə EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X6 “VAZ 21074” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə saat 07:29-da Qaraməryəm-İsmayıllı-Şəki yolunnun 69-cu km-də hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 40 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X7 tərəfindən qəbul olunmuş inzibati xəta haqqında iş üzrə EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X6 “VAZ 21074” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə saat 09:56-da Qaraməryəm-İsmayıllı-Şəki yolunnun 69-cu km-də hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 40 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X6 “VAZ 21074” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə saat 12:22-də Qəbələ şəhəri, H.Əliyev pr, Avtovağzalın qarşısında hərəkətdə olarkən, xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X6 “VAZ 21074” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə saat 07:29-da Qaraməryəm-İsmayıllı-Şəki yolunnun 69-cu km-də hərəkətdə olarkən və xx.xx.2020-ci il tarixdə saat 09:56-da Qaraməryəm-İsmayıllı-Şəki yolunnun 69-cu km-də hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. Bunun nəticəsində inzibati xəta haqqında qərarlar qəbul edilmiş, surətləri X4 göndərilmişdir. Şikayətçi X6 hazırkı şikayətində barəsində qəbul edilmiş qərarların əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarların əsassız olması sübuta yetirilməmişdir. Əksinə şikayətçi X6 məhkəmə zamanı verdiyi ifadəsində əvvəllərdə başına belə hadisə gəldiyini, bundan sonra polis orqanlarına şikayət etdiyini və şikayəti nəticəsində ona yazılmış cərimələrin bir hissəsinin polis əməkdaşları tərəfindən ödənildiyini, bu səbəbdən şikayət etdiyini bildirmişdir. Həmçinin məhkəmə zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ DYPB YPXİ-nin polis kiçik leytnantı X8 tərəfindən məhkəməyə təqdim edilmiş fot0-şəkillərdən X2 göstərilən tarixlərdə özünə məxsus “VAZ 21074” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1, 99.1.1-ci maddələrnə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsidir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə hesab edir ki, X1 hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İXM-in 329.1-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən səlahiyyətli vəzifəli şəxs tərəfindən EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli, EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli və EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarlar qəbul edilmişdir. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Yol hərəkəti haqqında qanunun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarların ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X3 inzibati xəta haqqında iş üzrə EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli, EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli və EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli, qərarlarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X3 inzibati xəta haqqında iş üzrə EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli, EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli və EQ ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarlarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar