Məhkəmə qərarları › İş №3(025)-307/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-307/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-307/2022 26.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X7, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1985-ci ildə ünvan 3ində anadan olmuş, ünvan 3ində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 xx.xx.2022-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-328/2020 nömrəli, 05 may 2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh Şəxs 24 fevral 2020-ci il tarixdən başlayaraq 14 avqust 2006-cı il təvəllüdlü X2 və 17 aprel 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X9 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Hal-hazıradək borclunun bu günkü tarixə 2(025)-328/2020 nömrəli icra vərəqəsinə əsasən 6960 manat borcu vardır. Şəxs aliment borcunu ödəməkdən boyun qaçırır. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında bildirdi ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs ilə bir müdət əvvəl müəyyən razılığa gəlmişdirlər. Belə ki, Mirzağa özünə məxsus torpaq sahəsini notarial qaydada qızı Ceyrana bağışlamış, o, isə əvəzində alimentdən imtina etmişdir. Lakin torpaq qızına veriləndən sonra Mirzağa dəfələrlə torpağı ona halal etmədiyini bildirir və təhqiramiz ifadələr işlədir. Bu səbəbdən artıq torpaq sahəsini istəmir və alimentin ödənilməsini tələb edir. Odur ki, məhkəmədən borclu Şəxs barəsində ən ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, sözügedən icra vərəqi üzrə uşaqları - 14 avqust 2006-cı il təvəllüdlü X4 və 17 aprel 2009-cu il təvəllüdlü X5 aliment ödəməkdə boyun qaçırmamışdır. Alimentlə bağlı Elnarə ilə razılığa gəliblər. Belə ki, o özünə məxsus torpaq sahəsini övladlarının adına keçirmiş, əvəzində isə Elnarə ondan aliment tələb etməyəcəyini bildirmişdir. Aralarında bu məzmunda bağışlama müqaviləsi imzalanmış və hazırda da həmin müqavilə qüvvədədir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X8 göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs borcu ödəməkdən boyun qaçırmamış, tərəflər arasında bağışlama müqaviləsi bağlandığından borclu aliment ödənişlərini dayandırmışdır. Odur ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 328/2020 nömrəli, 05 may 2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin ediedilmiş, cavabdeh Şəxs 24 fevral 2020-ci il tarixdən başlayaraq 14 avqust 2006-cı il təvəllüdlü X2 və 17 aprel 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X9 verilməsi qət edilmişdir. İşdə olan 04 aprel 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Şəxs ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.3 ha olan yaşayış məntəqələrinin kateqoriyalı torpaq sahəsini qızı X4 bağışlamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs öz mülkiyyətində olan torpaq sahəsini alimentdən azad olunması üçün qızı X4 bağışlamışdır. Aralarında bu məzmunda notarius tərəfindən təsdiq olunaraq bağışlama müqaviləsi imzalanmış və hazırda da həmin müqavilə qüvvədədir. Bununla da borclu Şəxs icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar