Məhkəmə qərarları › İş №3(025)-31/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-31/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-31/2025 11.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülnə Elmdar qızının katibliyi və Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X1 iştirakı ilə, xx.xx.1986-cı ildə anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Mıxlıqovaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə olan «inzibati xəta haqqında» protokol üzrə toplanmış materiallara baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 272.3-cü maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2291527) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu, Zarağan-2 Qaçqın şəhərciyinin arxa tərəfində, Dəmiraparan çayının sağ sahili ərazisində ov qaydalarını kobud şəkildə pozaraq bir ədəd bel, bir ədəd lapatqa, bir ədəd külüng və bir ədəd dəhrədən istifadə edərək 1 ədəd oxlu kirpini ovlamışdır. İşdə olan 18 yanvar 2025-ci il tarixli “qanunsuz ov zamanı istifadə edilmiş ov alətləri və ovlanmış oxlu kirpinin götürülməsi barədə” akta əsasən xx.xx.2025- ci il tarixdə Qəbələ rayon Zarağan kəndində Qaçqın şəhərciyinin arxa tərəfində Dəmiraparan çayının sağ sahili ərazisində X4, X3 və Şəxs qanunsuz olaraq 1 ədəd oxlu kirpini ovlayarkən istifadə etdikləri bir ədəd bel, bir ədəd lapatqa, bir ədəd külüng, bir ədəd dəhrə, o cümlədən ovlanmış bir ədəd oxlu kirpi Qəbələ RPŞ polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. İşdə olan 18 yanvar 2025-ci il tarixli “qanunsuz ovlanmış 1 baş oxlu kirpinin qidaya yararsız olub-olmamasının müəyyən olunması və məhv olunması barədə” akta əsasən xx.xx.2025-ci il tarixdə qanunsuz ovlanmış 1 baş oxlu kirpiyə orqanoleptik baxış keçirilmiş, baxış zamanı oxlu kirpinin əti iylənmiş vəziyyətdə olduğundan insan qidası üçün yararsız olduğu müəyyən olunmuş və məhv olunaraq basdırılmışdır. İşdə olan 18 yanvar 2025-ci il tarixli “ov alətlərinin təhvil verilməsi barədə” akta əsasən xx.xx.2025-ci il tarixdə Qəbələ rayon Zarağan kəndində Qaçqın şəhərciyinin arxa tərəfində Dəmiraparan çayının sağ sahilində X4, X3 və Şəxs qanunsuz olaraq 1 ədəd oxlu kirpini ovlayyarkən istifadə etdikləri bir ədəd bel, bir ədəd lapatqa, bir ədəd külüng və bir ədəd dəhrə saxlanca təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli, 3-14-45/2- 032/2025 nömrəli məlumata əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 176 saylı qərarına uyğun olaraq 1 (bir) baş oxlu kirpinin ovlanmasına görə təbiətə dəymiş ziyanın məbləği 11 (on bir) manat təşkil edir. . AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 272.3-cü maddəsinə əsasən isə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs 18 yanvar 2025-ci il tarixdə Qəbələ rayonu, Zarağan-2, Qaçqın şəhərçiyin arxa tərəfində, Dəmiraparan çayının sağ sahili ərazisində lazımi icazəsi olmadan qadağan edilmiş alətlərlə və üsullarla 1 ədəd oxlu kirpini ovlayaraq AR İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın törədilməsində istifadə edilən alətlər ( bir ədəd bel, bir ədəd lapatqa, bir ədəd külüng və bir ədəd dəhrə) müsadirə edilməklə, 1000 (bir min) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar