Məhkəmə qərarları › İş №3(025)-310/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-310/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-310/2021 10.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1997-ci il sentyabrın 26-da Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Qəbələ rayonu X10 işləyən, Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 10 iyun 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 17.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 10 iyun 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X3 göstərdi ki, 17.05.2021-ci il tarixdə Qəbələ RPŞ-nin PPXBnin polis nəfəri, polis serjantı Abid Nəbiyev raportla məruzə edərək 17.05.2021-ci il tarixdə Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı İlham Cabbarlı ilə Qəbələ şəhəri ərazisində xidmətdə olarkən “Bum yolu” adlanan ərazidə sonradan adlarını öyrəndikləri Şəxs və Zərərçəkmiş şəxs mübahisə etdiklərini görərək həmin şəxsləri polis şöbəsinə gətirmələri barədə məlumat vermişdir. 17.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs DİN-in “102” xidmətinə müraciət edərək Qəbələ şəhəri, H.Əliyev prospektində Natiq adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. 17.05.2021-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbə sakini X5 DİNin “102” xidmətinə zəng edərək keçmiş qudası Qoşqarın onun ünvanına gəlib təhqir etməsi barədə məlumat vermişdir. 17.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək 17.05.2021-ci il tarixdə Şəxs onu döyməsi barədə məlumat vermis, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. 17.05.2021-ci il tarixdə Şəxs Qəbələ RPŞyə ərizə ilə müraciət edərək 17.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs onu döyməsi barədə məlumat vermis, Zərərçəkmiş şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Qeyd edilən şikayətlər üzrə araşdırmanı Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Fərid Nizamlı aparmış və 29 may 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasını rədd etmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, təhqiqatçının rədd qərarına əsasən Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 17.05.2021-ci il tarixdə saat təxminən 14 radələrində Qəbələ şəhəri ərazisində yerləşən “Bərəkət” marketin qarşısında özünə məxsus “Vaz 2106” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman arxasında “Naz Lifan” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini, ona çataraq bir neçə dəfə əyləci sıxdığını görmüş, daha sonra isə həmin avtomobil onu ötmək istəmişdir. Bu zaman həmin avtomobilin sürücüsü arxadan siqnaldan istifadə edərək, gay sağa, gah sola keçərək onu qıcıqlandırmışdır. O, həmin vaxt əlini avtomobildən çıxarıb “nə istəyirsən” deyə əli ilə işarə etmişdir. Həmin avtomobil onun yanına yaxınlaşanda sürücünün onun köhnə qaynı Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Zərərçəkmiş şəxs yaxınlığından keçən zaman isə ünvanına nalayiq ifadə işlətmiş və çıxıb getmişdir. Avtomobildə sərnişin olduğu üçün ona heç nə deməmiş və avtomobili idarə edərək “Bum yolu” adlanan əraziyə gəlmişdir. “Bum yolu” deyilən əraziyə gəldikdə görmüş ki, “Naz Lifan” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ətrafdakı adamlardan onu soraqlaşır. Belə olub Zərərçəkmiş şəxs yaxınlaşaraq nə üçün belə hərəkət etdiyini soruşmaq istəyərkən, Ümüd “nə üçün mənə yol vermirsən” deyərək aqressiv şəkildə ona qışqırmışdır. Həmin vaxtı Ümüdü sakitləşdirmək üçün əlini ona doğru uzaldan vaxt Zərərçəkmiş şəxs avtomobildən düşmüş və əli onun üzünə toxunmuşdur. Hər hansı qəsdlə və qərəzli şəkildə Zərərçəkmiş şəxs vurmamış, ümumiyyətlə vurmaq niyyəti belə olmamışdır. Özü İİ Qarabağ müharibəsi iştirakçısıdır və Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibədə iştirak edəndən sonra əsəblərində ciddi problemlər yaranmışdır. Bu səbəbdən Zərərçəkmiş şəxsla sözlü mübahisə etmişdir, lakin onu təhqir etməmiş və söyməmişdir. Əksinə olaraq Zərərçəkmiş şəxs onu maşını ilə ötüb keçən zaman onu söymüş, daha sonra hirsi soyumadığından yenidən onla mübahisə etmək üçün “Bum yolu” deyilən əraziyə gəlmişdir. Ümüdün guya onu döyməsi barədə dedikləri isə yalandır. Ekspert rəyində Zərərçəkmiş şəxs bədənində xəsarət olduğu göstərilmişdir. Lakin ekspert rəyində onun da bədənində xəsarət olması müəyyən olunmuşdur. Ekspert Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət olmasını heç nə ilə əsaslandırmadan, heç bir şahid ifadəsi olmadan və yalnız Zərərçəkmiş şəxs izahatını nəzərə alaraq onu İXM-nin 157-ci maddəsi ilə təqsirli bilmişdir. Özünü təqsirli bilmir, barəsində tərtib olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 17.05.2021-ci il tarixdə saat təxminən 14 radələrində Qəbələ şəhəri ərazisində yerləşən “Bərəkət” marketin qarşısında atasına məxsus “Naz Lifan” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edən zaman “Vaz 2106” markalı, sonradan əvvəllər qohumluq münasibətlərində olduğu Natiq adlı şəxsin idarə etdiyi avtomobilin qarşısında hərəkət etdiyini görmüş və səs siqnalı vasitəsilə işarə verərək ondan yol verməsini xahiş etmişdir. Lakin Natiq adlı şəxs avtomobilin şüşəsindən qolunu çıxararaq nəsə demiş, lakin o heç nə eşitməmişdir. O isə qışqırıb yol ver deyib, söyərək yoluna davam etmişdir. Sonra isə Qəbələ rayonunun mərkəzində yerləşən “Emil” marketə gəlmiş, bu zaman Şəxs əli ilə onu işarə edərək saxlatmışdır. Həmin zaman o, avtomobildən düşməmiş, Natiq isə əlini aynadan salaraq onun üzündən bir dəfə şillə ilə vurmuşdur. Daha sonra avtomobildən düşmüş və mübahisə etməyə başlamışlar. Hadisəni görən digər şəxslər və polis əməkdaşları onların yanına yaxınlaşmış, daha sonra hər ikisini polis şöbəsinə gətirmişlər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini və Şəxs cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X17 izahatında göstərdi ki, 17.05.2021-ci il tarixdə İlham Cabbarlı ilə Qəbələ rayon ərazisində xidmətdə olarkən “Bum yolu” deyilən ərazidə adlarını bilmədikləri iki nəfər şəxsin söz mübahisəsi etdiyini görüb onlara yaxınlaşmışlar. Daha sonra həmin şəxsləri Qəbələ rayon Polis şöbəsinə dəvət etmişlər. Adlarını sonradan bildikləri Şəxs və Zərərçəkmiş şəxs onlara qarşı hər hansı tabesizlik göstərməmişlər. O, Natifq Əfəndiyev və Zərərçəkmiş şəxs arasında ancaq söz mübahisəsini görmüş, onların bir-birinə qarşı hər-hansı xəsarət yetirmələrini görməmişdir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olmadığını və iş materialları ilə Şəxs Zərərçəkmiş şəxs döyməsinin sübuta yetirilmədiyini, beləliklə inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edildi: - 17.05.2021-ci il tarixdə Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Abid Nəbiyev raportla məruzə edərək 17.05.2021-ci il tarixdə Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis erjantı İlham Cabbarlı ilə Qəbələ şəhəri ərazisində xidmətdə olarkən “Bum yolu” adlanan ərazidə sonradan adlarını öyrəndikləri Şəxs və Zərərçəkmiş şəxs mübahisə etdiklərini görərək həmin şəxsləri polis şöbəsinə gətirmələri barədə məlumat vermişdir. - 17.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs DİN-in “102” xidmətinə müraciət edərək Qəbələ şəhəri, H.Əliyev prospektində Natiq adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. - 17.05.2021-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbə sakini X5 DİN-in “102” xidmətinə zəng edərək keçmiş qudası Qoşqarın onun ünvanına gəlib təhqir etməsi barədə məlumat vermişdir. - 17.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək 17.05.2021-ci il tarixdə Şəxs onu döyməsi barədə məlumat vermis, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. - 17.05.2021-ci il tarixdə Şəxs Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək 17.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs onu döyməsi barədə məlumat vermis, Zərərçəkmiş şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. - Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Fərid Nizamlının 29 may 2021-ci il tarixli qərarı ilə HK-1/504 və HK-1/505 saylı materiallar üzrə cinayət tərkibi olmadığı üçün bununla əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri olduğuna görə həmin faktla bağlı tədbir görülməsi üçün Qəbələ RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 18.05.2021-ci il tarixli 178 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində üst dodağın selikli qişasına qansızma kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 17 may 2021-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 18.05.2021-ci il tarixli 179 nömrəli rəyində göstərilmişdir ki, Şəxs bədəni üzərində sol saidin arxa aşağı 1/3-nin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 17 may 2021-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. - SX ******* nömrəli “Hərbi Bilet”in surətindən görünür ki, Şəxs Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs döyməsi sübuta yetirilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə Şəxs ilə Zərərçəkmiş şəxs arasında gərgin münasibətlər olması, 17 may 2021-ci il tarixdə onların sözlü mübahisə etmələri müəyyən edilsə də, Şəxs Zərərçəkmiş şəxs döyməsi, ona qarşı hər hansı zorakı hərəkətlər edərək fiziki ağrı yetirməsi öz təsdiqini tapmır. Hadisənin şahidi olan X17 məhkəmə zamanı öz izahatında, Şəxs Zərərçəkmiş şəxs döyməsini görmədiyini bildirmişdir. Həmçinin ilkin araşdırma zamanı ifadəsi alınan X4 və X7 iş materiallarında olan izahatlarından görünür ki, onlarda Şəxs Zərərçəkmiş şəxs döyməsini görmədiklərini bildirmişlər. Əvvəla məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 yanvar 2001-ci il tarixli, 7 saylı əmri ilə təsdiq edilmiş «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları»nın 21-ci bəndinə əsasən döymə xəsarətin ayrıca xüsusi bir növünü təşkil etmir. Döymə dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmənin qəsdən edilməsinə görə inzibati məsuliyyəti müəyyən edir. Maddənin dispoziyasından göründüyü kimi qeyd edilən hərəkətlər qəsdən törədilməlidir. Həmçinin həmin məcəllənin 13-cü maddəsinə əsasən isə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırki halda, Şəxs hərəkətlərində Zərərçəkmiş şəxs döyməyə yönəlmiş hər hansı qəsd, eyni zamanda onun tərəfindən sonuncuya qarşı ardıcıl və dəfələrlə fiziki ağrılar yetirilməsi ilə müşayiət olunan hərəkətlər etməsi müəyyən olunmur. Beləliklə, inzibati icraat iştirakçılarının məhkəmədə verdikləri izahatlarından, məhkəməyə təqdim edilmiş rədd materialından müəyyən edilir ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında avtomobillər ilə hərəkətdə olan zaman yaranmış mübahisə 17 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Şəxs arxası ilə gəlməsi nəticəsində gərginləşmiş və tərəflərin polis orqanına şikayət etməsi ilə nəticələnən hadisənin baş verməsinə səbəb olmuşdur. X20 məhkəmədə verdiyi izahatında Şəxs ilə Zərərçəkmiş şəxs arasında münaqişə yarandığını, münaqişə zamanı tərəflərin bir-birlərini təhqir etməsini bildirsə də, Şəxs Zərərçəkmiş şəxs döyməsini, ona şillə vurmasını görmədiyini bildirmişdir. Eyni zamanda Qəbələ rayon Polis şöbəsində izahatında alınan X15 və X8 Şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiyini gördüklərini, lakin onların bir-birini vurmasını görmədiklərini bildirmişlər. Həmçinin Şəxs də Zərərçəkmiş şəxs döyməsini etiraf etməmişdir. Məhkəmə hesab edir ki, bu cür hadisə baş verdiyi halda belə onu döymə inzibati xətası kimi qiymətləndirmək olmaz. Yəni, Şəxs hərəkətləri qəsdən Zərərçəkmiş şəxs xəsarət və ya ağrı yetirilməsinə yönəlməsi məhkəmə iclasında sübuta yetmir. Ekspert rəylərinə də qiymət verən məhkəmə onuda qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 18.05.2021-ci il tarixli 178 və 179 nömrəli rəylərindən görünür ki, həm Şəxs, həm də Zərərçəkmiş şəxs bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətləri olması göstərilmişdir. Lakin bu xəsarətlərin tərəflər arasındakı münaqişə ilə nə qədər əlaqəli olması barədə ekspert qarşısında konkret suallar qoyulmamış və buna uyğun cavablar alınmamışdır. Təhqiqatçı rədd qərarında göstərmişdir ki, “MTE-nin verdiyi 178 və 179 saylı rəylərə əsasən onların hər ikisinin bədəni üzərində dərəcəsi təyin edilməyən bədən xəsarətlərinin olduğu müəyyən edilmişdir. Beləliklə, toplanmış HK-1/504 və HK-1/505 saylı material üzrə araşdırma aparılarkən müəyyən olunmuşdur ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında münaqişə yaranmış, münaqişə zamanı Şəxs Ümid Cəlilovun baş nahiyyəsindən bir dəfə vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs Şəxs döyməsi ilə bağlı xüsusat öz təsdiqini tapmamışdır.” Göründüyü kimi təhqiqatçı rədd qərarında Şəxs və Zərərçəkmiş şəxs hər ikisinin bədəni üzərində dərəcəsi təyin edilməyən xəsarətlər olduğunu göstərsə də, hansı əsaslarla Zərərçəkmiş şəxs Şəxs döyməsi ilə bağlı xüsusatın öz təsdiqini tapmadığını, hansı əsaslarla Şəxs Zərərçəkmiş şəxs döyməsi ilə bağlı xüsusatın öz təsdiqini tapdığını əsaslandırmamışdır. Belə ki, Şəxs Zərərçəkmiş şəxs döyməsini istər Qəbələ rayon Polis şöbəsində, istərsə də məhkəmə zamanı verdiyi ifadəsində etiraf etməmişdir. Həmçinin hadisə ilə bağlı izahatı alınan şahidlərdə Şəxs Zərərçəkmiş şəxs döyməsini görmədiklərini bildirmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Fərid Nizamlı 29 may 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Şəxs izahatında qeyd etmişdir ki, o Zərərçəkmiş şəxs vurmadığını qeyd etmişdir. Lakin təhqiqatçı heç bir şahid ifadəsi olmadan və hansı əsaslarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin yarandığını əsaslandırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs əməlində Zərərçəkmiş şəxs dəfələrlə fiziki ağrıların və ya çoxlu zərbələrin yerinə yetirilməsi ilə müşayiət olunan döymə kimi qəsd olmamış və bu cür hərəkətlər də onun tərəfindən edilməmişdir. Ümumiyyətlə, işdə iştirak edən şəxslərin, o cümlədən məhkəmə zamanı ifadəsi alınan şahid X11 izahatından, o cümlədən Qəbələ rayon Polis şöbəsində izahatı alınan və izahatları iş materiallarına əlavə edilən X4 və X7 izahatlarından da Şəxs belə bir hərəkətlər etməsi təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, 17 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar