Məhkəmə qərarları › İş №3(025)-311/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-311/2021

14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-311/2021 14.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis leytenantı X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Qəbələ rayonu, Seyiqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Seyiqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 17 aprel 2021-ci il tarixdə aralarında düşən münaqişə zamanı Qəbələ Rayon Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Qəbələ RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı C.Əhmədlinin 05 may 2021-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Qəbələ RPŞ İTB-nin sahə rəisi polis leytenantı X5 həmin qərarı rəhbər tutaraq, Şəxs barəsində 14 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərara görə, Şəxs 17 aprel 2021-ci il tarixdə aralarında baş verən münaqişə zəminində Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək, ona sağalamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X5 izahatında bildirdi ki, Şəxs 17 aprel 2021-ci il tarixdə aralarında düşən münaqişə zamanı Qəbələ Rayon Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs döymüşdür. Qəbələ RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı C.Əhmədlinin 05 may 2021-ci il tarixli haqqında qərarı ilə Cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında isə o Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 14 iyun 2021ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyib göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızının qayınanasıdır. Qızı 2018-ci il tarixdə Qəbələ rayon Böyük Pirəlli kənd sakini Sərxan Paşayev ilə evlənmiş və 2 azyaşlı övladları vardır. Ailədə münasibətləri normal olmadığı üçün boşanmaq ərəfəsindədirlər. Bununla bağlı məhkəməyə müraciət edilmişdir. 2020-ci ilin avqust ayından qızı ata evinə gəlmiş, həmin zaman övladlarını da özü ilə gətirmişdir. Daha sonra yoldaşı Sərxan uşaqları sənəd düzəltdirmək adı ilə öz evinə aparmış və bundan sonra qaytarmamışdır. Uşaqlarını görmək üçün bir neçə dəfə onların evinə getsə də onu görüşdürməmişlər. Minirə onu nalayiq ifadələr ilə təhqir edərək uşaqları ilə görüşməyə imkan verməmişdir. Bununla bağlı məhkəməyə müraciət etmiş və boşanmağa kimi uşaqlar ilə görüş təyin edilməsi barədə qərar qəbul edilmişdir. 17.04.2021-ci il tarixdə uşaqları ilə görüş təyin edilmiş, qızı ilə birlikdə Qəbələ rayon məhkəməsinin inzibati binasına gəlmişlər. Minirə də azyaşlı uşaqlar ilə birlikdə Qəbələ rayon məhkəməsinə gəlmiş, övladlarının baxımsız vəziyyətdə olduğunu görmüşdür. O, mübahisə olmaması üçün kənarda gözləyirdi. Bir müddət sonra o qayıdıb qızı və Minirənin yanına getdi. Minirə onu təhqir etmişdir. O, Minirəyə uşaqların vəziyyətinin pis olduğu üçün ona uşaqları anasına qaytarmasını bildirmişdir. X4 ona oynamaq üçün vermiş, daha sonra özü övladı Dənizi götürmüşdür. Uşaqlar baxımsız vəziyyətdə olduğu üçün qızı onları özü ilə aparmaq istəyirdi. Bu səbəbdən qızı Gültəkin övladı Dənizi götürdü, bu zaman Minirə Gültəkinin qollarından tutdu ki, Dənizi əlindən alsın. Gültəkin onun əlindən dartılıb çıxmış və Dəniz qucağında yola tərəf qaçmışdır. Qızı yola tərəf qaçan zaman Minirə onun üzərinə gəlmiş, nəvəsini əlindən almaq üçün onun boğazından tutmuş, ona sakit durmasını bildirmiş, o dayanmadığı üçün uşağı Minirəyə vermiş, ona uşağı səndən alacam demişdir. Mübahisə zamanı Minirə yerə yıxılmamış, nə qızı, nədə ki özü onu dartışdırmamışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, oğlu X3 2018-ci il tarixdə Qəbələ rayon Seyidqışlaq kənd sakini Gültəkin adlı qadın ilə evlənmiş, 2 azyaşlı övladları vardır. Onların münasibətləri normal olmadığı üçün boşanmaq ərəfəsindədirlər. Bunun üçün məhkəməyə müraciət olunmuşdur. Övladları Gültəkin özü ilə aparmış, ilkin məhkəmə prosesinə 3 gün qalmış o övladları, yəni nəvələrini baxa bilmədiyi üçün gətirib ona təhvil vermişdir. İlk məhkəmə prosesində uşaqları valideyinlər ilə görüşdürmək kimi qərar verilmişdir. Oğlu Sərxan ona məhkəmədə onun adından çıxış etmək üçün etibarnamə vermişdir. 17.04.2021-ci il tarixdə uşaqların anası ilə görüşü təyin olunmuş, belə olub azyaşlı nəvələri Dəniz Paşayeva və Aslan Paşayevi götürərək Qəbələ rayon Məhkəməsinə gəlmişdir. Məhkəmənin binası dezinfeksiya edildiyi üçün görüşü məhkəmənin həyətində aparılmasını istəmiş, qarşı tərəfdən Gültəkin və anası Reyhan gəlmişlər. Məhkəmənin həyətində sağ yan tərəfdəki oturacaqda uşaqlar ilə Gültəkini görüşdürmüşdür. Gültəkin kiçik nəvəsi Aslanı qucağına götürmüş, digər nəvəsi Dəniz isə yerdə gəzirmiş, anası Reyhan isə onlardan uzaqlaşıb yol tərəfə getmişdir. Bir müddət sonra Reyhan qayıdıb gəlmiş, Gültəkin kiçik nəvəsi Aslanı anası Reyhana vermiş, daha sonra böyük nəvəsi Dənizi götürmək üçün ona tərəf gəlmişdir. Bu zaman Dəniz ağlamağa başlamış, Reyhan ona uşağı götür qaç, balacanı da mən aparacam demişdir. Bu zaman hər əli ilə Reyhanı və Gültəkini tutub saxlamış ki, qaçmasınlar. Bu zaman onlar uşaqları yerə qoyaraq onun üzərinə gəlmişlər. Hər ikisi onun əynindəki paltardan tutub dartmışlar və o üzü üstə yerə yıxılmış və sinəsi yerə dəymişir. Ayağa qalxan zaman Gültəkinin Dənizi götürüb qaçdığını görmüş, Reyhan da kiçik nəvəsi Aslanı onun əlindən dartıb almış, bundan sonra 102 xidmətinə zəng edərək məlumat vermişdir. Mübahisə zamanı Reyhanı və Gültəkini vurmamışdır. Reyhan və Gültəkin onu vurmayıblar, ancaq paltarlarından tutub dartışdırıblarmış və belə olub yerə yıxılmışdır. Mübahisə zamanı orada əlavə heç kim olmamışdır. Oğlu Sərxan ilə Gültəkin arasında rəsmi boşanma olmamış, uşaqların kimdə qalması barədə məhkəmə qərar verməmişdir. Sonda isə Zərərçəkmiş şəxs Şəxs ilə barışmadğını bildirdi və onun barəsində qanunda nəzərdə tutulmuş müvafiq tədbirin görülməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Qəbələ rayon Şöbəsi tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli 141 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin ön sol yuxarı hissəsinin qançırı kimi xəsarətləri vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə tarixində yəni 20 aprel 2021-ci il tarixdən 3-4 gün əvvəl törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına əsas verən hallar Zərərçəkmiş şəxs izahatı və sonuncunun bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətlərinin aşkar olunması olmuşdur. Zərərçəkmiş şəxs izahatı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da müəyyən olunduğu kimi hər iki şəxs münaqişəli vəziyyətdədirlər, ona görə də Zərərçəkmiş şəxs izahatının qərəzli olması inkar olunmur və həmin izahat Şəxs təqsirli olmasını sübut edən hal hesab oluna bilməz. Təkcə həmin izahatla Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Ekspert rəyinə gəldikdə, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin ona məhz Şəxs tərəfindən yetirilməsini də birmənalı söyləmək mümkün deyildir. Həmin xəsarətləri aralarında mübahisə zamanı uşaqların biri-birindən dartib-alınması nəticəsində də yetirilməsi mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış təhqiqatçı Cavidan Əhmədli tərəflərin izahatını və ekspert rəyini qərarda sadalamaqla, heç bir əsaslandırma olmadan Şəxs Zərərçəkmiş şəxs döyməsi qənaətinə gələrək, cinayət işinin başlanmasını rədd etməklə yanaşı, Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı olması barədə də qərar qəbul etmişdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterii məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsirə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşi iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq şahaları müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Bu aspektdən yanaşdıqda müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü bir sıra cinayət əməllərinə görə nəzərdə tutulmuş sanksiyalardan daha ağırdır. Konstitusiya Məhkəməsinin formalaşdırığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haaamda is üzrə icraat aoarılan səxsin. zərər cəkmis səxsin. şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digəı protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs təkcə “cinayət işinin başlanması haqqında” qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki is üzrə sübut qismində Zərərçəkmiş şəxs izahatı çıxış etmişdir ki, o, da qərəzlidir. Nə təhqiqatçı, nə də inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs bununla bağlı ətraflı araşdırma aparmamış, göstərilən halı aradan qaldırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə Şəxsnun əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlib, işin icraatına xitam verilməsini əsaslı sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə, inzibati xəta tərkibi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2,114.2.1,115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar