Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-313/2021 16.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1977-ci ildə Kələbəcər rayonu, İstisu qəsəbəsində anadan olmuş, Kələbəcər rayonu, İstisu qəsəbəsində qeydiyyatda olan və Qəbələ rayonu, Zarağan 2 Qaçqın şəhərciyində yaşayan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28.05.2021-ci il tarixdə Qəbələ rayonu Zarağan 2 Qaçqın şəhərciyində ictimayi yerdə G.Teymurov, R.Hüseynov və P.Qəribovun ünvanına uca səslə təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı T.İ.Aslanlı Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis leytenantı T.İ.Aslanlı izahatında bildirmişdir ki, Şəxs 28.05.2021-ci il tarixdə Qəbələ rayonu Zarağan 2 Qaçqın şəhərciyində ictimayi yerdə G.Teymurov, R.Hüseynov və P.Qəribovun ünvanına uca səslə təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zarağan 2 Qaçqın şəhərciyində 2 başa mala baxır. Həmin gün hava şəraiti yağışlı idi. Evdən ona zəng vurub dedilər ki, Su kanal işçiləri əlində qayçı tutaraq giriblər evə, uşaqlar qorxub. Özü evdə olmamışdır. Qaçaqaça evə gəlmiş, uşaq qorxudan sudurqa keçirmişdir. Həmin şəxslərdən kim olduqlarını soruşmuş, onlar su kanalının işçiləri olduqlarını bildirmişlər. Bundan sonra, əsəbindən həmin şəxsləri söyməyə başlamış, onlar isə çıxıb getmişlər. Su kanalının müdirinə zəng etmiş ki, işçiləri gəlib özbaşınalıq edir. Həmçinin bu barədə müvafiq orqanlara məlumat vermişdir. Hadisə 28 may Respublika günü ərəfəsində saat 6-7 radələrində olmuşdir. Əsəbi olduğundan həmin gün bir anlıq özünü itirmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, 28.05.2021-ci il tarixdə Qəbələ rayon Zarağan 2 Qaçqın şəhərciyində borclu abonentlərlə bağlı iş əmrini icra edən zaman iş yoldaşları Teymurov Gəray və Qəribov Pənah ilə birlikdə Şəxs evinə getmişdirlər. Qapını döydülər, qapını Şəxs həyat yoldaşı açdı, yanında azyaşlı övladı da var idi. Həmin şəxsdən soruşdu ki, su pulunu ödəyirmi yoxsa imtina edirmi. Abonent su pulunu ödəməkdən imtina etdi. Daha sonra onlar həmin yerdən ayrıldılar. Çölə çıxarkən qarşılarına Şəxs çıxdı və onların ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etməyə başladı. Onlar Şəxs qarşı heç bir təhqir edici ifadə işlətməmişdirlər, əksinə ona səbrli olmasını bildirdilər. Daha sonra onlar həmin ərazidən kənarlaşdılar. Şəxs onları küçədə təhqir etməyi ilə Qəblə rayon Polis şöbəsinə müraciət etdilər. Məhkəmə iclasında şahid X4 şahid X1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-313/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-313/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver