Məhkəmə qərarları › İş №3(025)-314/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-314/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-314/2022 28.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1992-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Kürdəmir rayonu, Qarasu kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində münaqişə zəminində Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 iyul 2022-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 Sadiq Sahib oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X4 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində münaqişə zəminində Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o özünə məxsus Dacia togan markalı ** UY *** dövlət nömrə nişanlı minik avtomobili ilə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs əvvəlcədən tanımış, sonuncu onun müştərisi olmuş və belə olub tanışlıqları yaranmışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Xəyalə ona zəng ecərək Qəbələ rayonuna istirahətə gedəcəyini və ora neçəyə apara biləcəyini soruşdu. Ona 150 manata gedəcəyini demiş, lakin onunla 80 manatdan razılaşmışdır. Belə ki, o “sənin yəməyin qalmağın mənlikdir” demişdir. Belə olub xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 06 radələrində Müşviqabad qəsəbəsindən onu, iki azyaşlı oğlunu, Nübar kimi tanıdığı rəfiqəsini avtomobilinə mindirmiş və yola düşmüşlər. Höküməli dairəsində yanacaq vuran zaman Xəyalə ona 80 manat pulu verdi. Avtomobildən yerdə olan zaman Xəyalə onun telefonunu götürərək badı, ona niyə telefona baxırsan dedi. O da yaxşı baxmaram dedi. Onun rəfiqəsi ön oturacaqda oturmuşdur. Xəyalə Şamaxı rayonuna kimi onunla mübahisə etdi. Belə olub Şamaxıda maşını saxladı. Onlar maşından düşdülər və geri qayıtdı. Sonra rəfiqəsi ona 050 409 13 09 saylı mobil nömrədən zəng edərək geri qayıtmağı, uşaqların ağladığını bildirdi. Buna görə də geri qayıtdı və onları götürdü. Xəyalə yenə sözlü mübahisə etrməyə başladı. Vəndam qəsəbəsində olan zaman artıq onun mübahisəsinə dözməyib maşını saxladı. Ona düşməsini bildirdi. Xəyalə isə düşmədi. Yerə düşərək o oturduğu arxa qapını açıb bir əli ilə qolundan, bir əli ilə də ya yaxasından, ya dakı çiynindən tutaraq dartıb yerə maşından düşürtdü. Onun ardınca rəfiqəsi və övladları düşdü, Xəyalə ona qarşı nalayiq ifadələr işlətdi, orada olan yaşlı tanımadığı qadın Xəyalənin ağzını tutmuş ki, söyüş söyməsin. Sonra maşına minərək Bakı şəhəri istiqamətində getdi, rəfiqəsi ona zəng edərək çantası maşındadır dedi. Ona Müşviqabad qəsəbəsində götürərsiz dedi. Rəfiqəsi Nübar içində qızılları var dedi. Buna görə geri qayıdaraq çantanı qaytarmışdır. Zərərçəkmiş şəxs yalan danışır, ona qarşı tək zorakılığı onu tutaraq dartıb avtomobildən düşürtməsi olmuşdur. Xəyalə onu vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sadiq adlı tanışının idarə etdiyi ** UY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərindən Qəbələ rayonu istiqamətində hərəkətdə olan zaman Vəndam qəsəbəsinə çatdıqda Sadiq ona təxminən bir ay bundan əvvəl başqa taksi ilə evə getdiyini irad bildirərək ona nalayiq ifadə işlətməyə başladı. Buna görə aralarında sözlü mübahisə olmuş, avtomobildə olan zaman Sadiq əli ilə sifətinə bir dəfə vurdu. Sadiqə avtomobili saxlamasını bildirdi, Sadiq avtomobili saxlayaraq yenidən ona nalayiq ifadə işlətdi. Buna görə avtomobildən düşərək uzaqlaşmaq istəyən zaman Sadiq onun arxası ilə gələrək sillə ilə sifətinə vurub saçlarından tutub yoldu. Daha sonra boğazından tutaraq əlləri ilə onu boğdu. Özünü müdafiə üçün Sadiqi itələdi. Onun əlindən çıxdı, Sadıq həmin zaman rəfiqəsinə məxsus içərisində pul və zınyət əşyaları olduğu çantaları götürmüş, buna görə 102 xidmətinə zəng edərək məlumat verdi. Sonradan Sadiq çantaları geri qaytarmışdır. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 317 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – üzün sol çənə oynağı nahiyyəsinin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 28 iyul 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar