Məhkəmə qərarları › İş №3(025)-315/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-315/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-315/2022 29.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis kapitanı Zamiq Nadirovun, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1983-cü ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 iyul 2022-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı Zamiq Nadirov Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Qəbələ rayon Zarağan kənd sakinidir. Zərərçəkmiş şəxs onun qonşusudur. xx.xx.2022-ci il tarixdə axşam saat 19 radələrində o, evə gedərkən həyətinin qarşısında Zərərçəkmiş şəxs nəvəsi X6 əlində siqaret çəkəndə gördü. X1 Dəmirxan da var idi. O, Ramal Saadovdan nəyə görə siqaret çəkdiyini soruşdu. O da dedi ki, yaxşı edirəm. Ona dedi ki, sən digər uşaqlara və övladına pis nümunə olursan. Ona iradını bildirdi. Həm də ona dedi ki, çıx get öz yoluna, o da dedi ki, “mən heç bir yerə getmirəm”. O da Ramala qışqırıb onu qovdu. Daha sonra Ramalın nənəsi Adilə Savadaova və anası yaşadığı evə gəldi. Onun nvanına nalayiq ifadələr söylədi. Aralarında mübahisə başladı. Mübahisə zamanı Adilə Savadova və gəlini onu vurmayıb. O da həmin şəxslərə heç bir bədən xəsarəti yetirməyib. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə evdə yemək bişirərkən birdən nəvəsi X11 ağlaya-ağlaya onun yanına gəldi. Nəvəsinə nə olduğunu soruşduqda ona qonşusu Şəxs onu döydüyünü bildirdi. Nəvəsinə Anar səni nəyə görə döydü deyə soruşduqda nəvəsi ona guya onun siqaret çəkdiyini bildirdi. Daha sonra nəvəsinin bu vəziyyətini gördükdə Şəxs yaşadığı ünvana getdi. Anarı görən kimi ondan nəvəsini döyməsinin səbəbini soruşdu. Şəxs də ona yaxşı eləmişəm dedi. Daha sonra onun ünvanına nalayiq ifadələr söylədi. Şəxs onun başından və qollarından şillə ilə vurdu. Daha sonra Anar adlı şəxs onun təpiklə bud nahiyyəsindən bir dəfə vurdu. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X12 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə oğlu X11 ağlaya-ağlaya evə gələrək qonşusu Şəxs onu döydüyünü bildirdi. Daha sonra oğlunun bu vəziyyətini gördükdə qaynanası ilə birlikdə Şəxs yaşadığı ünvana getdi. Onlar Anarın anası ilə danışarkən Anar onların ünvanına nalayiq ifadələr deyə-deyə evdən çıxdı. Ondan Ramalı döyməsinin səbəbini soruşdu. Şəxs də ona yaxşı eləmişəm dedi. Daha sonra onun ünvanına yenidən nalayiq ifadələr söylədi. Anarın atası ortaya girdi. Daha sonra isə Şəxs qaynanasını bud nahiyyəsindən təpiklə vurdu. Məhkəmə iclasında şahid X7 izahatında göstərmişdir ki, Şəxs onun oğludur. xx.xx.2022ci il tarixdə Zərərçəkmiş şəxs və gəlini onların həyətinə gələrək nalayiq ifadələr işlətməyə başladılar. Onlar iddia edirdilər ki, guya Şəxs Ramalı döyüb. Mübahisə zamanı oğlu Zərərçəkmiş şəxs vurmamışdır. O araya girərək oğlunun Zərərçəkmiş şəxs vurmasını əngəllədi. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 298 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sol budun bayır orta 1/3-nin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı Zamiq Nadirov tərəfindən tərtib edilmiş 29 iyul 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin və şahidlərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar