Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-316/2023 14.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, qərarı barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə, şikayət vermiş şəxs X18 iştirakları ilə X18 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X8 rəisi Akif Əliyevin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X25 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X8 rəisi Akif Əliyevin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X23 Xidməti X8 X10 “İnzibati təhbeh vermə haqqında” xx.xx.2023-ci il tarixli MN ******* nomrəli qərarı ilə Azərbaycan Respubilikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarın qanunsuz və əsassız olduğunu hesab edir və ləğv edilməsini xahiş edir. Belə ki, barəsində Azərbaycan Respubilikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilməsinə səbəb olmuş hadisə barədə onun haqqında şikayət olunmamış və heç bir halda təqsiri yoxdur. Belə ki, Qəbələ rayon İmamlı kənd ümumi orta məktəbin xadiməsi X6 çalışmanın yaş həddinə çatdığı ücün 65 yaşı tamam olduğu gün işdən azad edilmişdir. Bundan sonra X3 rayon Təhsil sektoruna və digər dövlət qurumlarına yenidən onunla əmək müqaviləsi bağlanılması haqqında müraciətlər etmişdir. Bu müraciətlərin edildiyi Dövlət Qurumlarından biri də X21 Xidməti olmuşdur. X13 müraciət ərizəsində ondan şikayətçi olmamış və son haq-hesab pulunun gec ödənilməsi barədə heç bir şikayət etməmişdir. Bundan başqa X6 çalışmanın yaş həddinə çatdığı sonuncu iş günü 06 aprel 2023-cü il tarixində tərəfindən ona izah edilmişdir ki, Şəki-Zaqatala Regional Təhsil idarəsində maliyyə hesablaşmaları hər ayın sonu, ayda bir dəfə edilir. Şəki-Zaqatala Regional Təhsil idarəsinin tabeçiliyində olan Təhsil sektorları üzrə təhsil işcilərin əmək haqqı, əmək haqqı kartlarına köçürüldükdə X5 aprel ayı ücün işdə olduğu 6 (altı) günün əmək haqqı və son haqq-hesab pulu ayın sonu onun kart hesabına köçürüləcək. X5 onunla razılaşmış və son haqq hesab pulunun ayın axırı köçürülməsinə narazı olmadığını öz yazılı ərizəsi ilə ona bildirmişdir. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar verilib və 800 (səkkiz yüz) manat cərimə edilmişdir. Bundan başqa barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilməsinə əsas kimi götürülmüş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-ci Əmək müqavilələrinə xitam verilməsinin sənədləşdirilmə qaydasıdır ki, burdada uyğunsuzluq var. Belə ki, həmin maddədə işəgötürənin əmək müqavilələrinə xitam verilməsinin sənədləşdirilməsi nəzərdə tutur. Həmin maddənin 2-ci bəndində son haqq hesab pulunun işəgötürən tərfindən işciyə son iş günü verilməsi nəzərdə tutulur. Cavabdehə izahatında izah etmişdir ki, onun ayın hansısa günü hansısa ödənişi etmək səlahiyyəti yoxdur. Məktəb direktoru kimi maliyyə məsələləri və son haqq hesab pulunun, əmək haqqının nə vaxt vurulacağı ondan asılı deyil. Həmin Məcəllənin 172-ci maddəsində Əmək haqqının verilmə müddətləri nəzərdə tutulur ki, maddənin 2-ci bəndinə görə Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Həmin maddənin qeyd hissəsində isə qeyd edilir ki, «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. O işəgötürən kimi işci ilə müqavilə bağladıqda əmək haqqının ayda bir dəfə və hər ayın sonu ona veriləcəyini müqavilədə qeyd etmişdir. İşci isə müqaviləni imzalamışdır. Bundan başqa göründüyü kimi əmək haqqı və son haqq hesab pulu nə vaxt ödənilməsi bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı deyildir. Həmçinin göründüyü kimi görülmüş işin və ya yerinə yetirilmiş xidmətin son haqq-hesab pulunun haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçinin son haq-hesab pulu gecikmişdir. Bundan başqa barəsində qərar çıxarılarkən AzərbaycanRespublikası İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələridə kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X25 şikayətin məzmunu ilə eyni izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında göstərmişdir ki, işçi ilə bağlanmış əmək müqaviləsinə 06 aprel 2023-cü il tarixdə xitam verilmiş və həmin tarixdə Təhsil Şöbəsinə gedərək şifahi qaydada məlumat vermiş, işçiyə haqqhesabın verilməsini bildirmişdir. Təhsil Şöbəsindən isə ona bunun hal-hazırda mümkün olmadığını, yalnız işçinin əmək haqqı hesablanan zaman verilməsinin mümkün olduğu izah edilmişdir. Belə olub 16 aprel 2023-cü il tarixdə Təhsil Şöbəsinə rəsmi qaydada müraciət etmişdir. Bu səbəbdən də onun verdiyi əmr vaxtında icra olunmamışdır. Bu işdə təzə olduğundan və təcrübəsizliyindən belə bir səhvə yol vermişdir. Məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, X4 Əmək Müfəttişliyi Xidmətinin Şəki Regional Ərazi Şöbəsinə və digər dövlət orqanlarına müraciətlər edərək, pensiya yaşının uzaldılmasını xahiş etmişdir. Belə olub araşdırma aparılmış, araşdırma zamanı xx.xx.2023-cü ildə işdən azad edilmiş X1 haqq-hesabının gecikdirilərək ödənilməsi müəyyən edilmişdir. Bununla da, X23 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin rəisi X12 Elşad Hakim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 800 manat məbləğində cərimə edilməsini qərara almışdır. Qeyd edilən qərar qanuna uyğun qəbul edildiyindən ləğv edilməsi barədə şikayət əsassızdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri, inzibati icraatın materiallarını nəzərdən keçirərək, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qəbələ raon İmamlı kənd ümumi orta məktəbinin direktoru Elşad Əliyevin xx.xx.2023-cü il tarixli, 42 nömrəli əmrinin surətindən görünür ki, X13 çalışmanın son yaş həddi 65 yaşı tamam olduğu üçün onunla bağlanmış əmək müqaviləsinə AR-nın Əmək Məcəlləsinin 70.e bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən Qəbələ rayon İmamlı kənd orta məktəbinin direktoru X25 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuş ki, xx.xx.2023-cü ildə işdən azad edilmiş X1 haqq-hesabı gecikdirilərək ödənilmişdir. X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Şəki regional ərazi şöbəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 14 iyun 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi A.R.Əliyev Qəbələ rayon, İmamlı kənd orta məktəbində xx.xx.2023-cü ildə işdən azad edilmiş X2 haqq-hesabı gecikdirərək ödədiyindən X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 800 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Qəbələ rayonu İmamlı kənd ümumi orta məktəb ilə həmin məktəbin texniki işçisi vəzifəsində işləyən X13 arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xx.xx.2023-cü il tarixli, 42 nömrəli əmrlə xitam verilmişdir. X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Şəki regional ərazi şöbəsinə və digər dövlət orqanlarına müraciətlər edərək, pensiya yaşına çatmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzaldılmasını xahiş etmişdir. X6 ərizəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Şəki regional ərazi şöbəsitərəfindən araşdırılmış və həqiqətən də X9 işdən çıxdığı gün son haqq-hesabın verilmədiyi, son haqq-hesabın gecikdirilərək verildiyi müəyyən olunmuşdur. Bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədildiyi faktına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Şəki regional ərazi şöbəsinin əməkdaşları tərəfindən Qəbələ rayon, İmamlı kənd orta məktəbinin direktoru X25 barəsində xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, protokola baxan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi A.R.Əliyev Qəbələ rayon, İmamlı kənd orta məktəbinin direktoru Elşad Əliyevin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 800 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən Qəbələ rayon, İmamlı kənd orta məktəbinin direktoru X14 qanunvericiliyinin tələblərini pozaraq işçi X1 haqq-hesabını sonuncu iş günü işçiyə verməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddənin 2-ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və sair. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Şəki regional ərazi şöbəsinin əməkdaşları Qəbələ rayon, İmamlı kənd orta məktəbinin direktoru X18 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Qəbələ rayon, İmamlı kənd orta məktəbinin direktoru Elşad Əliyev barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki təqdim edilmiş sənədlər əsasında mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, Qəbələ rayon, İmamlı kənd orta məktəbinin direktoru X18 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi A.R.Əliyevin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134,135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qəbələ rayon, İmamlı kənd orta məktəbinin direktoru X18 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi A.R.Əliyevin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-316/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-316/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver