Məhkəmə qərarları › İş №3(025)-317/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-317/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-317/2020 07.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X4, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1982-ci il avqustun 15-də Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Uludaş kəndində yaşayan və qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində xidməti vəzifələrini yerinə yetirən Qəbələ RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X7 göstərdi ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində xidməti vəzifələrini yerinə yetirən Qəbələ RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə həmkəndlisi Ağasıyev Siyavuşla təxminən 15:00 radələrində Qəbələ şəhərində “Sağlamliq” adlı kafede hər birinə 700 qram spirtli içki qəbul etmişlər. Daha sonra Siyavuşun tanışı Sərxan adlı şəxsin avtomobili ilə yaşadıqları Uludaş kəndində getmişlər. Avtomobildən endikdən sonra Siyavuş üzərinə baxdıqda şəxsiyyət vəsiqəsi və pensiya kartının üzərində olmadığını aşkar etmiş və həmin sənədləri ondan soruşmuş və onda olmadığını bildirmişdir. Daha sonra Siyavuş ona telefonunda zaryatqa olmadığını, bu səbəbdən ondan DİNnin 102 xidmətinə zəng vuraraq oğurluq olması barədə məlumat verməsini xahiş etmişdir. Daha sonra əməliyyat-istintaq qrupu hadisə yerinə gəlmiş, polis əməkdaşlarından biri onları oraya gətirən Sərxan adlı şəxsə zəng etmiş, Sərxan adlı şəxs pensiya kartı və şəxsiyyət vəsiqəsinin avtomobilə dşüdüyünü bildirmişdir. Daha sonra polis əməkdaşları ona sərxoş olduğunu, yalan məlumat verdiyini və buna görə cərimə olunacağını bildirmişlər. O, xahiş etmiş ki, ona cərimə yazmasınlar. Lakin polis əməkdaşlarının ona cərimə yazdığını görərək, həmçinin içkili olduğundan polis əməkdaşlarını söymüşdür. Polis əməkdaşları ondan kənara durmasını xahiş etsələr də, onların çəkiliş apardığını görüb onların üzərinə gedib kameranı söndürməyi bildirmişlər. Halhazırda əməlindən peşmandır. Polis əməkdaşlarından etdiyi hərəkətə görə üzr istəyir. İİ qrup əlil olmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf etməsini, İİ qrup əlil olmasının nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin Kriminalistik tədqiqatlar qrupu inspektoru-kriminalist X8 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19:02 radələrində Qəbələ RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Tofiq Bağırov AR DİN-nin 102 xidmətinə Qəbələ rayon Uludaş kənd sakini X2 şəxsiyyət vəsiqəsinin və təqaüd kartının oğlurlanması barədə məlumat verdiyini bildirmişdir. Daxil olmuş məlumat əsasında o və əməliyyat qrupunun digər əməkdaşları hadisə yerinə getmişlər. X10 yanında çatanda onun yanında həmkəndlisi Şəxs olmuş və hər ikisinin sərxoş olduğu aşkar sürətdə görünmüşdür. Siyavuş Ağasıyevlə şəxsiyyət vəsiqəsinin və təqaüd kartının hansı şəraitdə oğurlanması ilə bağlı söhbət aparan zaman Siyavuş Ağasıyev heç bir sənədinin oğurlanmadığını, tanışı Sərxan adlı şəxsin avtomobilində qaldığını bildirmişdir. Həmin vaxt Şəxs heç bir səbəb olmadan Siyavuşun və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs nizam-intizamlı olmasını bildirmişlər, lakin o, onların sözlərinə məhəl qoymamışdır. Buna görə Şəxs hərəkətlərini telefon vasitəsilə video görüntüyə qeydə almışlar. Bu zaman Şəxs onun üzərinə hücum etmiş və onun əlində olan telefonu almağa çalışmışdır. Onlar Şəxs onların xidməti işləri mane olduğunu bildirsələr də, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri X11 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ RPŞ-də əməliyyat istintaq qrupunun üzvü olmuşdur. Təxminən saat 19:00 radələrində daxil olmuş məlumat əsasında o və əməliyyat qrupunun digər əməkdaşları hadisə yerinə getmişlər. X10 yanında çatanda onun yanında həmkəndlisi Şəxs olmuşdur. Hər ikisinin sərxoş olduğu aşkar sürətdə görünmüşdür. Siyavuş Ağasıyevlə söhbət aparan zaman Siyavuş Ağasıyev heç bir sənədinin oğurlanmadığını, tanışı Sərxan adlı şəxsin avtomobilində qaldığını bildirmişdir. Həmin vaxt Şəxs heç bir səbəb olmadan Siyavuşun və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs nizam-intizamlı olmasını bildirmişlər, lakin o, onların sözlərinə məhəl qoymamışdır. Buna görə Şəxs hərəkətlərini telefon vasitəsilə video görüntüyə qeydə almışlar. Onlar Şəxs onların xidməti işləri mane olduğunu bildirsələr də, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin Növbətçi hissəsi polis nəfəri – sürücü X1 Vüqar Şaban oğlu və X8 ilə oxşar məzmunlu izahat verərək onların dediklərini təsdiq etmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X12 RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanladığı xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayon Uludaş kənd sakini X3 AR DİN-nin 102 xidmətinə zəng edərək, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində Sərxan adlı dostunun avtomobilindən ona məxsus şəxsiyyət vəsiqəsi və pensiya kartının oğurlanmasını bildirmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupunun üzvləri CAB-nin əməliyyat müvəkkili polis leynenantı Anar Səmədov, polis baş serjantı Vüqar Eyvazov, Kriminalist polis baş leytenantı Bəhruz Həsənov, sürücü polis nəfəri X16 rayonu Uludaş kəndinə getmişlər. Həmin vaxt Siyavuş Ağasıyev qeyd olunan sənədlərinin oğurlanmadığını AR DİN-nin 102 xidmətinə həmkəndlisi Şəxs onun adından məlumat verdiyini bildirmişdir. Bu zaman Şəxs sərxoş vəziyyətdə heç bir səbəb olmadan onların ünvanına nalayiq ifadələr işlətmiş, lakin onlar onu nizam intizama dəvət etsələr də, o buna məhəl qoymaraq onların işinə mane olaraq qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli video müşahidə kamerasının diskə köçürülmüş görüntülərinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən Şəxs xx.xx.2020-ci il tarixdə polis işçilərinin qanuni tələblərinə tabe olmamış, onları nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə baxışı zamanı iş materiallarına əlavə edilmiş “Elektron sistem”dən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ qrup əlil olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində xidməti vəzifələrini yerinə yetirən Qəbələ RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar