Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-317/2021 22.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1992-ci il aprelin 15-də Qəbələ rayonu Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Yemişanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 22 iyun 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X8 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, 01.05.2021-ci il tarixdə Qəbələ rayonu Yemişanlı kəndində yaşayan Şəxs Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evdə döymüşdür. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 22 iyun 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X8 göstərdi ki, 01.05.2021-ci il tarixdə Qəbələ rayonu Yemişanlı kəndində yaşayan Şəxs Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evdə döymüşdür. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, Namiq Əmiraslanov onun qaynatasıdır. 2016-cı ilin yanvar ayında o, Mıxlıqovaq kənd sakini X5 ilə evlənmişdir. Səlmi ilə onun arasında əvvəllərdə münaqişələr baş vermişdir. Sonuncu dəfə isə 01.05.2021-ci il tarixdə saat təxminən 19 radələrində anası Nəzakət ona zəng edərək arvadı Səlminin evdə olmadığını bildirmiş, o da arvadı Səlmiyə zəng etmiş, lakin Səlmiyə zəng çatmamışdır. Buna görə də qaynatası Namiqə zəng etmiş, telefonu arvadı Səlmi götürmüş, ona uşağı Əsmayənin ayağına çay dağıldığını, buna görə də atası Namiqə zəng etdiyini, atası Namiqin isə onu həkimə apardığını bildirmişdir. O, Səlmidən nə üçün ona xəbər vermədiyini soruşmuş, Səlmi isə ona zəng etdiyini, lakin ona zəng çatmadığını demişdir. O da Səlmiyə hazırlaşmasını, axşam saatlarında onu evə aparacağını bildirmiş və saat təxminən 21 radələrində atası Elxan Həmidov ilə birlikdə qaynatası Namiq Əmiraslanovun həyətinə getmişlər. Atası Elxan həyətə daxil olmamış, o, qaynatası Namiqin evinə girmiş, onlarla söhbət etmiş, bu zaman Namiq ona Səlminin ürəyinin narahat olduğu üçün özünün saxlayacağını əsəbi şəkildə bildirmişdir. O da qaynatası Namiqlə razılaşmamış, əsəbləşərək evdən həyətə düşmüş, onun səsinə isə atası Elxan həyətə daxil olmuşdur. Atasını görən zaman qaynatası Namiq evin pəncərəsindən ucadan nalayiq ifadələrlə atasını təhqir etmişdir. Bu zaman Namiq əlinə evin pəncərəsindəki vintaçan aləti almış, evdən həyətə düşmək istəmiş, lakin arvadı Səlmi və bacısı Əfsanənin Namiqi evdən həyətə düşməyə qoymamışlar. Bu zaman Namiq onun da ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Evə qalxaraq sakitləşdirmək üçün Namiqin yanına getmiş, qaynatası Namiqi sakitləşdirmək məqsədilə onun sol əlindən tutmuş, ona sakit dayanmasını bildirmişdir. Lakin Namiq yenə də söyüşlər söydüyü üçün onun sinə nahiyyəsindən iki əli ilə itələmiş və evdən həyətə düşmüşdür. Daha sonra isə atası Elxanla birlikdə qaynatası Namiqin həyətini tərk etmişlər. Aralarındakı münaqişə təxminən 3 dəqiqə davam etmiş, Namiq ona və ya atası Elxana heç bir xəsarət və ya fiziki zor tətbiq etməmişdir. Etdiyi əməldən peşmandır və zərərçəkmiş şəxslə barışığa hazırdır. Məhkəmədən barəsində yüngül qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 01 may 2021-ci il tarixdə saat təqribən 19 radələrində evdə həyat yoldaşı Fəzilə və qızı Səlmi ilə birgə oturduqları zaman qudası Elxan oğlu Tamerlanla birlikdə ayaq nahiyyəsi yanmış nəvəsi Əsmayəni qızı ilə birgə müayinə etdirdiyi üçün əsəbləşərək onlara gələrək qışqırmağa başlamışdır. Tamerlandan nə üçün qışqırdığını və onun zənglərini nə üçün açmadığını soruşmuş, Tamerlan isə cavab olaraq ona zəng gəlmədiyini demişdir. Daha sonra yenə də Tamerlana qışqıra-qışqıra qızına apara bilməyəcəyini, Elxana çıxıb getməsini, aralarında razılığıa gələ biləcəyini demişdir. Həmin vaxt Tamerlana sakit formada razılığa gəlməyi təklif etsə də, qudası Elxan onunla razılaşmayaraq nəvəsini də götürüb gedəcəyini demişdir. Bu əsnada aralarında sözlü mübahisə düşmüş, Elxan mübahisə zəminində onun ünvanına söyüş söymüşdür. O da əsəbləşərək Elxanın söydüyü söyüşləri geri qaytarmışdır. Həmin vaxt Tamerlan ona “sən mənim atamı söyürsən” deyərək üzərinə hücum çəkərək başına iki dəfə yumruqla vuraraq itələmiş, nəticədə pilləkənə dəyərək zədələnmişdir. Həmin vaxtı qızı Səlmi Tamerlanı ondan ayırıb evin qapısından çıxarıb qapını bağlamışdır. O, Şəxs ilə barışmır və onun inzibati qaydada cəzalandırılmasını xahiş edir. Belə ki, Şəxs onun şəhid atası olmasını, yaşlı olmasını nəzərə almayaraq onu döymüşdür. Məhkəmə iclasında X2 şahid qismində ifadə verərək göstərdi ki, 01.05.2021-ci il tarixdə evdə olan zaman qızı Səlmi atası Namiqə zəng edərək onunla danışmaq istədiyini bildirmişdir. Qızı onunla danışan zaman azyaşlı uşağı Əsmayənin üzərinə ehtiyatsızlıqdan çaynik dağıldığını bildirmişdir. Belə olub Səlmi və nəvəsi Əsmayəni götürərək Diaqnostika mərkəzinə getmişlər. Daha sonra evə qayıdan zaman yolda qızı Səlminin ürəyi sıxıldığı üçün Səlmini evlərinə gətirmişlər. Daha sonra Tamerlan Namiqə zəng etmiş, telefonu Səlmi götürmüş və Tamerlan Səlmini nalayiq ifadələrlə təhqir etmişdir. Həmin gün axsam isə Tamerlan və atası Elxan onlara gələrək onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmişlər. Aralarında yaranan sözlü mübahisə zamanı Tamerlan həyat yoldaşı Namiqi vurmuşdur. Məhkəmə iclasında X6 şahid qismində ifadə verərək göstərdi ki, 01.05.2021-ci il tarixdə təxminən axşam saatlarında qudası Namiqin yaşadığı evə getmişdir. Həmin vaxtı oğlu ilə bərabər olmuşdur, evə daxil olarkən qudası Namiq onu görən zaman ona və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etməyə başlamışdır. Bundan sonra Tamerlanla qayıdaraq evdən çıxmış və birlikdə yaşadığı evə getmişlər. O və oğlu Tamerlan Namiqi döyməmişdir və onu vurmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının 18.05.2021-ci il tarixli 154 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın sağ təpə, sol alt çənə bucağı nahiyyəsinin, döş qəfəsinin sol ön qoltuqaltı xətt üzrə vııı qabırğa bərabərliyinin və sol mil bilək oynağının iç səthinin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə, yəni 01 may 2021-ci ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 may 2021-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı toplanmış HK-1/453 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli 22.06.2021-ci il tarixdən saat 12:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 22 iyun 2021-ci il saat 12:30-dan hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-317/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-317/2021
22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver