Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-319/2020 10.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1995-ci il dekabrın 19-da Qəbələ rayonunda doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, ünvan 2 ünvanında yaşayan Şəxs xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəridə polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4 göstərdi ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayon sakini Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, avqustun 6-dan 7-nə keçən gecə, yaşadığı evdə 200 qram araq içdikdən sonra kənd başı deyilən yerə getmişdir. X10 xidmətinin əməkdaşları onun içkili olduğunu və evə getməsini məsləhət görsələr də, o getməmişdir. Onu kənarlaşdırmaq istəyən polislərin birinin ünvanına nalayiq söz işlətmişdir. Hal-hazırda əməlindən peşmandır. Polis əməkdaşlarından etdiyi hərəkətə görə üzr istəyir. Himayəsində azyaşlı uşağının və xəstə atasının olmasının nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf etməsinin, himayəsində azyaşlı uşağının olmasının, evə qazanc gətirən şəxs olmasının nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin Post-Patrul xidməti bölüyü polis nəfəri X1 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə keçən gecə Post-Patrul xidmətinin polis nəfəri Şeydayev Hünərilə xidmətdə olarkən Qəbələ rayon kənd başında Elmir onlara yaxınlaşdı. Elmir içkili olduğu üçün getməsini məsləhət görmüşlər. Adı sonradan onlara məlum olan Şəxs oradan kənarlaşanda onların ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin yerdə vətəndaşlar olduğu üçün onu oradan kənarlaşdırmışlar. Lakin o, qanuni tələblərinə tabe olmayaraq, xidmət yoldaşı Hünər Şeydayevin üzərinə getmiş, onu pivə butulkası ilə vurmaq istəmişdir. Onu xidməti maşına mindirmək istədiklərində isə yenidən qanuni tələblərinə tabe olmamış, onları təpikləməyə başlamışdır. Bu zaman Şeydayev Hünərin sol diz nahiyəsinə təpik vurmuş, onun şalvarı cırılmış və özü də xəsarət almışdır. Daha sonra Elmiri Qəbələ rayonu Polis Şöbəsinin NH-ə təhvil vermişlər. Şəxs etdiyi əmələ görə peşman olduğunu bildirmiş və onlardan üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri X2 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə keçən gecə Post-Patrul xidmətinin polis nəfəri Abdulkərimli Ülvi ilə xidmətdə olarkən Qəbələ rayon kənd başında onlara Şəxs yaxınlaşmışdır. Onlar Elmirə içkili olduğu üçün getməsini məsləhət görmüşlər. Adı sonradan onlara məlum olan Şəxs oradan kənarlaşanda onların ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin yerdə vətəndaşlar olduğu üçün onlar Elmiri oradan kənarlaşdırmışlar. Lakin o, qanuni tələblərinə tabe olmayaraq, onun üzərinə getmiş və pivə butulkası ilə vurmaq istəmişdir. Onu xidməti maşına mindirmək istədiklərində isə yenidən qanuni tələblərinə tabe olmamış, onları təpikləməyə başlamışdır. Bu zaman onun sol diz nahiyəsinə təpik vurmuş, onun şalvarı cırılmış və özü də xəsarət almışdır. Onlar həmin şəxsi xidməti maşına mindirərək Qəbələ rayonu Polis Şöbəsinin NH-ə təhvil vermişlər. Hal-hazırda Şəxs onlardan etdiyi əmələ görə üzr istəmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantları Ülvi Abdulkərimli və X7 RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanladığı xx xxxxxx 2020ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə polis serjantı Hünər Şeydayev və polis serjantı Ülvi Abdulkərimli xidmətdə olarkən H.Əliyev prospektində yerləşən məhəllə kafeinin qarşısında tanımadıqları bir nəfər şəxs sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söymşüdür. Onlar özlərini təqdim edib onu sakitləşdirməyə çalışmışlar. Lakin o sözlərə məhəl qoymadan yenidən söyüş söymüşdür. Şəxsi Qəbələ rayon Polis Şöbəsinə gətirmişlər. İş materiallarında olan 07avqust 2020-ci il tarixli “X8 Haqqında” protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 03:00-da tutulmuş, xx.xx.2020-ci il saat 13:00-da azad edilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinənin 327 nömrəli xx xxxxxx 2020ci il tarixli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, sonuncunun qanında alkoqolun miqdarı 3,60 ‰ təşkil etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayon sakini Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-319/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-319/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver