Məhkəmə qərarları › İş №3(025)-319/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-319/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-319/2021 22.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1964-cü ildə Qəbələ rayonu, Xırxatala kəndində anadan olmuş, Qəbələ rayonu, Məmmədağalı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20.05.2021-ci il tarixdə aralarında yaranmış münaqişə zəminində Zərərçəkmiş şəxs döymüş, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 iyun 2021-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 Dilarə Eynulla qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X7 izahatında bildirmişdir ki, Şəxs 20.05.2021-ci il tarixdə aralarında yaranmış münaqişə zəminində Zərərçəkmiş şəxs döymüş, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, əvvəllər Qəbələ rayon meşə idarəsində fəhlə kimi işləmiş və Məmmədağalı kəndində yerləşən meşə sahəsindəki yeni əkilmiş təxminən 1 ha sahəsi olan yerə nəzarət etmişdir, ora mal-qara və digər şəxslərin keçməsinə imkan verməmişdir. Həmin ərazidə yabanı şəkildə çiyələk bitir və həmin çiyələyi o, hər il özü yığır. İşdən çıxmağına baxmayaraq o, yenə həmin bağ sahəsinə nəzarət edir. 20.05.2021-ci il tarixdə o, həmin yerə nəzarət etmək üçün gedən zaman həmkəndlisi X5, onun əri Elman, qonşusu X2 və onların azyaşlı uşaqları çiyələk yığırdılar. O, həmin şəxslərə yaxınlaşaraq həmin yerdən çıxmasını bildirdi. Lakin Elman ona “bura meşə idarəsinin yeridir, çıxmırıq” dedi. Daha sonra Sədaqət ona nalayiq ifadələr işlədərək 1 il əvvəl bədbəxt hadisə nəticəsində vəfat etmiş azyaşlı nəvəsinin adını çəkərək “sənə allah, nəvə acısı göstərdi, sən yenə düzəlmədin” dedi. O, bundan əsəbiləşib Sədaqətin çiyələk yığdığı vedrəni təpiklə vurub dağıtdı. Elman və Sədaqət ona nalayiq ifadələr işlətdilər, o, Elmana “dava dalaş olmadan buradan çıxın” dedi. Bundan əvvəl Samirə onlardan bir qədər uzaqlaşmışdı. Elman azyaşlı uşaqlarını götürərək apardı, daha sonra arvadı Sədaqətin qolundan tutaraq gəl gedək dedi. Lakin Sədaqət yerə oturaraq “mən burdan heç kim çıxarda bilməz, özümü asıb Dilarənin üstünə qoyacam” dedi. O, bu zaman Sədaqətə arxadan yaxınlaşaraq bədəni ilə toxundu və dedi ki, Sədaqət buradan çıx. Bu zaman Sədaqət ona yenə nalayiq ifadələr işlətdi. Daha sonra onun üzərinə gəldi, onun yadında deyil, lakin hansısa çiynindən əli ilə toxundu. O, Sədaqətin çiynindən tutaraq Elmana səsləndi və dedi ki, “gəl arvadını apar”. Bundan sonra həmin şəxslər ona nalayiq ifadələr işlədərək getdilər. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayon Məmmədağallı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. 20.05.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxaraq kəndin yaxınlığında yerləşən meşə sahəsinə çiyələk yığmaq məqsədilə getdi, onunla birlikdə qonşusu Samirə adlı qadın və azyaşlı 3 uşağı da getdilər. Onlar meşə sahəsinə təzəcə çataraq çiyələk yığmağa başlamışdılar ki, həmkəndlisi Şəxs onlara yaxınlaşdı. Onların çiyələk yığdığı meşə sahəsinin müqavilə ilə meşə idarəsi tərəfindən ona verildiyini bildirdi və onlardan həmin meşə sahəsini tərk etməyi tələb etməyə başladı. O, Samirə adlı qonşusundan sakit olmasını, Şəxs qarşı hər hansı reaksiya verməməsini xahiş etdi. Onlar cavab verməyərək yenidən çiyələk yığmağa davam etdikdə Şəxs onlara yaxınlaşdı. Çiyələk yığdıqları vedrəni təpiklə vuraraq dağıtdı, o, çiyələyi yığmaq istəyən zaman Dilarə əvvəlcə yerdən daş götürərək bir neçə dəfə ona doğru atdı, daşlardan bir neçəsi onun kürək nahiyyəsinə dəydi, lakin o, Dilarə Zamananovaya qarşı hər hansı formada fiziki zor tətbiq etmədikdə Şəxs yerdən ağac parçası götürdü və üzərinə gələrək ayaq nahiyyəsindən də bir neçə dəfə vurdu və onlar oradan uzaqlaşaraq getdilər. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində daha yüngül cəza tədbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 24.05.2021-ci il tarixli, 192 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səhtində aşkar edilmiş xəsarətlər- sağ budun bayırı yuxarı 1/3-nin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən 20.05.2021-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş 22 iyun 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar