Məhkəmə qərarları › İş №3(025)-319/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-319/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-319/2022 04.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X2, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1973-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:35 radələrində Qəbələ şəhəri, M.Məmmədov küçəsi və Qəbələ şəhəri, G.Məmmədov küçəsinin kəsişməsində sürücülük hüququ olmadan VAZ-21063 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs məxsus VAZ-21060 markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X1 Təbriz Əli oğlunun Azərbaycan Respublikası İXM-nin 327.2, 339.1-1, 332.2 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X4 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:35 radələrində Qəbələ şəhəri, M.Məmmədov küçəsi və Qəbələ şəhəri, G.Məmmədov küçəsinin kəsişməsində idarəetmə hüququ olmadan VAZ-21063 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs məxsus VAZ-21060 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 08 iyul 2022-ci il tarixdə Qəbələ rayon Məmmədov küçəsində etibarnamə ilə idarə etdiyi VAZ-21063 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olduğu zaman stop işarəsini gözləmədən keçmiş və M.Məmmədov küçəsi ilə hərəkətdə olan VAZ-21060 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşdu. 2 ildir ki avtomobili sürücülük hüququ olmadan idarə edir. Hadisə zamanı tək idi. Heç bir bədən xəsarəti almamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 08 iyul 2022-ci il tarixdə saat 12:35 radələrində Qəbələ rayon M.Məmmədov küçəsində etibarnamə ilə idarə etdiyi VAZ- 21060 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman Qəbələ şəhər G.Məmmədov küçəsinin kəsişməsində VAZ-21063 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O heç bir yol hərəkəti qaydalarını pozmamış, digər avtomobilin sürücüsü isə stop işarəsinin tələblərinə riayət etmədən hərəkət etmiş, bu səbəbdən toqquşma baş vermişdir. Hadisə zamanı avtomaşında iş yoldaşı Rafiq var idi. Heç biri bədən xəsarəti almamışdır. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 339.1-1 və 332.2ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.2, 332.2 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXM-nin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar