Məhkəmə qərarları › İş №3(025)-319/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-319/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-319/2024 03.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Tahirova Ləman Kamran qızının katibliyi ilə, Şəxs barəsində AR İXM-nin 342.9-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 342.9-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli) tərtib edilmişdir ki, o, idarə etdiyi “VAZ 21214 MİNİK” markalı ** HE *** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 09:33 radələrində Qəbələ rayonu ərazisində hərəkətdə olarkan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Protokola əlavə edilmiş GD diskində qeydə alınmış video görüntüyə əsasən “VAZ 21214 MİNİK” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına lent örtük yapşdıraraq həqiqi görünüşünü itirmişdir. Şəxs protokolla tanış olmuş və qeyd olunanlarla bağlı etiraz bildirməmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 342.9-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi “VAZ 21214 MİNİK” markalı ** HE *** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 09:33 radələrində Qəbələ rayonu ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına lent örtük yapşdıraraq görünüşünü çətinləşdirməklə AR İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, İXM-nin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəmənin hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar