Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-32/2022 24.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1981-ci ildə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, Qəbələ rayonu, Yeni Dızaxlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22.01.2022-ci il tarixdə gecə saat 20:50 radələrində Qəbələ rayonu, Hacallı kəndində yerləşən “Ovcullu” adlanan kafedə səs-küy salaraq onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 Nurlan Rüstəm oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis baş leytenantı X4 izahatında bildirmişdir ki, Şəxs 22.01.2022-ci il tarixdə gecə saat 20:50 radələrində Qəbələ rayonu, Hacallı kəndində yerləşən “Ovcullu” adlanan kafedə səs-küy salaraq onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 22.01.2022-ci il tarixdə dostu Tərlanla Nic qəsəbəsində yerləşən kafelərin birində yemək yeyib spirtli içki də qəbul etmişdirlər. Spirtli içkinin təsirindən özü də bilmədən Qəbələ rayon, Hacallı kəndinə gedib. Həmin kəndə getməsi və kafedə baş verənlər onun yadında deyil. Bu barədə yanındakı şəxsin sonradan ona danışdıqları nəticəsində xəbəri olmuşdur. Yalnız Nic qəsəbəsində yerləşən kafelərin birində yeyib-içdikdən sonra Bakıya getmək üçün marşuruta mindiyi yadındadır. Etdiyi əməldən peşimandır. Bir daha belə hallara yol verməyəcək. Məhkəmə iclasında şahid X8 izahatında göstərmişdir ki, növbəli olaraq dislokasiya üzrə Qəbələ RPŞ-nin 4 saylı marşrutunda xidmət aparırlar. Həmin gün, yəni 22.01.2022-ci il tarixdə 4 saylı marşrutda Qəbələ rayonu, Hacallı kəndində xidmətdə olarkən saat təxminən 21:00 radələrində Hacallı kəndinin mərkəzində yerləşən Ovçular adlı kafeni işlədən Bəhruz Qurbanlı onlara, yəni ona və onunla xidmətdə olan Ramin Xəlilova şifahi olaraq bildirdi ki, işlətdiyi kafenin içərisində iki nəfər müştəri qismində əyləşən özlərini Şəxs və Tərlan Əsgərov kimi təqdim edən şəxslər kafenin içərisində onlara maneçilik törədir, nalayiq söyüşlər söyür və qeyri-etik hərəkətlər edir. Həmin kafeyə gedib ona kömək etməklərini və həmin şəxsləri sakitləşdirib kafedən uzaqlaşdırmaqlarını xahiş etdi. Onlar Bəhruz adlı kafe işçisi ilə birlikdə həmin kafeyə getdilər. Kafeyə daxil olarkən adı onlara sonradan məlum olan Dızaxlı kənd sakini Şəxs uca səslə nalayiq söyüşlər söyür, qeyri-etik hərəkətlər edir, nümayişkaranə hərəkətlər, yəni “mən heç kimi tanımıram, mənə heç kim heçnə edə bilməz, mən türmədə yatıb çıxmış adamam, mənim sözlərim hamıya qanundur” deyərək qışqırırdı. Yanında olan Tərlan Əsgərov isə onu sakitləşdirməyə çalışırdı. Onlar həmin şəxslərə yaxınlaşıb, onlara özlərini təqdim etdilər, nə baş verdiyini soruşub Şəxs sakitləşdirməyə çalışdılar. Həmin vaxt məlumat verdikləri üçün Post Patrul Xidməti Bölüyünün komandiri Orxan Cəbrayılov da kafeyə daxil olub, onlara yaxınlaşdı və birlikdə Şəxs sakitləşdirməyə çalışdılar. Lakin Şəxs qərəzli şəkildə qəsdən onların qanuni tələblərinə tabe olmaq istəmir və yuxarıda qeyd etdiyi hərəkətlərini davam etdirməyə çalışırdı. Buna görə də onlar polisin xüsusi fəndindən istifadə edərək Şəxs kafenin içərisindən çölə çıxardılar, Post Patrul avtomobilinə mindirdilər. Post Patrul avtomobilinə minərkən əl-qolunu avtomobilin şüşəsinə və oturacağına vurduğu üçün ona xüsusi vasitə olan qolbağı tətbiq edərək, avtomobilə mindirdilər. Məhkəmə iclasında şahid X9 şahid X6 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 23 yanvar 2022-ci il tarixdən saat 05:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-32/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-32/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver