Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-320/2020 26.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş aparılan Şəxs Əkrəm oğlunun iştirakı ilə, xx.xx.1976-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Əkrəm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Əkrəm oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə EQ ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında çıxarılmış xx.xx.2020-ci il tarixli qərara əsasən 60 manat məbləğində Şəxs Əkrəm oğlu cərimə edilmişdir. Lakin qeyd olunan cəriməni Şəxs Əkrəm oğlu qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəməmiş, bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs Əkrəm oğlu izahatında göstərmişdir ki, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarla ona tətbiq edilmiş inzibati cəriməni və ona hesablanmış dəbbə pulunu imkanı olmadığına görə ödəməmişdir. Belə ki, İİİ qrup müharibə əlilidir, dövlət tərəfindən ona “NAZLİFAN LF” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir, heç bir yerdə işləyə bilmir, maddi imkanı olduqca ağırdır. Bu səbəbdən üzərində olan cərimələri ödəyə bilmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs Əkrəm oğlu “NAZLİFAN LF7132/2-320 MİNİK” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci (1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş, həmin maddə ilə barəsində tərtib olunmuş EQ ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarda nəzərdə tutulmuş cəriməni və dəbbə pulunu ödəməmişdir. İşdə olan Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X1 Birliyi tərəfindən verilmiş Ə № 021250 saylı vəsiqənin surətindən görünür ki, Şəxs Əkrəmoğlu İİİ-cü qrup müharibə əlilidir. İşdə olan Azərbaycan Respublikası AC № 563753 saylı Şəki RQİ və TBŞ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “NAZLİFAN LF7132/2-320 MİNİK” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ƏƏSMN-nin xx.xx.2015-ci il tarixli məktubuna əsasən Şəxs Əkrəmoğlunun sahibliyinə verilmişdir. İnzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Əkrəmoğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Bununla belə, məhkəmə hesab edir ki, Şəxs Əkrəmoğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinməli, lakin barəsində inzibati tənbeh tədbiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.3-cü maddəsinə əsasən bu Məcəllənin 327.8, 333, 342.8 və 343-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 529.3-cü maddəsinin sanksiyasında yalnız nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Əkrəmoğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinməli, lakin “NAZLİFAN LF7132/2-320 MİNİK” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən əlilliyi ilə əlaqədar istifadə etdiyindən Şəxs Əkrəmoğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasında yeganə inzibati tənbeh növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması tədbiq edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106- 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Əkrəm oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinsin və nəqliyyat vasitəsindən əlilliyi ilə əlaqədar istifadə etdiyindən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-320/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-320/2020
26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver