Məhkəmə qərarları › İş №3(025)-320/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-320/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-320/2023 06.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis leytenantı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Qəbələ rayonu, Tövlə kəndində anadan olmuş, Qəbələ rayonu, Tövlə kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon, Hacıallı kəndində yerləşən çayxanada ünvanlı və ünvansız nalayiq söz və ifadələr işlətmiş və bununla da ictimai qaydanı pozmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 Nicat Əlösəd oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis leytenantı X10 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon, Hacıallı kəndində yerləşən çayxanaya dəfələrlə gedərək ünvanlı və ünvansız söyüşlər söyür. Həmin çayxanada telefonunun itdiyini deyir, telefonunu kim götürübsə onun ünvanına nalayiq söyüşlər söyür. Onu dəfələrlə çolə çıxartsalar da söyüş söyməyə davam edir. Polis əməkdaşları gəlib onu sözü gedən yerdən uzaqlaşdırmaq istəsələr də yenə də söyüş söyməyə davam edir, bununla da ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o kreditlə təzə telefon alıb və həmin telefonu oğrayıblar. Telefona oğrayan adama qarşı söyüşlər söydüyünü etiraf etmişdir. O hamin vaxt üç bakal pivə içdiyini lakin qiyan olmadığını qeyd etmişdir. Törətdiyi əməldən peşmandır. Sonda isə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X11 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayon, Mamaylı kəndində yerləşən işlətdiyi çayxanaya Nicat adlı şəxs içkili vəziyyətdə gələrək ünvanlı və ünvansız nalayiq söz və ifadələr işlədirdi. Son iki ayda hər gün gəlib nalayiq ifadələr işlətməyə davam edir. Dediyinə görə hər gün içkili vəziyyətdə sözü gedən çayxanaya gəlir və söyüşlər söyməyə davam edir. Dəfələrlə Nicatdan içki içməməyini, saikit olmağını xaiş etsələr də, bir nəticə verməmişdir. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olduğu zaman bir nəfər şəxsin uca səslə söyüş söyməsini aşkar etmişdilər. Adı sonradan məlum olan Qəbələ rayonu, Tövlə kənd sakini, Şəxs yaxınlaşıb özlərini təqdim edərək problemin nə olması barədə maraqlanmaq istəsələrdə həmin şəxs aşkar şəkildə sərxoş olduğu üçün o söyüşlərinə davam etdi. X4 ictimai yerdə nalayiq ifadələr işlətdiyi üçün Qəbələ Rayon Polis şöbəsinə gətirərək Növbətçi Hissəyə təqdim etdik. Məhkəmə iclasında müdafiəçi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlövsəd oğlunun barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Əlövsəd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X10 tərəfindən tərtib edilmiş 06 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs Əlövsəd oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs Əlövsəd oğlu barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, 05 iyul 2023-cü il tarixdən saat 23:10-dan 06 iyul 2023-cü il tarixədək saat 10:27-dək hazırki iş üzrə inzibati qaydada tutma müddəti nəzərə alınmaqla Şəxs təyin edilmiş inzibati tənbehdən çıxılmaqla üzərində qəti inzibati tənbeh təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutma müddəti təyin olunmuş inzibati qaydada həbs müddətindən çıxılmaqla üzərində 04 (dörd) gün inzibati qaydada həbs saxlanılsın. Həbs etmənin əvvəli 06 iyul 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar