Məhkəmə qərarları › İş №3(025)-321/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-321/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-321/2020 27.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi üzrə EQ ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında çıxarılmış xx.xx.2020-ci il tarixli qərara əsasən 50 manat məbləğində cərimə edilmişdir. Lakin qeyd olunan cəriməni Şəxs qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəməmiş, bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarla ona tətbiq edilmiş inzibati cəriməni və ona hesablanmış dəbbə pulunu tam olaraq ödəmiş, bu barədə mədaxil qəbzini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi üzrə EQ ******* saylı protokol əsasında xx.xx.2020-ci il tarixli qərara əsasən tətbiq edilmiş 50 manat məbləğində cəriməni və ona hesablanmış 30 manat dəbbə pulunu Şəxs ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs müvafiq cərimə və dəbbə pulunu hazırkı işlə bağlı məhkəmə tərəfindən qərar qəbul edilənədək ödədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə müvafiq olaraq həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar