Məhkəmə qərarları › İş №3(025)-321/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-321/2021

28.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-321/2021 28.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25.06.2021-ci il tarixdə saat 17:00 radələrində Qəbələ Rayon Polis Şöbəsinin qarşısında onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirov Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, Şəxs 25.06.2021-ci il tarixdə saat 17:00 radələrində Qəbələ Rayon Polis Şöbəsinin qarşısında onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, hərbi xidmətə getməmişdən əvvəl Oğuz rayonu Xaçmaz kəndində Sevinc adlı qız ilə tanış olub onu sevmiş və ona sevdiyini bildirib hərbi xidmətə gedəcəyini gedib gəldikdən sonra isə onunla ailə həyatı quracağın bildirmişdir. Hərbi xidmətdə olduğu zaman qardaşı nişanladı. Gəldikdən sonra görüb ki, qardaşının nişanlısı onun əvvəl sevdiyi Sevinc adlı qızdır. Bu barədə heç kimə heç bir söz deməmişdir. Bu cür o 2013-cü ildən 2020-ci ilə kimi dözüb dayanıb və hətta onu unutmaq üçün Rusiya Federsiyasına getmiş, lakin onu unuda bilməmişdir. 2020-ci ilin sonunda Sevincə “sən mənim olmalısan yoxsa mən özümü evin qarşısında olan pilləkəndən atacam” demişdir. Sevinc də ona “onda məndə özümü öldürəcəm” demişdir. Həmin gün Sevinc sirkə qəbul edərək özünü öldürmək istədi lakin ona ilk tibbi yardım göstərib sağlatmlar. Həmin vaxtdan bu günə kimi onun qardaşı arasında bu səbəbdən münaqişələr baş verirdi. Münaqişələr səbəbindən onlar bir evin altında ayrı yaşayırlar. 23.06.2021-ci il tarixdə evə gələndə qardaşının qaynatası və qaynansı onlarda olduğunu görmüşdür. Həmin vaxt qardaşının qaynansı onu yanına çağırıb “sən mənim qızımdan nə istəyirsən” demişdir. O da ona “mən sizin qızı sevirəm” demişdir. Bu zaman qardaşı Musa ona stəkan atdı lakin stəkan ona dəymədi. O da Musaya “mən Sevinci sən hərbi xidmətdə olan zaman istəmişəm sonra isə mən xidmətə gedən zaman sən hərbi xidmətdən gələrək Sevinci almısan” demişdir. Bu vaxt onların aralarında mübahisə baş verdi və Musa onun üzərinə gəldi o da üzərində olan bıçağı çıxardıb onun üzərinə getmişdir. Həmin vaxt onun balaca qardaşı və atası onların aralarına keçdi və onu kənara apardılar. Bunda sonra Musa AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. 23.06.2021-ci il tarixdə qardaşı X1 ilə aralarında baş vermiş münaqişə ilə əlaqədar Qəbələ RPŞ-nə müraciət etmişdir. 25.06.2021-ci il tarixdə Qəbələ şəhərində yerləşən Sərvan adlı şəxsə məxsus kafedə 5 bakal pivə içmişdir. Sonra qardaşının ondan şikayət etdiyinə əsəbləşib və Musanın Qəbələ RPŞ-də izahat verdiyi öyrənib, onu öldürmək məqsədilə saat 17:00 radələrində polis şöbəsinin qarşısına gəlmişdir. Orada olan vaxt qardaşı Musanın ünvanına uca səslə nalayiq sözlər işlətmişdir. Şöbənin giriş qapısında xidmət aparan polis əməkdaşı ona yaxınlaşıb söyüş söyməməyi, nizam intizamlı olmağı bildirsədə o buna məhəl qoymamışdır. Uca səslə ünvanlı və ünvansız söyüş söydüyü üçün, digər adları bilmədiyi polis əməkdaşları ona yaxınlaşmışlar və ona söyüş söyməməyi bildirsələrdə onların da sözlərinə məhəl qoymayıb qanuni tələblərinə qəsdən tabe olmadığı üçün onu polis şöbəsinin Növbətçi hissəsinə təhvil vermişlər. Sərxoş olduğu heç nə xatırlaya bilmir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, 25.06.2021-ci il tarixdə saat 17 radələrində Qəbələ RPŞ-nin nəzarət buraxılış məntəqəsinin yaxınlığında iş yoldaşları Yusif Məmmədov, Elşad Eyvazlı, Nurlan Kərimli ilə söhbət edirdi. Həmin vaxt sonradan adını bildiyi Şəxs uca səslə söyüş söyərək qapı postuna yaxınlaşdı və içəri daxil olmaq istədi. Qapı postunda xidmət aparan Arzu Bayramov, Şəxs söyüş söyməməyi, nizam-intizamlı olmağı bildirsə də o, hərəkətlərini davam etdirirdi. O və şöbənin əməkdaşları Y.Məmməov, E.Eyvazlı, K.Kərimli vətəndaşa yaxınlaşıb ona nizam-intizamlı olmağı bildirsələr də Şəxs buna məhəl qoymayıb, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin Şəxs hansı səbəblə Polis şöbəsinə daxil olmağı soruşduqda qardaşı Musa Məmmədovun və yoldaşının polis şöbəsinə ərizə ilə müraciət etdiyini, Musanın halhazırda polis şöbəsində olduğunu, onu öldürmək üçün polis şöbəsinə gəldiyini qeyd etmişdir. Onlar da Şəxs qanuni tələblərinə qəsdən tabe olmadığından həmçinin qardaşı barədə hər hansı xoşagəlməz hallarının qrşısını alınması üçün növbətçi hissəyə təhvil vermişdir. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, 25.06.2021-ci il tarixdə saat 17:00 radəsində Qəbələ rayon polis şöbəsinin qarşısında olan vaxt sonradan adnı bildiyi Şəxs Yustafa oğlu uca səslə nalayiq söyüşlər söyərək şöbənin nəzarət buraxılış məntəqəsinə yaxınlaşdı. Şöbəyə daxil olmaq istəyərkən qapı postunda xidmət aparan Arzu Babayev Şəxs sakitləşməyi, nizam-intizamlı otmağı bildirsədə o söyüşlər söyməyə davam edirdi və qardaşının polis şöbəsində olduğunu, ondan əssasız şikayət etdiyini, qardaşını öldürəcəyini deyirdi. O və şöbənin əməkdaşları Amil Abbasov, Nurlan Kərimli və X7 Səmədliyə yaxınlaşıb söyüş söyməməyi, sakitləşməyi, nizam-intizamlı olmasını bildirsələr də onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onlar Şəxs barəsində qanini tədbir görülməsi və gələcəkdə xoşagəlməz hallar olmaması üçün növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, 25 iyun 2021-ci il tarixdən 27 iyun 2021-ci il tarixədək hazırki iş üzrə inzibati qaydada tutma müddəti nəzərə alınmaqla Şəxs təyin edilmiş inzibati tənbehdən çıxılmaqla üzərində qəti inzibati tənbeh təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs 02 (iki) gün inzibati qaydada tutma müddəti təyin olunmuş inzibati qaydada həbs müddətindən çıxılmaqla üzərində 18 (on səkkiz) gün inzibati qaydada həbs saxlanılsın. Həbs etmənin əvvəli 28 iyun 2021-ci il tarixdən saat 12:45-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar