Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-321/2025 22.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ RPŞ DYPB YPX inspektoru polis serjantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, subay, Kəlbəcər rayonu, İstisu qəsəbəsində yaşayan Şəxs barəsində AR İXM-nin 333-1.1 və 342.5-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 7240305) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 23:04 radələrində Qəbələ şəhərində Heydər Əliyev prospektində etibarnamə ilə idarə etdiyi “X3 Minik” markalı **-DC-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən işıq cihazlarında nasazlıq olduğuna görə saxlanılmış və yoxlanılarkən avtomibili narkotik vasitə olan marixuana qəbul edərək sərxoş halda idarə etdiyi aşkar edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Zarağan kəndində yaşayır və aşıq sənəti ilə məşğul olaraq el şənliklərində saz ifaçısı kimi çıxış edir. İki həftə bundan qabaq məclislərin birində olarkən marixuanadan istifadə etmiş, xx.xx.2025-ci il tarixdə, saat 23:04 radələrində Qəbələ şəhərində Heydər Əliyev prospektində idarə etdiyi “X3 Minik” markalı **-DC-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılmış və müayinə olunarkən narkotik vasitənin təsirinin getmədiyi aşkar edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 87 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə” aktına əsasən Şəxs müayinə zamanı sidikdə THC (+) aşkarlanmış və onun yüngül dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. AR İXM-nin 333-1.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində həmin inzibati xətanın təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur.. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:04 radələrində Qəbələ şəhərində Heydər Əliyev prospektində etibarnamə ilə idarə etdiyi “X3 Minik” markalı **-DC-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən işıq cihazlarında nasazlıq olduğuna görə saxlanılmış və yoxlanılarkən avtomibili narkotik vasitə olan marixuana qəbul edərək sərxoş halda idarə etdiyi aşkar edilmişdir. Avtomobilin işıq cihazlarında olan nasazlığın aradan qaldırılmasının mümkünsüz olduğu müəyyən edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəlləənin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, AR İXMnin həmin maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalı və barəsində AR İXM-nin 342.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs əməlindən peşman olmasını nəzərə alaraq barəsində İXM-nin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin (İXP 7240305) törədilməsində təqsirli bilinib 600 (altı yüz) manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-321/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-321/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver